ESTAKÁDA (fr. estacade, Provans dilindә estaca – dayaq, tir) – yer vә ya su sәthindәn müәyyәn hündürlükdә (bәzәn dә suyun altında) tikilәn körpü tipli qurğu; nәql. vasitәlәrinin, adamların, müxtәlif kommunikasiya xәtlәrinin (su, neft, qaz boru kәmәrlәrinin vә s.) keçmәsi, hәmçinin yüklәmә-boşaltma işlәri aparmaq üçündür. Dәmir-beton, metal, bәzәn daş vә taxtadan tikilir. E., adәtәn, torpaq qalağı üstündә qurulmur, tir, çәrçivә, tağ vә s. konstruksiyalı olur. Bu, E.-nın altından da nәql. vasitәlәrinin keçmәsinә, elәcә dә orada hәr hansı bir tikilinin (qaraj, mağaza, emalatxana) yerlәşdirilmәsinә imkan verir. Mәdәn E.-larının tikilmәsi dәniz-neft mәdәnlәrinin inkişafında mühüm mәrhәlәdir. Dәrinliyi 30 m-әdәk olan sularda dәmir-beton vә metal E.-lar qurulur. Bax hәmçinin Estakada boru kәmәri.