ESTÁMP (fr. estampe, ital. stampa – basma) – bәdii çap qrafikası әsәri; daş, metal, ağac üzәrindә hәkk olunmuş rәsmlәrin basma üsulu ilә kağıza, bәzәn dә ipәk vә s. materiallara köçürülmüş surәti. “E”. termini 19 әsrdә yaranmışdır. Qravüra, ofort, litoqrafiya E.-ın әsas növlәridir.