Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ESTETİK MƏDƏNİYYƏT

    ESTETİK MƏDƏNİYYƏT – konkret mәdәni-tarixi şәraitdә cәmiyyәtin, yaxud ayrıca fәrdin potensial estetik tәcrübәsinin reallaşdırılması vә mәrkәzlәşdirilmәsi ilә bağlı fenomenlәr, institutlar, davranışlar, mәtnlәr vә s. mәcmusu. E.m.-in spesifikası vә funksiyası subyektin dünyaya münasibәtinin azad özünüifadәsi ilә bağlıdır. E.m. insanın hәr bir predmet üçün onun öz növünün ölçüsünü tapmaq vә tәtbiq etmәk, belәliklә dә, әşyanın ümumәn bütün dünyaya nәzәrәn spesifik dәyәrini aşkara çıxarmaq qabiliyyәtindә tәzahür edir. E.m. estetik düşüncәlәrin mәhsuludur. Estetik düşüncә tәkcә maddi baza әsasında yox, hәm dә icma kollektivlәrinin mәnәvi hәyatı әsasında yaranır. Bir sözlә, estetik düşüncә bu vә ya digәr formasiyada ictimai hәyatın әn yüksәk mәnәvi forması kimi çıxış edir vә bu hәyatın mәzmununu dolğunluğu ilә ifadә edir. Mәhz buna görә, E.m.-dә ictimai, siyasi, әxlaqi vә dini görüşlәr, tәbiәtin dәrki, әtraf mühitә münasibәt kimi çoxcәhәtli keyfiyyәtlәr birlәşir. Demәli, E.m. insan vә dünya, insan vә insan, nәhayәt, insan vә cәmiyyәt arasındakı köklü münasibәtlәri birlәşdirәn mәnәvi inkişafın zәrurәtindәn doğan ictimai şüur formasıdır.

    E.m.-in әsas funksional-struktur elementlәri aşağıdakılardır: ictimai idealın sistemlәşdirici amili kimi çıxış edәn estetik münasibәt; bәdii sәrvәtlәrin mәcmu sistemi; insanların xüsusi dәstәsi; bәdii sәrvәtlәrin toplanmasını vә translyasiyasını, onların estetik münasibәtlәr sisteminә daxil edilmәsini tәmin edәn tirajlama vә kommunikasiya vasitәlәri; dövlәtin vә bütövlükdә cәmiyyәtin nәzarәti altında olan E.m.-i vә estetik tәrbiyәni paylaşdırma vә yenidәn istehsaletmә mexanizmlәri vә tәsisatları.

    E.m.-in kulturoloji aspektlәri mәdәniyyәtә verilәn müxtәlif tәriflәrdә әks olunur: tәsviri (burada mәdәniyyәtin tәzahürü vә ayrı-ayrı elementlәri – adәtlәr, etiqadlar, fәaliyyәt növlәri sadәcә olaraq sadalanır); antropoloji [mәdәniyyәt tәbiәtә qarşı duran (“ikinci tәbiәt”) insan fәaliyyәtinin mәhsulları, şeylәr dünyasıdır]; dәyәr (mәdәniyyәti maddi vә mәnәvi dәyәrlәrin mәcmusu kimi şәrh edir); normativ (mәdәniyyәtin mәzmunu insan hәyatını nizamlayan norma vә qaydaların mәcmusudur); adaptiv (mәdәniyyәti insanlara xas tәlәbatın ödәnilmәsi üsulu kimi şәrh edir); tarixi (mәdәniyyәt cәmiyyәt tarixinin mәhsuludur vә insanın әldә etdiyi tәcrübәsinin nәsildәn-nәslә ötürülmәsi yolu ilә inkişaf edir).

    E.m. bütövlüyün, tamlığın ifadәsidir. Eyni zamanda onun nisbi müstәqilliyә malik müxtәlif sahәlәri cәmiyyәtin sosial strukturu ilә şәrtlәnәn vahid sistemdә birlәşir. E.m.-in sosial istiqamәtlәrinin ifadәsini estetik ideal tәşkil edir. Öz mәzmununa görә estetik ideal ictimai idealın ifadәsidir. Fәrd estetik ideal vasitәsilә sosial әhәmiyyәtli normaları vә sәrvәtlәri mәnimsәyir, şәxsiyyәt isә hәmin ideal vasitәsilә sosiallaşır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç