DİOPSİD (di... + yun. őψις – növ; adı kristallarının iki xarakterik formasına görәdir) – piroksen qrupundan mineral – CaMg[Si2O6]. Diopsid – hedenbergit vә diopsid – yoxansenit izomorf sırasının kәnar üzvü. Fe, Mn, Cr qatışıqları olur. Monoklinik sinqoniyada kristallaşır. Şüvülvarı vә radial-şüalı aqreqatları, sütunvarı kristalları var. Rәngi yaşılın müxtәlif çalarlarıdır. Zümrüdü-yaşıl rәngli xromlu D. –xromdiopsid, alma yaşılı D. – lavrovit adlanır. Şüşә parıltılıdır. Sәrtliyi 5,5–6,5, sıxlığı 3280–3300 kq/m3-dir. Müxtәlif maqmatik, metamorfik vә metasomatik süxurlarda rast gәlinir. Şәffaf, rәngli növlәrindәn zәrgәrlikdә istifadә olunur. Azәrb.-da әsasi vә ultraәsasi süxurlar üçün sәciyyәvidir.
Диопсид.