Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ESTETİKA

    ESTÉTİKA  (yun.  aisthētikós –  hiss edәn, hissiyyatlı) – insanın dünyaya dәyәrlilik münasibәtinin spesifik tәzahürü olaraq estetik sahәni vә insanların bәdii fәaliyyәt sahәsini öyrәnәn fәlsәfi elm. E. bölmәlәrinin qarşılıqlı münasibәti bu elmin bütün tarixi inkişafı boyunca bir-birini әvәz etmiş vә müxtәlif formalarda başa düşülmüşdür. Dәfәlәrlә E.-nı bir neçә müstәqil elmi fәnnә (estetik dәyәrlәr nәzәriyyәsi, estetik qavrayış nәzәriyyәsi, ümumi sәnәt nәzәriyyәsi) bölmәk tәklif olunsa da, tәcrübә göstәrmişdir ki, estetik dәyәrlәri vә bәdii mәnimsәnilmәni ayrı-ayrılıqda nәzәrdәn keçirmәk mümkün deyil. Bu, bәzәn insanın bәdii fәaliyyәti ilә estetik fәallığının eynilәşdirilmәsinә sәbәb olurdu. E.- nın hәr iki bölmәsi bir-birilә tәbii şәkildә qarşılıqlı әlaqәdә olub, nisbi müstәqilliyә malikdirlәr. Birinci bölmәdә dәyәr münasibәtlәri sistemindә estetikliyin tәbiәti vә özünәmәxsusluğu; çox sayda konkret modifikasiyalarda (gözәllik vә eybәcәrlik, ucalıq vә alçaqlıq, faciәvilik vә komiklik vә s.) çıxış edәn estetik dәyәrlәrin diferensiasiya qanunauyğunluqları; dәyәrlilik vә qiymәtlәndirmәnin, estetik qavrayış vә estetik tәmayüllü tәcrübәnin dialektik әlaqәsi; mәdәniyyәtin müxtәlif sahәlәrindә, sosial vә fәrdi hәyatda insanın estetik fәallığının әhәmiyyәti; müxtәlif inikas sahәlәrindә – praktik fәaliyyәtdә vә müşahidәdә, insanların tәrbiyәsindә vә tәhsilindә estetikliyin vә bәdiiliyin qarşılıqlı әlaqәsi kimi mәsәlәlәr öyrәnilir. E. elminin ikinci bölmәsi bәdii fәaliyyәtin xüsusi tәhlili ilә әlaqәdardır. Onun filogenezdә vә ontogenezdә meydana gәlmәsinin tәdqiqini, insan fәaliyyәtinin digәr istiqamәtlәri sırasında E.-nın struktur vә funksional özünәmәxsusluğunu, elәcә dә mәdәniyyәtdә yerini, bәdii fәaliyyәtin konkret formalarının (incәsәnәt növlәri vә janrlarının) müxtәlifliyini, tarixi modifikasiyaları (cәrәyanlar, üslublar, metodlar) doğuran qanunları; cәmiyyәtin bәdii inkişafının müasir mәrhәlәsinin xüsusiyyәtlәrini vә incәsәnәtin tarixi inkişaf perspektivlәrini ehtiva edir. Bununla yanaşı, E. heç vaxt insan tәrәfindәn dünyanın estetik vә bәdii mәnimsәmә qanunauyğunluqlarını öyrәnmәklә kifayәtlәnmәmiş, estetik qiymәtlәndirilmәnin müәyyәn meyarlarını vә bәdii fәaliyyәtin proqramlarını hazırlamaqla bu vә ya digәr şәkildә hәmin mәnimsәmәni istiqamәtlәndirmişdir.

    Estetik fikrin uzunmüddәtli tarixi tәşәkkülü vә inkişafı prosesi onu şәrtlәndirәn bir sıra faktorlarla – müxtәlif siniflәrin vә ictimai qrupların ideoloji vә sosial-psixoloji mövqelәri, dәyişәn tәdqiqat predmetinin – estetik mәdәniyyәtin vә bәdii tәcrübәnin özünәmәxsusluqları, estetik nәzәriyyәlәrin әsaslandığı, yaxud meydana gәldiyi fәlsәfi tәlimlәrin sәciyyәsi, qonşu elmlәrin (sәnәtşünaslıq vә әdәbiyyatşünaslıq, psixologiya vә sosiologiya vә s.) mövqelәri ilә istiqamәtlәnirdi.

    Estetik düşüncә qәdim keçmişdә ibtidai cәmiyyәtin mifoloji şüurunda yaranmışdır. Müxtәlif xalqlara mәxsus miflәrin tәhlili onlarda fәrqli sәnәtlәrin mәnşәyi, onların insan hәyatındakı rolu, sәnәtin gözәlliklә әlaqәsi (mәs., Apollon Musaget vә onun rәhbәrlik etdiyi Muzalar barәsindә qәdim yunan mifi) haqqında insanların ilkin tәsәvvürlәrinin necә әks olunmasını göstәrir. E.-nın tarixi elmi-nәzәri düşüncәnin formalaşması ilә başlamışdır. İnkişafının birinci mәrhәlәsindә (Avropada 18 әsrin ortalarına qәdәr davam etmişdir) E. hәlә müstәqil elmi fәnn deyildi, hәtta öz adı belә yox idi. Antik dövrdә estetik problematika bir tәrәfdәn fәlsәfi әsәrlәrdә (pifaqorçular, Sokrat, Platon, Aristotel tәrәfindәn), digәr tәrәfdәn incәsәnәtin müxtәlif növlәrinә hәsr olunmuş traktatlarda (mәs., Polikletin, Qorpinin, Mitruvinin, Horasinin traktatlarında) işlәnirdi. Buna baxmayaraq, antik mütәfәkkirlәrin bir çox dәrin mәzmunlu fikirlәri Avropa estetik fikrinin bütün sonrakı inkişafı üçün tәmәlyaradıcı әhәmiyyәtә malik olmuşdur (Şәrqdә E.-nın inkişafı spesifik yollarla getmiş, yalnız ayrı-ayrı vaxtlarda Avropa E.-sının inkişafı ilә tәmasda olmuşdur).

    Orta әsrlәr xristian E.-sı estetik hadisәlәrin spiritualist anlamını әsaslandırır vә sәnәtin strukturunu simvolik ruhda şәrh edirdi (Avqustin, Foma Akvinalı vә b.). Yalnız İntibah dövründә estetik düşüncә teoloji bağlardan qurtularaq, dünyәvi, humanist vә realist tәmayüllü oldu. Lakin bu zaman E.-nın fәlsәfә ilә әlaqәlәri zәiflәmәyә başladı, belә ki, fәlsәfә o dövrdә bilavasitә tәbiәtşünaslıq biliklәrinә istinad edir vә bәdii-estetik problemlәrә dәrin maraq göstәrmirdi. Hәmin dövrdә böyük rәssamların (L.B.Alberti, Leonardo da Vinçi, A.Dürer vә b.) vә müxtәlif sәnәt növlәri nәzәriyyәçilәrinin sәnәtşünaslıq traktatlarında E.-dan bәhs edilirdi.

    17 әsr – 18 әsrin 1-ci yarısında gözәlliyin mahiyyәti vә sәnәtin tәbiәti problemlәri ayrı-ayrı nәzәri traktatlarda (N.Bualo, Ş.Sorel, M.V.Lomonosov vә b.), yaxud bәdii-tәnqid janrına aid әsәrlәrdә (İ.Bodmer vә İ.Breytinger, D.Didro vә b.) müzakirә olunurdu. E.-nın bәdii-praktik tәmayülü bu vә ya digәr yaradıcılıq yanaşmasının (manyerizm, klassisizm, barokko, realizm) nәzәri әsaslandırma vә müdafiәsi mәsәlәlәrinin ön plana çıxması ilә nәticәlәnirdi. Bu zaman müxtәlif estetik proqramların toqquşması (mәs., realizm uğrunda Didro vә Q.E.Lessinqin mübarizәsi, İtaliyada vә İspaniyada klassisizm vә barokko tәrәfdarlarının polemikası) ideoloji mübarizәlәri açıq ifadә edirdi. Maarifçilik ideologiyası incәsәnәtin yeni inkişafının nәzәri süzgәcdәn keçirilmәsi prosesinә xüsusi aktuallıq vә әhatә dairәsi verdi, bununla da bütün Avropa ölkәlәrindә maarifçilik güclü, eyni zamanda öz fәlsәfi vә bәdii prioritetlәri ilә rәngarәng olan hәrәkat doğurdu (Fransada Didro, J.J.Russo, Almaniyada Lessinq, İ.İ.Vinkelman, B. Britaniyada A.Şeftsberi, H.Houm vә b.).

    Sәnәtә,  onun  insan  dünyagörüşünün tәşәkkülündә yaratdığı imkanlara marağın çoxalması bәdii yaradıcılığın müxtәlif növlәrinin qarşılaşdırılmasına (J.B.Dübo, C.Harris vә b.), sonra isә bütün “nәfis sәnәt”lәrin vәhdәti haqqında tәsәvvürlәrin (Ş.Battye, M.Mendelson) formalaşmasına doğru aparırdı. Zövq probleminin qoyuluşu da bununla bağlı idi, belә ki, o, bәdii yaradıcılığın nemәtlәrini vә gözәlliyini qavramaq, qiymәtlәndirmәk üçün spesifik psixi mexanizm kimi nәzәrdәn keçirilirdi. Bu mәsәlәdә öz tәdqiqat sahәsinә estetik problematikanı fәal şәkildә daxil etmәyә başlayan fәlsәfә sәnәtlә bәrabәr addımlayırdı (C.Vikonun, K.A.Helvetsinin, Volterin, D.Yummun, E.Berkin traktatları). 18 әsrin ortalarında Q.V.Leybnitsin davamçısı A.Q.Baumqarten fәlsәfәdә etika vә mәntiqlә yanaşı, mәhz bu sahәyә aid mәsәlәlәrә hәsr olunmuş xüsusi müstәqil bölmәnin ayrılması zәrurәtini sübut etdi. Baumqarten onu “E.”, yәni “hissi idrak nәzәriyyәsi” adlandırdı; onun işlәnib-hazırlanması gözәllik vә sәnәt haqqında tamamlanmış tәlimin yaradılması ilә nәticәlәndi.

    Tarixi inkişafda mәdәniyyәti, insan fәaliyyәtini, sosial tarixi izah etmәk üçün zәruri olan sonuncu müstәqil fәlsәfә bölmәsinә çevrilmәklә, E. elminin ikinci mәrhәlәsi başladı. Baumqartenin açdığı  yolla alman fәlsәfәsinin vә mәdәniyyәtinin әn görkәmli nümayәndәlәri – İ.Kant, İ.H.Herder, F.Şiller, İ.V.Göte, F.V.Şellinq, Q.V.F.Hegel getdilәr. Hegel nәzәri analizin insanın bәdii fәaliyyәtinә, onun inkişafı vә mәdәniyyәtdә yerinә tarixi baxışla üzvi şәkildә birlәşәn güclü estetik konsepsiya hazırladı, bununla E.-nın ensiklopedik, әhatәli fәlsәfi bilik bölmәsi kimi Baumqartenlә başlayan inkişaf mәrhәlәsini başa çatdırdı.

    Bundan sonra E.-nın tarixindә müxtәlif metodoloji vә ideoloji tәmayüllәrin mübarizәsi ilә sәciyyәlәnәn üçüncü mәrhәlә başlanır. İdeoloji planda bu mübarizә 19– 20 әsrlәrin üç başlıca estetik fikir cәrәyanının qütblәşmәsindә ifadә edilirdi. Burjuaziya E.-sı nәzәriyyәçilәri (“parnasçılar” vә K.Fridler mәktәbindәn tutmuş, X.Orteqa-i-Qassetә vә X.Ridә qәdәr) müxtәlif vasitәlәrlә estetizmi vә “xalis sәnәt”, “sәnәt sәnәt üçündür” prinsiplәrini әsaslandırırdılar. Demokratik E. alimlәri utopik-sosialist nәzәriyyә (P.Prudondan tutmuş, L.N.Tolstoya qәdәr) vә rus mütәfәkkirlәrinin inqilabi-demokratik konsepsiyaları (V.Q.Belinski, A.İ.Gertsen, N.Q.Çernışevski, N.A.Dobrolyubov) formasında çıxış edir, lakin ümumi cәhәtlәri baxımından cәmiyyәtin real hәyatı ilә bağlı olan realist prinsiplәri müdafiә edirdilәr. Sosialist estetika K.Marks, F.Engels vә V.Lenin tәrәfindәn hazırlanmış, onun inkişafında F.Merinq, P.Lafarq, Q.V.Plexanov, A.V.Lunaçarski, A.Qramşi, D.Lukaç vә b. әhәmiyyәtli rol oynamışlar. Fәlsәfi-metodoloji planda 19–20 әsrlәrdә estetik fikrin müxtәlif inkişaf yolları onun fәrqli fәlsәfi tәlimlәrә – obyektiv (F.T.Fişer, V.S.Solovyov) vә subyektiv (A.Breton) idealizmin bu vә ya digәr formalarına, pozivitizmә (Q.Spenser, İ.Ten, C.Dyui) vә intuitivizmә (B.Kroçe, A.Berqson), antropoloji materializmә (Feyerbax E.-sı vә rus inqilabi-demokratların E.-sı), fenomenologiyaya (N.Hartman, R.İnqarden, M.Düfren), ekzistensializmә (J.R.Sartr, M. Haydegger) әsaslanmasından irәli gәlirdi. Bu dövrdә estetik tәlimlәrin diferensiasiyasının digәr aspekti E.-nı bu vә ya başqa konkret elmlә bağlamaq sәylәrindә ifadә olunurdu; psixoloji E. (Q.Fixner, T.Lipps), fizioloji E. (A.Qrant-Allen, V.V.Velyamoviç), psixoanalitik E. (Z.Freyd, J.Lakan), sosioloji E. (M.Qüyo, Ş.Lalo), sәnәtşünaslıq  E.-sı (E.Qanslik, X.Zeldmayr), semiotik E. (Ç.Morris, U.Eko), kibernetika vә informasiya E.-sı (A.Mol, M.Benze), riyazi E. (C.Birkqof) belә yaranırdı. 19–20 әsrlәrin estetik tәlimlәri onların hansı konkret bәdii yaradıcılıq cәrәyanını – tәnqidi realizmi (O.Balzak, rus inqilabi-demokratları), naturalizmi (E.Zolya), simvolizmi (V.İvanov, A.Belıy), abstraksionizmi (V.Kandinski) nәzәri cәhәtdәn әsaslandırmalarına görә dә fәrqlәnirdilәr.

    Müasir dövrdә estetik mәdәniyyәt tarixi sosiomәdәni hadisә xronotopunda kommunikasiyaya daxil olan bir çox bәdii sistemlәrin transformasiyası vә transmutasiyası kimi başa düşülür. E. daha bir sosioloji ölçü qazanır (İ.Ten, Y.Burkhard, Marks, Lukaç, Orteqa-i-Qasset). Bәdiiestetik fenomenlәr burada iqtisadi, siyasi münasibәtlәr (mübadilәlәr, kommunikasiyalar, münaqişәlәr) sistemindә qrupların sosial statuslarının (maraqlarının, mәqsәdlәrinin, tәsәvvürlәrinin) ifadәsi kimi tәsәvvür olunur. Sosiallaşan E. cәmiyyәtin bir-birilә rәqabәt aparan iki özünütәsvir sistemindә – siyasi vә iqtisadi sistemlәrdә inkişaf edir vә sosial antropologiya ilә bilavasitә tәmasa girir. Modern vә postmodern vәziyyәtlәrdә klassik estetik mәdәniyyәt mövzusu hәlә dә problemli olaraq qalır. Burada Muzey statusunu qeyd etmәk zәruridir, belә ki, o, klassik paradiqmanı istiqamәtverici koordinat kimi müәyyәn mәnada qoruyub saxlayır vә ona münasibәtdә modern (neomodern) layihәlәr özlәrini bәdii mәdәniyyәt hadisәsi kimi tanıyır vә müәyyәnlәşdirirlәr. Estetik layihәlәrin kommunikasiyalaşan  sistemindә  klassik paradiqmanın mövcudluğu Avropa estetik mәdәniyyәtinin fenomenoloji mahiyyәtini qorumaqla, onu ümumhumanitar teoloji müddәanın aşkarlanmasına yönәldir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç