ESTOK (fr. Estoc) – Avropada cәngavәr zirehini yarmaq mәqsәdilә hazırlanan qılınc növü. Almaniyada onu Panzerstecher (“zirehyaran”) adlandırırdılar. Tiyәsinin uzunluğu 1 m-dәn çox olurdu. Orta әsrlәrdә E.-u süvarilәr (yәhәrdәn sağ tәrәfdә) gәzdirirdi. E.-u süvarilәr bir (bu zaman zәrbә atın sürәti vә kütlәsi hesabına vurulurdu), piyada әsgәrlәr isә iki әllә (düşmәnin zirehini yarmaq üçün) tutaraq döyüşürdülәr.