ESTÓN DİLİ – Baltikayanı dillәrdәn biri. E.d. fin-uqor dillәrinin Baltikayanı-fin qoluna daxildir. Əsasәn, Estoniyada, habelә İsveç, Kanada vә Amerikada yayılmışdır. Bu dildә 1.2 mln.-dan çox adam danışır (2008). E.d.-ndә 26 fonem – 9 sait, 17 samit var. Sәslәrin üç uzunluq dәrәcәsi mövcuddur. Əsas vurğu ilk hecaya, ikinci dәrәcәli vurğu üçüncü vә dördüncü hecalara düşür. Sözdüzәltmә, әsasәn, şәkilçi vasitәsilә vә iki, yaxud daha çox morfemin birlәşmәsi yolu ilә yaranır. Morfoloji strukturu flektiv-aqlütinativdir. Sözlәr arasında sintaktik әlaqә, әsasәn, sözlәrin qrammatik forması, kömәkçi sözlәr vә qismәn sözlәrin sırası vasitәsilә yaradılır. Söz birlәşmәlәrindә sözlәrin sırası spesifik xüsusiyyәtlәrә malikdir vә cümlәyә nisbәtәn daha çox sәrt qaydaya tabedir. Yazısı latın әlifbası әsasındadır.
Əd.: Каск А. Эстонский язык. “Основы финно-угорского языкознания”. М., 1975.