DİORİT (fr. Diorite, yun. διορίζώ – ayırıram sözündәn) – orta turşuluqlu (SiO2 53– 64%) intruziv maqmatik süxur. Mineraloji tәrkibi, әsasәn, andezindәn (60–70%) vә amfiboldan (35–30%) ibarәtdir. Tәrkibindә rәngli minerallardan hornblend, nadir halda piroksen vә biotit, ikinci dәrәcәli minerallardan kvars vә az miqdarda kalium-natrium çöl şpatları, aksessor minerallardan isә sfen, apatit, maqnetit, ilmenit, zirkon vә s. olur. Rәngi boz, yaşılı-bozdur. Kristallik-dәnәvәr struktura, massiv yaxud lәkәli tekstura malikdir. D.-lәr bütöv intruziv massivlәr, lakkolitlәr, ştoklar, sillәr, daykalar әmәlә gәtirir; qabbroid vә qranitoidlәrlә birlikdә dә rast gәlinir. Әsasәn kontinentlәrin qırışıqlıq qurşaqlarında (Ural, Mәrkәzi Qazaxıstan qırışıqlıq vilayәti, Şimali Ame- rikanın Kordilyer d-rı), ada qövslәrindә (Kuril-Kamçatka), kontinentlәrin aktiv kәnarlarında (And d-rı) intişar tapmışdır. Tikinti vә üzlük material kimi istifadә edilir.