Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ESTONİYA

    ESTÓNİYA (Eesti), Estoniya Respublikası (Eesti Vabariik).

    Ümumi mәlumat
    Avropanın şm.-q.-indә, Baltika dәnizi sahilindә, Fin vә Riqa körfәzlәri arasında dövlәt. Ş.-dәn RF ilә, c.-dan Latviya ilә hәmsәrhәddir. 1500-dәn çox ada (o cümlәdәn Saaremaa, Hiyumaa, Muxu a-rı) E. әrazisinә daxildir. Sah. 43,5 min km2. Əh. 1,3 mln. (2016). Paytaxtı Tallin ş.-dir. Dövlәt dili  eston dili, pul vahidi avrodur.

    İnzibati cәhәtdәn 15 qәzaya (maakonda) bölünür. E. BMT-nin (1991), ATƏT-in (1991), BVF-nin (1992), BYİB-in (1992), Baltika Dәnizi Dövlәtlәri Şurasının (1992), Avropa Şurasının (1993), ÜTT-nin (1999), NATO-nun  (2004),  AB-nin  (2004),  İƏİT-nin (2010) üzvüdür.

    Dövlәt quruluşu

    E. unitar dövlәtdir. Konstitusiyası 6.1992 ildә qәbul edilmişdir. İdarәetmә forması parlament resp.-dır. Dövlәt başçısı parlament, yaxud seçicilәr kollegiyası tәrәfindәn gizli sәsvermә ilә seçilәn prezidentdir. Prezidentin hakimiyyәti mәhduddur, qanunlar qәbul etmәk, qanunvericilik tәşәbbüsü ilә çıxış etmәk sәlahiyyәti yoxdur. Dövlәt zәrurәti yarandıqda o, qanun qüvvәsinә malik olan fәrmanlar verә bilәr ki, onları da Riygikoqu sәdri (spikeri) vә baş nazir imzalamalıdırlar.  Qanunverici hakimiyyәti birpalatalı parlament – Riygikoqu (proporsional seçki sistemi ilә birbaşa gizli sәsvermә yolu ilә 4 il müddәtinә seçilәn 101 deputatdan ibarәtdir) hәyata keçirir. Riygikoqu prezidentin sәlahiyyәtlәrinә aid edilәn mәsәlәlәrdәn başqa bütün digәr sahәlәrdә qәrarlar qәbul etmәk hüququna malikdir. İcraedici hakimiyyәt Riygikoqu qarşısında mәsuliyyәt daşıyan vә baş nazirin rәhbәrlik etdiyi hökumәtә mәxsusdur. Hökumәt parlament prinsipi ilә formalaşdırılır. Prezidentin baş nazir vәzifәsinә tәklif etdiyi namizәd hökumәti formalaşdırmaq üçün Riygikoqudan etimad votumu almalıdır. Hökumәti prezident tәyin edir vә baş nazirin tәqdimatı ilә hökumәtin tәrkibindә dәyişikliklәr aparır. Riygikoqu hökumәtә etimadsızlıq votumu çıxardıqda, prezident hökumәtin tәklifi ilә Riygikoquya növbәdәnkәnar seçkilәr elan edә bilәr.

    E.-da çoxpartiyalı sistem mövcuddur. Əsas siyasi partiyalar: İslahatlar partiyası, Mәrkәzçi partiya, Sosial-Demokrat partiyası vә s.

    Tәbiәt

    Relyef. E. әrazisinin böyük hissәsi c.- ş.-dәn şm.-q.-ә doğru meyilli alçaq düzәnliklәrdәn ibarәtdir; orta hünd. 50 m, ölkәnin әn hünd. nöqtәsi 318 m-dir (Haanya yüksәkliyi). Qәdim buzlaşma izlәri – morenlәr, ozlar, buzlaq göllәri vә s. xarakterikdir. Sahillәri, әsasәn, q. vә şm.-q.-dә güclü parçalanmışdır; çoxlu körfәz vә buxtalar var. Q. sahillәri alçaq, şm. sahillәri dikdir (burada hünd. 56 m-ә çatan qlint var).

    Geoloji quruluş vә faydalı qazıntılar.

    E. әrazisi Şәrqi Avropa platformasının şm.-q. hissәsindә Baltika qalxanının c., Baltika sineklizinin şm. yamaclarında yerlәşir. Platformanın 110 (şm.-da) – 600 m (c.-q.- dә) dәrinliklәrdә yatan kristallik bünövrәsini Arxey vә Proterozoyun güclü dislokasiyaya uğramış qneyslәri, miqmatitlәri, kristallik şistlәri, kvarsitlәr vә qranitlәr tәşkil edir. Çökmә örtüyünün süxurları Kembri yaşlı qumdaşı vә gillәr, Silur yaşlı әhәngdaşı vә dolomitlәr, ölkәnin c.-unda әhәngdaşıları üzәrindә yatan Devon yaşlı qırmızı qumdaşı vә gillәrdir. Antropogen çöküntülәr, әsasәn, buzlaq, hәmçinin dәniz, göl vә allüvial çöküntülәrdәn ibarәtdir. Faydalı qazıntıları: yanar şist, fosforit, torf, kәhrәba, müxtәlif tikinti materialları vә s.

    İqlim. İqlimi dәniz tipindәn kontinental tipә keçid tәşkil edir. Yayı qısa vә sәrin, qışı mülayimdir. Orta temp-r fevralda – 6°C, iyulda 17°C-dir. İllik yağıntı 600–700 mm-dir; maks. yağıntı yayın ikinci yarısında düşür.

    Daxili sular. E. geniş çay şәbәkәsinә malikdir; uz. 100 km-dәn yuxarı 10 çay var. Çayların  ümumi  uz.  31,2  min  km-dir.

    Çaylar, әsasәn, Baltika dәnizi, hәmçinin Çud gölü hövzәsinә aiddr. Ən iri çayları: Narva, Pyarnu, Emayıgi, Kazari. Emayıgi vә qismәn Narva gәmiçiliyә yararlıdır. E. әrazisinin 4,7%-ini tәşkil edәn 1200-dәn çox göl (әksәriyyәti buzlaq mәnşәlidir) vә su anbarı vardır. Vırtsyarv vә Çud-Pskov göllәrinin, hәmçinin Narva su anbarının bir hissәsi E. әrazisindәdir. Bataqlıqlar vә torfluqlar var.

                                                                                              Пйарну чайы.

    Ölkәnin bәrpa olunan illik su ehtiyatı 12,8 km3-dir; adambaşına düşәn suyun illik miqdarı 9,8 min m3 tәşkil edir. İl әrzindә ölkәnin su ehtiyatının 13%-indәn çoxu istifadә olunur (bunun 96%-i sәnaye müәssisәlәrinin, 3,5%-i kommunal-mәişәt sahәlәrinin, 0,5%-i k.t.-nın su tәminatına sәrf edilir).

                                                                                   Щаанйа йцксяклийи.

    Torpaqlar, bitki örtüyü vә heyvanlar alәmi. E. әrazisi qarışıq meşәlәrin landşaft zonası hüdudlarında yerlәşir. Torpaqәmәlәgәtirәn süxurların müxtәlifliyi vә әrazinin drenlәnmәsi dәrәcәsi ilә әlaqәdar torpaq örtüyü mozaikdir. Şm.-q. hissәsi üçün karbonatlı moren üzәrindә inkişaf etmiş çürüntülü-karbonatlı vә çimli- karbonatlı yuxa, bәzi yerlәrdә (Pandevere yüksәkliyi) daha yüksәk tәbii mәhsuldar yuyulmuş topaqlar sәciyyәvidir. C.-q. hissәsindә karbonatsız çöküntülәr üzәrindә çimli-podzollu torpaqlar formalaşmışdır. Qәrbi Estoniya ovalığında vә Çudyanı әrazidә lentşәkilli gil zolağında qleyli torpaqlar, әrazinin 1/5-indәn çoxunda hәr yerdә bataqlıq-torflu torpaqlar yayılmışdır.

                                                                           Выртсйарв эюлц.

     E. әrazisinin 50 %-dәn çox hissәsini meşәlәr tutur (2014). Yerli meşәlәrin әsas meşәәmәlәgәtirәn cinslәri ağ şamağacı (meşә ilә örtülü sahәnin 37 %-indәn çoxu) vә küknardır (20%-dәn artıq). Yerli enliyarpaqlı-küknar meşәlәri әrazinin çox hissәsindә әyilәn tozağacı, ağcaqovaq, boz qızılağacdan ibarәt ikincili xırdayarpaqlı meşәlәrlә әvәz olunmuşdur. Çay vadilәri vә ovalıq bataqlıqları boyu qara qızılağac cәngәlliklәri bitir. -nın şm.-q. hissәsindә әhәngdaşının üzә çıxdığı yerlәrdә flora tәrkibi zәngin olan (260 növdәn artıq borulu bitki) spesifik meşә-çәmәn bitki qruplaşmasından (ardıc cәngәlliklәri, seyrәk küknarlıqlar vә münbit yerüstü örtüyü olan şamlıqlar, kalsefil çәmәnlәr) ibarәt alvarlar formalaşmışdır. 2,5 %-dәn artıq әrazini dәnizsahili halofil, allüvial, meşәlәrdәn sonra salınmış ikincili çәmәnlәr tutur. Müxtәlif tipli bataqlıqlara (ovalıq – otlu, sfaqnumlu – torflu, tirәli-çökәkli vә s.) hәr yerdә rast gәlinir; әn iri bataqlıq massivlәri (300 km2-dәn artıq) E.-nın c.-q.-indә, Pyarnu vә Emayıgi çaylarının hövzәsi yerlәşәn mәrkәzi hissәlәrindә vә Çud gölündәn şm.- da formalaşmışdır.

    Faunanın tәrkibindә başlıca olaraq boreal vә nemoral faunanın nümayәndәlәri: sığın, cüyür, qaban, ağ dovşan vә boz dovşan, vaşaq (700-dәn artıq), qonur ayı, canavar vә s.-dәn ibarәt 60 növdәn artıq mәmәli var. Xeyli sayda müxtәlif quş (200 növdәn artıq yuvalayır vә 100 növәdәk köçәri quş dincәlmәk üçün bu әraziyә enir), xüsusilә E.-nın adalarında vә sahillәrindә çoxlu qazkimilәr, o cümlәdәn adi qaqa, uzunburun pazdimdik, ağyanaq kazarka vә s., hәmçinin gümüşü qağayı, susüpürәnlәr, boz durna vardır.

    Ətraf mühitin vәziyyәti vә mühafizәsi. Ətraf mühitin vәziyyәti bütövlükdә qәnaәtbәxşdir. Haapsalu körfәzindә sahil sularının keyfiyyәti aşağıdır; bataqlıqların qurudulması vә torf hasilatı nәticәsindә bataqlıqlarda mәskunlaşmış heyvanlar tәhlükә altındadır; çәmәnliklәrin sahәsi azalmaqdadır. Mәmәlilәr vә quşların 30%-i, borulu bitki növlәrinin 27%-i E.-nın Milli Qırmızı kitabına daxil edilmişdir. E. ekoloji turizmin inkişafı üçün böyük potensiala malikdir. Mühafizә olunan tәbii әrazilәr (ölkә әrazisinin tәqr. 18%-i, 2016), o cümlәdәn 5 milli park, çoxsaylı tәbii rezervatlar, qorunan landşaftlar vә tәbiәt abidәlәri “Natura 2000” ümumavropa şәbәkәsinә daxildir. Qәrbi Estoniya arxipelaqının 4 әn böyük adası YUNESKO-nun biosfer rezervatı statusuna malikdir. Ümumi sah. 304,7 min ha olan 17 әrazi su-bataqlıq tәsәrrüfatına (o cümlәdәn Puhtu-Laelatu  bataqlıq kompleksi, hәmçinin Saaremaa a. vә Qәrbi Estoniyada heyvanların sahilyanı mәskunlaşma yerlәri) daxildir.

    Əhali

    Əhalinin 68,8%-ini estonlar tәşkil edirlәr; E.-da hәmçinin ruslar (25,1%), ukraynalılar  (1,8%),  belaruslar  0,9%),  finlәr  (0,6%), latışlar (0,2%), azәrb.-lar (880 nәfәr) vә digәr xalqlar (2,6%) yaşayırlar. Əhalinin orta sıxlığı 1 km2-dә 30,2 nәfәrdir (2016). Ən böyük sıxlıq ölkәnin şimal regionlarında, әn aşağı sıxlıq isә Moonzund arxipelaqındadır. Əhalinin 67,5%-i şәhәrlәrdә yaşayır (2016). Tәbii artım vә әhali miqrasiyasının müsbәt saldosu hesabına E. әhalisinin sayı 1950–90 illәrdә 43,2% artdı (1950 ildә 1,09 min nәfәr; 1970 ildә 1,35 min nәfәr; 1990 ildә 1,57 min nәfәr); 1990– 2016 illәrdә tәbii vә miqrasiya azalması nәticәsindә 16,3% azaldı (2000 ildә 1,4 min nәfәr; 2010 ildә1,33 min nәfәr). Maks. artım tempi 1950–60 illәrә, maks. azalma tempi 1990-cı illәrin axırlarına tәsadüf edir. Doğum sәviyyәsi hәr 1000 nәfәrә 10,3, ölüm sәviyyәsi isә hәr 1000 nәfәrә 12,5 nәfәrdir (2016). Fertillik dәrәcәsi 1 qadına 1,6 uşaqdır; uşaq ölümü 1000 nәfәr diri doğulan uşağa 3,8 nәfәrdir. Avropa statistikasına әsasәn Aİ ölkәlәri arasında E.-da uzunömürlülük qeydә alınmışdır. Gözlәnilәn orta ömür hәddi 76,7 ildir (kişilәrdә 71,9 il, qadınlarda 81,7 il). E. әhalisinin yaş strukturunda 15 yaşadәk uşaqlar 16,1%, 15–65 yaş arasında әmәkqabiliyyәtlilәr 64,4%, 65 yaşından yuxarı ahıllar 19,5% tәşkil edir (2016). Hәr 100 qadına 88 kişi düşür (2016). İşsizlik sәviyyәsi 6,2%-dir (2015). İri şәhәrlәri (2015):Tallin (413,8 min nәfәr), Tartu (97,3 min nәfәr), Narva (58,4 min nәfәr), Pyarnu (39,8 min nәfәr), Kohtla-Yarve (36,7 min nәfәr). Dindarların әksәriyyәti xristianlardır.

    Tarixi oçerk

    E. әrazisinin mәskunlaşması eradan 10000–9000 il әvvәl, Skandinaviya qletçerinin geri çәkilmәsindәn sonra mümkün olmuşdur. -da әn qәdim yaşayış mәskәnlәrindәn biri Pulli yaxınlığındakı ovçu vә balıqçıların düşәrgәsidir (e.ә. 9600– 9500). Bu vә daha sonrakı yaşayış mәskәnlәri Mezolit dövründә sümük vә buynuzdan mәmulatlar, sәthi cilalanmış daş balta vә iskәnәlәr, hәmçinin çaxmaqdaşı vә kvarsdan kiçik әşyaların düzәldilmәsi ilә sәciyyәlәnәn Kunda mәdәniyyәtinә (e.ә. 5- ci minilliyә qәdәr mövcud olmuşdur) aiddir. E.ә. 7-ci minillikdә Baltika dәnizinin sahillәri vә Qәrbi E.-nın adaları mәskunlaşdı, bu zaman suiti ovu böyük әhәmiyyәt kәsb edirdi. E.ә. 5–3-cü minilliklәrdә E.-nın әrazisindә Narva mәdәniyyәti vә basma daraqvarı keramika mәdәniyyәtinin daşıyıcıları yayılmışlar. Neolit dövründә bu mәdәniyyәtlәri qaytanlı keramika mәdәniyyәti әvәz etmişdir. E.ә. tәqr. 3200–3000 illәrdә qayıqvarı döyüş baltaları mәdәniyyәti vә ya qaytanlı keramika mәdәniyyәti dövründә Baltika sahillәrindә maldarlıqla yanaşı, әkinçilik dә yayıldı. E.ә. 1-ci minillikdә E. әrazisindә әhali oturaq hәyata keçdi, ilk möhkәmlәndirilmiş mәskәnlәr salındı: tunc tökmә vә emalı mәrkәzlәri olan Saaremaa a.-nda Asva vә Ridala, hәmçinin Tallin yaxınlığında İru. E.ә. 1-ci minilliyin ortalarından qonşularla dәniz vә quru yolları vasitәsilә әlaqәlәr genişlәndi. Arxeologiyada bu dövr daş qutu qәbirlәri mәdәniyyәti kimi mәlumdur. E.-nın şm.-nda daha çox rast gәlinәn tunc mәmulatlar, әsasәn, gәtirilmәdir. E.ә. 1-ci minilliyin ikinci yarısında E.-da ilk dәmir alәtlәr (balta, bıçaq, biz) vә bәzәk әşyaları meydana gәldi.

    “E.” adının Roma tarixçisi Tasitin e.ә. 98 ilә aid edilәn “Germanların mәnşәyi vә yerlәşmәsi barәdә” traktatında ilk dәfә qeyd olunmuş “Aestiorum gentes” sözündәn yaranması ehtimal edilir. Müәllifin sözlәrinә görә, germanlar Visla çayından şm.-ş.-dә yaşamış balt tayfalarını belә adlandırırdılar. Sonralar “Aestii” adı estlәrә aid edilmişdir.

    Roma Dәmir dövrü (50–450 illәr) indiki E. torpaqlarına da öz tәsirini göstәrdi. Ticarәt genişlәndi, yeni mәdәni әlaqәlәr yarandı (qәbirlәrdәn tapılan bәzәk әşyaları, geyimlәr, keramika vә s. bunu tәsdiq edir), әhalinin sayı artdı, ağır torpaqların becәrilmәsinә, dәmir filizinin hasilatı vә emalına başlanıldı. E.-nın “Orta Dәmir dövrü” (450–800) balt tayfalarının Baltikayanı fin tayfaları ilә qaynayıb-qarışması, hәrbi qarşıdurmalar, basqınlar dövrü idi. Müxtәlif tipli qәbirlәrdәn silahlar vә dәfinәlәr aşkarlanmışdır. Ətraf kәndlәri ilә birlikdә yeni şәhәrlәr (Rıuqe, Otepyae vә s.) yaranmışdı. Şimali Avropadakı “vikinq dövrü” (800–1050) E.-ya da tәsir göstәrmişdir (Skandinaviyadan Şәrqi Avropaya gedәn әsas ticarәt yollarının E. әrazisindәn yan keçmәsinә baxmayaraq). Buradan müxtәlif növ silahlar, әrәb gümüş sikkәlәri olan dәfinәlәr aşkar edilmiş, müәyyәn dәfn adәti (zәngin dәfn avadanlığı ilә meyityandırma) qeydә alınmışdır. Sahәsi 10 ha-ya çatan regional mәrkәzlәr (Keava, Pada) yaranmışdı. İsveçdә tapılmış runi yazılı daş abidәlәr vikinqlәrin E.-ya yürüşlәrindәn xәbәr verir. Tәqr. 1030 ildә Yaroslav Mudrı Tartu ş.-ni işğal etdi vә burada qala tikdirdi. 1061 ildә estlәr Tartunu geri aldılar.

    11 әsrdә E.-nın mәskunlaşmasında dönüş baş verdi: köhnә şәhәr vә kәnd yerlәri tәrk edildi, yeni, daha möhkәmlәndirilmiş mәskәnlәr salındı. Əhalinin sayı vә әkin sahәlәri artdı, xristianlığın ünsürlәri yayılmağa başladı. 12 әsrdә Danimarka vә İsveç E. әrazisinә yürüşlәr tәşkil etdi, buraya missionerlәr göndәrildi. Lakin bütün bunlar nәinki nәticә vermәdi, әksinә estlәr, digәr Baltikayanı xalqlarla birgә, İsveçә vә Danimarkaya yürüşlәr etdilәr. Son Dәmir dövründә (12–13 әsrlәr) inzibati bölgü sistemi formalaşdı. E.-da әsas inzibati-әrazi vahidi ağsaqqalların rәhbәrlik etdiyi kihelkondlar (sayları tәqr. 45) oldu. Onların әksәriyyәti daha iri әrazi birliklәrindә – maakondlarda birlәşirdi. 13 әsrdә E.-da 8 iri (Virumaa, Revala, Haryumaa, Yarvamaa, Lyaenemaa, Saaremaa, Uqandi, Sakala) vә 6 kiçik (Alempoys, Yogentaqana, Mıhu, Nurmekund, Sobolis, Vayqa) maakond mövcud olmuşdur. Əsas sosial- iqtisadi vahidi ailә ferması idi.

    E.-da orta әsrlәr 13 әsr – 16 әsrin ikinci yarısını, yәni xristianlığın yayılmasından Livoniya müharibәsinәdәk olan dövrü әhatә edir. 12 әsrdә Livoniya xaç yürüşü başladı. Xaçlılar E. torpaqlarına 1206–08 illәrdә çatdılar. 1210 vә 1212 illәrdә Novqorod vә Pskov knyazları estlәrә qarşı yürüşlәr tәşkil etdilәr. 1215 ildә almanlar Qәrbi E.-da Uqandi vә Sakala maakondlarını әlә keçirdilәr. 1217 ildә Vilyandi yaxınlığındakı hәlledici vuruşmada almanlar estlәrin 6 minlik qoşununu mәğlubiyyәtә uğratdılar. 1219 ildә Danimarka kralı II Valdemar Lindanise (Tallin) yaxınlığında estlәrә qalib gәlәrәk Şimali E.-nı tutdu, Tallini dayaq mәntәqәsinә çevirdi. Qılınclılar ordeni 1224 ildә Cәnubi E.-nı, 1227 ildә Saaremaa (Ezel) a.-nı әlә keçirdilәr. Nәticәdә torpaqlar Livoniya ordeninә qatıldı. Estlәrin mәğlubiyyәtinin әsas sәbәblәri hәrbi-texniki cәhәtdәn geri vә siyasi cәhәtdәn dağınıq olmaları idi. İşğal olunmuş әrazilәrdә Ezel-Vik (Saare-Lyaenemaa) vә Derpt (Tartu) yepiskopluqları yaradıldı. 1238 ildә Şimali E. әrazisi Danimarkaya keçdi vә burada Estlandiya hersoqluğu yaradıldı. 1240 ildә Danimarka kralı Tallin yepiskopluğunun yaradılması üçün torpaq bağışladı. 1251 ildә Derpt vә Ezel-Vik yepiskopluqları Riqa baş yepiskopluğunun tabeliyinә keçdi. Yeni iqtidarın yerli әhali ilә ziddiyyәtlәri üsyanlara gәtirib çıxartdı. Onlardan әn mәşhuru Yuri gecәsi üsyanıdır (1343–45). Üsyan Qәrbi E.-ya da yayıldı vә Saaremaa a.-nda daha güclü şәkil aldı. Danimarkalılar üsyanı yatırtmaq üçün Tevton ordeninә müraciәt etdilәr. Sonralar daxili problemlәrin artması ilә bağlı 1346 ildә IV Valdemar Atterdaq Danimarka Estlandiyasını 19 min Köln gümüş markası dәyәrindә Tevton ordeninә, o da öz növbәsindә Livoniya ordeninә satdı.

    E. әrazisindә feodal münasibәtlәri sistemi formalaşdı. Feodallara alman cәngavәrlәri, yepiskoplar vә almanlaşdırılmış azsaylı est ağsaqqalları aid idi. 16 әsrin әvvәllәrindә tәhkimçilik hüququ tәtbiq edildi. 1550 ildә natural vergilәrin hәcmi 25%-ә çatdı. Bütün inzibati vә mәhkәmә sәlahiyyәti alman magistratlarının әlindә idi. Şәhәrlәrdә tacir gildiyaları vә sәnәtkar sexlәri yaranırdı. Tallin, Tartu, Vilyandi vә Yeni Pyarnu Hanza ittifaqına daxil idi (Narvanın ittifaqa daxil olmasına Tallin imkan vermәdi). E. şәhәrlәri rus vә alman şәhәrlәri ilә tranzit ticarәtindә vasitәçi idi. Böyük şәhәrlәr (xüsusilә Tallin) müstәqil idarә olunurdu. Şәhәrlilәrin ali tәbәqәsini alman mühacirlәri tәşkil edirdi, orta әsr Aşağı Almaniya dili (hәmçinin latın dili) rәsmi dil idi. Şәhәrlәrdә yaşayan estonlar (hәmçinin isveçlәr vә finlәr) şәhәr әhalisinin aşağı tәbәqәsi hesab olunurdu. 14 әsrdә Livoniyanın iri feodalları arasındakı ixtilaflar hәrbi silahlı toqquşmalarla nәticәlәndi. 15 әsrdә silklәr arasındakı münasibәtlәr nizamlandı.

    Şәhәrlәrin, xüsusilә Tallinin memarlığı Qәrbi vә Şimali Avropa (“Hanza”) üslubuna uyğunlaşdırılmışdı. 1550 ildә E. әhalisinin sayı tәqr. 250 min nәfәr idi, onlardan 6%-i şәhәrlәrdә, o cümlәdәn 8 min nәfәr Tallindә, 6 min nәfәr isә Tartuda yaşayırdı. E.-da ilk kitabxana 1552 ildә Tallindә yaradılmışdır.

    Katolik kilsәsinin E. әhalisinә münasibәti haqqında müxtәlif fikirlәr var. Bәzilәri kilsәnin eston dilinә vә mәdәniyyәtinә marağı olmadığı üçün katolik dininin estonlar arasında çox yayılmadığını, digәrlәri isә xüsusilә şәhәrlәrdә “qeyrialmanlar”a (estonlara) böyük diqqәt ayırdığını qeyd edirlәr. Tallindәki bütün kilsә vә monastırlarda alman vә eston dillәrindә vәz edilirdi. 16 әsrdәn E. әhalisi övladlarına xristian adları qoyurdu. 1523 ildә E.-ya nüfuz edәn Reformasiya hәrәkatı әhalinin müxtәlif tәbәqәlәrinin vә ticarәt mәrkәzlәri olan şәhәrlәrin, hәmçinin Ordenlә cәngavәrlәrin ziddiyyәtlәrini kәskinlәşdirdi. Hәrәkatın tәlәblәrindәn biri olan dini ibadәtin ana dilindә aparılması ilk eston kitablarının nәşrinә (1525) şәrait yaratdı.

                                                                       Таллинин тарихи мяркязи.

    1558 ildә Livoniya müharibәsinә (1558–83) başlayan Rus dövlәti tezliklә Şәrqi E.-nı tutdu. 1559 ildә Qәrbi E. Danimarkaya, 1561 ildә Şimali E. İsveçә, Cәnubi E. Reç Pospolitaya tabe edildi. 1572–77 illәrdә Rus dövlәti Tallin ş. vә adalardan başqa, bütün E.-nı zәbt etdi. 1570 ildә IV İvan Vasilyeviç Livoniya krallığını yaratdı vә onun idarәçiliyini vassalı Danimarka şahzadәsi hersoq Maqnusa verdi. Reveli iki dәfә (1570 vә 1577) mühasirәyә alan rus qoşunları şәhәrә girә bilmәdilәr. 1577 ildә rus qoşunları bütün E.-nı (Revel vә adalar istisna olmaqla) tutsalar da, 1582 ildә Polşa vә İsveç qoşunları rusları bütün Livoniya әrazisindәn sıxışdırıb çıxartdılar. Rusiya ilә Reç Pospolita arasında Yam– Zapolski sülh müqavilәsinә (1582) vә Rusiya ilә İsveç arasında Plyussa barışığına (1583) әsasәn Cәnubi E. (Liflandiya) Reç Pospolitaya (Polşa), Şimali E. (Estlandiya) İsveçә verildi, Saaremaa a. isә Danimarkanın tabeliyindә qaldı. Müharibәdәn әvvәl E. әrazisindә әhalinin sayı tәqr. 250–300 min nәfәr idisә, müharibәdәn sonra isә onun sayı tәqr. 120–140 min nәfәr Polşa kralı II Sigizmund Avqust Livoniya feodallarının imtiyazlarını tәsdiqlәdi. Onlar özünüidarә vә kәndlilәr üzәrindә hakimiyyәti әldә etdilәr. Yeni kral Stefan Batori inzibati sistemi unifikasiya etdi vә almanların yuxarı tәbәqәsinin nüfuzunu zәiflәtdi. Polşa kralları vәzifә bölgüsünü daha çox polşalılar vә litvalılar arasında apardılar, onlara torpaqlar bağışladılar. Polşanın İsveçlә E.-dakı mülklәri uğrunda müharibәlәri İsveçin qәlәbәsi ilә başa çatdı: 1625 ildә İsveç E.-nın bütün materik hissәsini işğal etdi. Altmark sülhünә (1629) әsasәn o vaxtadәk Reç Pospolitaya mәxsus olmuş Livoniyadakı әrazilәr dә İsveçә keçdi. 1645 il Brömsebru sülhünә görә Danimarka Ezel üzәrindә nәzarәti әldәn verdi vә İsveç indiki E.-nın bütöv әrazisini әlә keçirdi. 17 әsr әrzindә İsveç Baltikayanı torpaqlarda mövqeyini qoruyub saxlaya bildi. Estlandiyanın әhalisi 400 min nәfәrә çatdı. Siyasi mövqelәrini itirәn almanlar hakim sosial- iqtisadi sinif olaraq qalırdılar. E. әrazisindә Estlandiya vә Liflandiya qub.-ları yaradıldı. İsveçin hakimiyyәti dövründә E.-da tәhsilin sәviyyәsi artdı. 17 әsrin sonlarından mәktәblәrdә eston dilindә tәhsil geniş yayıldı. 1632 ildә kral II Qustav Adolf Tartu Un.- tinin yaradılması haqqında fәrman imzaladı. 1684 ildә İsveç kralının dәstәyi ilә Tartuda müәllimlәr seminariyası açıldı, eston dilindә kitabların nәşri genişlәndi. 17 әsrin 80-ci illәrindә ilk kәnd mәktәblәri fәaliyyәtә başladı. “Böyük aclıq” dövründә (1695–1697) әhalinin sayı tәqr. 70–75 min nәfәr azaldı. Tallin, Narva, Arensburq, Pernau, Fellin iri şәhәrlәr idi. 17 әsrәdәk E. iqtisadiyyatının әsasını ticarәt tәşkil edirdi. Əlverişli coğrafi mövqedә yerlәşdiyinә görә Avropadan Rusiyaya gәlib-gedәn mallar Tallin vә Narvadan keçirdi. Torpaq sahiblәri olan әyanlar, әsasәn, almanlar vә isveçlәr idi. 1671 ildә qaçqın kәndlilәrin geri qayıtmasına vә onların adlarının tәhkimli kәndlilәr kitablarında qeyd olunmasına icazә verәn qәrar qәbul edildi. Orta әsrlәrdә E. şimal ölkәlәrinә әn iri taxıl tәdarükçüsü idi. 17 әsrdә hasilat vә ağac emalı sahәlәrinin sәnayelәşdirilmәsi başlandı. 18 әsrin әvvәllәrindә Baltika regionunda Rusiya imperiyasının vә İsveçin maraqları toqquşurdu. Şimal müharibәsi (1700–1721) İsveçin mәğlubiyyәti vә 1710 ildә Estlandiya vә İsveç Livoniyasının Rusiya imperiyasına qatılması ilә (rәsmәn 1721 il Niştadt sülh müqavilәsinә әsasәn) başa çatdı. O dövr üçün adi hala çevrilmiş soyğunçuluq vә qәtllәr çarın “yandırılmış torpaq” taktikası vә yerli әhalinin deportasiyasından sonra daha da artdı. Müharibәdәn sonra indiki E. әrazisinin şm.-ında Revel qub. (1783 ildәn Estlandiya qub.) yaradıldı, E.-nın c.-u isә indiki Latviya ilә birlikdә Liflandiya qub. oldu. I Pyotr alman zadәganlarının hüquqlarını bәrpa etdi. Tәhkimçilik hüququ  qәti şәkildә  tәsdiq olundu. Yerli lüteran vә rus kilsәsinә eyni hüquqlar verildi. Müharibә, taun epidemiyası nәticәsindә azalmış әhali artaraq 1765 ildә 400 minә çatdı (almanlar әhalinin 3– 4%-ini tәşkil edirdilәr). 18 әsrin sonunda qub.-lardakı eston әhalisinin yarıdan çoxu savadlı idi. Şәhәr әhalisinin dә sayı artırdı: Revel – 10 min 700, Derpt – 3 min 400, Narva – 3 min, Pyarnu – 2 min nәfәr. 19 әsrin birinci yarısında şәhәr әhalisinin 40– 50%-i almanlardan, 20–40%-i isә estonlardan ibarәt idi. Şәhәr vә qub.-larda kargüzarlıq işlәri alman dilindә aparılırdı. 1802 ildә Derptdә yenidәn un-t açıldı. 1804 il kәndli qanununa әsasәn Estlandiya vә Liflandiya qub.-larında kәndli mükәllәfiyyәtlәri nizama salındı. Nahiyә mәhkәmәlәri yaradıldı. Estlandiyada (1816) vә Liflandiyada (1819) qәbul edilmiş kәndli qanunlarına әsasәn tәhkimçilik lәğv olundu, lakin kәndlilәr torpaq almaq hüququndan mәhrum idilәr. Mülkәdarların polis vә mәhkәmә hakimiyyәti saxlanıldı. 19 әsrin 20-ci illәrinin sonunda E.-da sәnaye çevrilişi başladı. Toxuculuq sәnayesi (mahud f-klәri) daha sürәtlә inkişaf edirdi. Liflandiya (1849), Estlandiya (1856) vә Saaremaadakı (1865) kәndli qanunları biyardan pul rentasına keçmәyә, kәndlilәrin torpağı satın almasına şәrait yaratdı. Lakin tәhkimçilik qalıqlarının, xüsusilә biyarın saxlanılması kәndli hәyәcanlarına sәbәb oldu (1858 il Maxtra üsyanı vә s.). Kapitalizmin inkişafı k.t.-nda әmtәә istehsalını artırdı. 60-cı illәrin sonunda torpağın pulla icarәyә götürülmәsi üstün yer tuturdu. Hәmin illәrdә sәnaye çevrilişi başa çatdı. Əsas sәnaye sahәsi toxuculuq idi, maşınqayırma inkişaf edirdi, sement sәnayesi yarandı. 19 әsrin ikinci yarısında eston millәti tәşәkkül tapdı, eston milli oyanışı baş verdi. Yakob Hurt (1839–1906), Karl Robet Yakobson (1841– 1882), Yohann Voldemar Yannsen (1819– 90) eston milli ideologiyasının görkәmli nümayәndәlәridir. Bu hәrәkat alman mülkәdarlarının imtiyazlı mövqeyinә qarşı, hәmçinin milli azadlıq әldә olunmasına yönәldilmişdi. 19 әsrin sonunda E. Rusiya imperiyası tәrkibindә inhisarçı kapitalizm mәrhәlәsinә qәdәm qoydu. 20 әsrin әvvәlindә E. Rusiya imperiyasında kapitalizmin daha çox inkişaf etdiyi bölgәlәrdәn idi.

                                                                       Кадриорг сарайы. 18 яср. Таллин.

     1905 ildә eston milli burjuaziyası liberal islahatların keçirilmәsini tәlәb etdiyinә görә çar hökumәtinin әmri ilә repressiyalar başladı. 1910 ildәn başlayan yeni sәnaye yüksәlişi iqtisadiyyatın hәrbilәşdirilmәsi ilә bağlı idi. Birinci dünya müharibәsi illәrindә (1914–18) tәqr. 100 min eston iştirak etdi, onlardan 8–10 min nәfәri hәlak oldu.

    Rusiyada Fevral burjua-demokratik inqilabından (1917) sonra E.-da da ikihakimiyyәtlilik (Müvәqqәti hökumәt vә Sovetlәr) yarandı. Martın әvvәllәrindә Tallindә çar hakimiyyәti devrildi. Bu dövrdә Müvәqqәti hökumәtlә yanaşı, bolşeviklәr (Fәhlә vә әsgәr deputatları soveti) dә şәhәrlәrdә vә rus ordusunun hissәlәrindә tәbliğat aparırdılar. 1917 ilin yazında Estlandiyada yaradılmış Müvәqqәti Zemstvo şurası (ilk ümumeston xalq nümayәndәlәri mәclisi) Müәssislәr mәclisi çağırılanadәk özünü E.-da ali hakimiyyәt elan etdi. Bolşeviklәr şuranı dağıtdılar vә mәclisin çağırılmasına mane oldular. Moonzund әmәliyyatı (1917, 6–23 sentyabr) zamanı alman donanması Riqa körfәzinә girәrәk Moonzund arxipelaqına desant çıxartdı. 1917 il dekabrın 31-dә Zemstvo şurası vә digәr partiya (bolşeviklәr istisna olmaqla) nümayәndәlәrinin iclasında müstәqil E. dövlәtinin yaradılması haqqında qәrar qәbul edildi. 1918 ilin 18–20 fevralında Almaniyanın 8-ci ordusunun qoşunları vә Şimal ordusu korpusu Revel istiqamәtindә hücuma keçdilәr. Martın 3-dә E. bütünlüklә almanlar tәrәfindәn işğal edildi. Hәmin tarixdә Almaniya ilә Sovet Rusiyası arasında bağlanmış Brest-Litovsk sülhünә görә Estlandiya vә Liflandiya formal olaraq Rusiyanın tәrkibindә vә “yerli müәssisәlәr ölkәdә tәhlükәsizlik vә nizam-intizam yaradılana qәdәr” alman polislәrinin nәzarәtindә qalırdı. Almanlar vә Baltika (Ostze) almanları әn yüksәk vәzifәlәrә tәyin edilirdilәr. Bolşeviklәr vә milli hәrәkat nümayәndәlәri tәqib olunurdular. Yerli hәrbi hissәlәr buraxıldı. Tartu un-ti bağlandı, müsadirә olunmuş әmlak Almaniyaya daşındı.

    1918 ilin aprelindә, әsasәn, Ostze almanlarından tәşkil olunmuş Estlandiya vә Liflandiyada landesratlar, sonra isә aprelin 12-dә Baltika birlәşmiş landesratı yaradıldı. Sentyabrın 22-dә Almaniya imperatoru II Vilhelm Estlandiya vә Liflandiyanı müstәqil әrazi kimi tanıdı, noyabrın 5-dә isә landesrat müstәqil Baltikayanı dövlәtinin yaradılmasını elan etdi. 1918 il noyabrın 11-dә Kompyen barışığını imzalayan Almaniya qoşunlarını işğal etdiyi zonalardan çıxartdı.

    Noyabrın 19-da Almaniyanın nümayәndәsi hakimiyyәti E.-nın Müvәqqәti hökumәtinә tәhvil verdi. Estonların xaricdәki nümayәndәlәrinin sәylәri nәticәsindә B.Britaniya, Fransa vә İtaliya E. Resp.-nın Zemstvo şurasını de-fakto tanıdı. Bolşeviklәr sovet E.-sını yaratmaq uğrunda mübarizә aparırdılar. Qırmızı ordunun tәrkibindә eston polkları formalaşdırıldı. 1919 ilin yanvarında Qırmızı ordu E. әrazisinin 2/3 hissәsini tutaraq Tallinә yaxınlaşdı. Müvәqqәti hökumәt tәrәfindә müharibәyә Britaniya donanması, fin vә İsveç könüllülәri qoşulmuşdu. Polkovnik Yohan Laydonerin başçılıq etdiyi eston qoşunları vә onun müttәfiqlәri 1919 il yanvarın 7-dә bolşevik qoşunlarını mәğlubiyyәtә uğradaraq E. sәrhәdlәrindәn uzaqlaşdırdılar. 1919 ilin mayında ağların vә eston qoşunlarının (gen. N.N.Yudeniçin Şimal- Qәrb ordusu) Petroqrada hücumu onların geri çәkilmәsi ilә nәticәlәndi. 1919 ildә Paris konfransında E.-nın müstәqilliyi deyure qәbul edilmәsә dә, sovet Rusiyası E.- nı işğal etmәk planını hәyata keçirә bilmәdi. Əvәzindә Estlandiya әmәk kommunasının şurası (1918 il noyabrın 29-da elan olunmuşdu) buraxıldı. E. Antantanın etirazlarına baxmayaraq, RSFSR ilә 1920 il fevralın 2-dә Tartu sülh müqavilәsini imzaladı. Rusiya Estoniya Resp.-nın müstәqilliyini de-yure tanıdı.

    1920 il iyunun 15-dә Müәssislәr mәclisi E. Resp.-nın ilk konstitusiyasını qәbul etdi. Hakimiyyәt bölgüsü prinsipinә görә, hökumәt parlamentә tabe oldu. 1920–34 illәr әrzindә E.-da 23 hökumәt dәyişildi. 1921 il sentyabrın 22-dә E. Millәtlәr Cәmiyyәtinin üzvü oldu. 1924 il dekabrın 1- dә SSRİ-nin dәstәyi ilә eston kommunistlәri silahlı dövlәt çevrilişi etmәyә cәhd göstәrdilәr. Bundan sonra Kommunist partiyası qadağan olundu. Dünya iqtisadi böhranı (1929–33) illәrindә E.-nın ixrac malları ucuzlaşdı. 1932 il avqustun 4-dә E. ilә SSRİ arasında hücum etmәmәk haqqında pakt imzalandı. 1934 ildә ikinci konstitusiya qüvvәyә mindi. Parlament idarәçiliyi lәğv edildi, dövlәt çevrilişi edәrәk hakimiyyәti әlә keçirәn K.Pyats E. protektoru elan olundu. Parlament buraxıldı. Ölkәni triumvirat (prezident, ordu komandanı vә daxili işlәr naziri) idarә edirdi. E.- da sәnaye (toxuculuq, kimya, yeyinti, metal vә ağac emalı, torf hasilatı vә s.) vә k.t. inkişaf etdi. Ölkәnin әsas ticarәt partnyorları B.Britaniya vә Almaniya idi. 1934 il sentyabrın 12-dә Litva vә Latviya ilә әmәkdaşlıq vә qarşılıqlı yardım haqqında paktlar imzalandı.

    1937 ildә Milli mәclis (Rahvuskoqu) üçüncü konstitusiyanı qәbul etdi (1938 il yanvarın 1-dә qüvvәyә mindi). Yeni konstitusiyaya әsasәn dövlәt başçısı 6 il müddәtinә seçilәn prezident oldu. İkipalatalı parlament sistemi yaradıldı: Dövlәt duması (Riygivolikoqu) vә Dövlәt şurası (Riiginıukoqu). E. prezident resp.-sı oldu. 1938 il aprelin 24-dә K.Pyats E. Resp.-nın ilk prezidenti seçildi.

                                                          Тарту шяhяриндян эюрцнцш.

    İkinci dünya müharibәsinin yaratdığı beynәlxalq böhran nәticәsindә E. Stalinlә Hitler arsındakı razılaşmanın qurbanına çevrildi. Molotov–Ribbentrop paktına (1939 il avqustun 23-dә imzalandı) әlavә olunmuş gizli protokola görә E., Latviya, Finlandiya, Şәrqi Polşa vә Bessarabiya (Rumıniyaya mәxsus) SSRİ-nin maraq dairәsinә daxil edildi. İkinci dünya müharibәsi başladıqdan, Almaniya vә SSRİ qoşunları Polşaya daxil olduqdan sonra E. hökumәti öz әrazisindә sovet hәrbi bazalarının vә 25 min nәfәrlik hәrbi kontingentin yerlәşdirilmәsi haqqında paktı imzalamağa mәcbur oldu (SSRİ xarici işlәr xalq komissarı V.M.Molotovun ultimatumundan sonra). İyunun 16-da E.-nı havadan vә dәnizdәn blokadaya almaqla hәdәlәyәn Molotov orada әlavә olaraq 90 minlik sovet hәrbi kontingentinin yerlәşdirilmәsini vә hökumәtin devrilmәsini tәlәb etdi. 1940 il iyunun 17-dә Tallinә sovet qoşunları yeridildi; Baltikayanı әrazilәrә gәmilәrdәn desant çıxarıldı. Prezident Pyats sovet hәrbçilәrinin tәzyiqi ilә yeni hökumәt tәşkil etdi. Ölkәni faktiki olaraq SSRİ sәfirliyi idarә edirdi. Baltikayanı almanların deportasiyasına başlanıldı. A.A.Jdanovun sәrәncamı ilә keçirilmiş saxta parlament seçkisindә yalnız “Zәhmәtkeş xalq ittifaqı”nın nümayәndәlәri tәrәfindәn namizәdlik irәli sürüldü. 1940 il iyulun 21-dә yeni parlament Estoniya Sovet  Sosialist  Respublikasının  (Estoniya SSR) yaranması haqqında qәrar qәbul etdi. Estoniya SSR avqustun 6-da SSRİ-nin tәrkibinә qatıldı.

    1941 il iyulun 7-dә alman qoşunları E. sәrhәdlәrinә yaxınlaşdı, avqustun 28-dә sovet ordusu Tallini tamamilә tәrk etdi. E. “Ostland” reyxskomissarlığının tәrkibinә daxil oldu. 1942 ildә SS qoşunlarının eston legionu tәşkil olundu. 1943 ildә almanlar E.-da sәfәrbәrlik elan etdilәr. 1944 ildә E. әhalisinin 38 min nәfәri alman ordusuna sәfәrbәrliyә alındı. İkinci dünya müharibәsi illәrindә Qırmızı ordu vә fin hәrbi qüvvәlәri tәrkibindә vuruşan estonlar da var idi. 1944 il fevralın 2-dә sovet qoşunları Narva çayını keçdi. E. әrazisindә sentyabrın sonunadәk davam edәn döyüşlәrdә hәr iki tәrәfdәn eston bölmәlәri vuruşurdu. 1944 il sentyabrın 22-dә sovet qoşunları Tallinә daxil oldu. Sentyabrın 25-dә hakimiyyәt tәxliyәdәn qayıtmış Estoniya SSR hökumәtinin әlinә keçdi. Moonzund arındakı döyüşlәr noyabrın sonunadәk davam etdi. 1944 ilin noyabrın 24-dә Saaremaa a.-nın c.-u işğal altına düşdü vә E. yenidәn sovet qoşunlarının nәzarәtinә keçdi. 1944 – 45 illәrdә E.-nın ruslar yaşayan bölgәlәri (Peçora diyarının nahiyәlәri, Zanarovye vә İvanqorod) RSFSR tәrkibinә qatıldı. Müharibә illәrindә E.-nın tәqr. 80 min nәfәr sakini hәlak oldu, 70 min nәfәr isә mühacirәt etdi. E. müharibәyәqәdәrki әrazisinin 5%-ni (tәqr. 2300 km2), әhalisinin isә 6%-ini itirdi.

    SSRİ tәrkibinә qatıldıqdan sonra E.-da KP vә sovet orqanlarının hakimiyyәti bәrqәrar oldu. Müharibәdәnәvvәlki millilәşdirmә davam etdi: sәnayedә vә ticarәtdә özәl sektor lәğv olundu, 1947 ildәn k.t.-nın kollektivlәşdirilmәsinә başlanıldı. Kolxoz vә sovxozların sayı artdı. E. iqtisadiyyatının SSRİ iqtisadiyyatına inteqrasiyası prosesi gedirdi. Zorla kollektivlәşmәyә qarşı “meşә qardaşları” (“metsavennad”) hәrәkatı 1953 ilә qәdәr davam etdi. Sәnayelәşdirmә E.-nın etnik balansını RSFSR- dәn gәlmiş fәhlәlәr hesabına kәskin dәyişdi. Dövlәtin әsas cәhdlәri resp.-nın şm.- ş.-indә yanar şist hasilatı vә emalının bәrpasına yönәlmişdi. 1948 ildә Kohtla-Yarvedә dünyada ilk yanar şist kombinatı tikildi. Sovet hökumәti “burjua millәtçiliyi”nә qarşı mübarizә kampaniyası çәrçivәsindә repressiyalara başladı. Rәhbәr vәzifәlәri tutan estonlar işdәn azad edildilәr. Keçmiş nazir A.Hansen edam olundu. On minlәrlә eston kәndlisi Krasnoyarsk diyarına vә Novosibirsk vil.-nә köçürüldü. 1944 –53 illәrdә tәqr. 36 min nәfәr repressiyalara mәruz qaldı. N.S.Xruşşov hakimiyyәtә gәldikdәn sonra siyasi “mülayimlәşmә” başladı. 1956 ildә deportasiya olunmuşların geri qayıtmasına icazә verildi. Siyasi hakimiyyәt Sov.İKP-nin әrazi tәşkilatı olan EKP-nin әlindә idi. Liberallaşma siyasәtinin dayandırılmasından sonra E.-da siyasi cәhәtdәn fәrqli mövqelәr meydana çıxdı vә sovetlәşdirmәyә qarşı hәrәkat başladı. Bu hәrәkat eston dilinin tәhsildә vә ictimai hәyatda geniş vә müstәqil tәtbiqi tәlәbini irәli sürürdü. 1970 ildә E. Baltikayanı resp.-ları arasında әn urbanlaşmış ölkә idi, әhalisinin 65%-i şәhәrlәrdә yaşayırdı. Estoniya SSR-dә yaşayış sәviyyәsi SSRİ üzrә orta göstәricidәn xeyli yuxarı idi. 1970-ci illәrin ikinci yarısında dissident hәrәkatı fәallaşdı. 1980 ildә E.-da antisovet tәlәbә hәyәcanları baş verdi, lakin hüquq-mühafizә orqanları tәrәfindәn yatırıldı. 1987 ildә M.S.Qorbaçovun “yenidәnqurma” siyasәti elan edildikdәn sonra E.-da milli oyanış güclәndi. SSRİ hökumәtinin E.- nın şm.-nda fosforit yataqlarının işlәnilmәsinә başlamaq planları kütlәvi informasiya vasitәlәrindә etiraz kampaniyası vә “yaşıllar” hәrәkatının yaranması ilә nәticәlәndi. “İqtisadi cәhәtdәn müstәqil Estoniya” proqramı işlәnib hazırlandı. 1988 il noyabrın 16-da E.-nın suverenliyi haqqında bәyannamә qәbul olundu.

    “Estoniyanın dövlәt statusu haqqında” 30 mart 1990-cı il tarixli qәtnamәyә әsasәn mayın 8-dә ESSR Estoniya Respublikası adlandırıldı. 1991 il avqustun 20-dә E. Ali Soveti “Estoniyanın dövlәt müstәqilliyi haqqında” qәtnamәni tәsdiqlәdi. 1991 il sentyabrın 17-dә E. BMT-nin tamhüquqlu üzvü oldu. 1992 il iyunun 28-dә E.-nın dördüncü konstitusiyası qәbul edildi. Rusiya ordusunun sonuncu hissәlәri 1994 il avqustun 31-dә ölkәdәn çıxarıldı. 1992 ildә Lenart Meri E.-nın prezidenti seçildi. 1999 ilin martında keçirilmiş seçkilәrdә çoxpartiyalı parlament tәşkil edildi. A.Ryuytel (2001–06), T.H.İlves (2006–16), prezident seçildilәr. K.Kalyulayd 2016 ildәn E.-nın prezidentidir. 2004 ildә E. NATO-nun, hәmin ilin mayında Aİ-in üzvü oldu.

    Azәrb. Resp. E.-nın müstәqilliyini 1991 il dekabrın 6-da, E. isә Azәrb.-ın müstәqilliyini 1992 il fevralın 20-dә tanımış, 1992 il iyunun 20-dә tәrәflәr arasında diplomatik münasibәtlәr qurulmuşdur. Azәrb. Resp. Milli Mәclisindә Azәrb.–E. parlamentlәrarası әlaqәlәr üzrә dostluq qrupu 2000 il dekabrın 5-dә, E. parlamentindә isә E.–Azәrb. parlamentlәrarası әlaqәlәr üzrә dostluq qrupu 2007 il martın 4-dә yaradılmışdır. 2009 ilin yanvarında E. Prezidenti T.H.İlves Azәrb.-a, 2010 ilin aprelindә Azәrb. Prezidenti İ.Əliyev E.-ya sәfәr etmişdir. 2010 il oktyabrın 11-dә Tallin ş.-ndә Azәrb. Resp.-nın sәfirliyi fәaliyyәtә başlamışdır. 2 ölkә arasında siyasi, iqtisadi, humanitar, hәmçinin tәhsil sahәsindә әmәkdaşlığa dair bir sıra müqavilә vә saziş imzalanmışdır.

     Tәsәrrüfat

    E. Şәrqi Avropanın әn uğurlu inkişaf etmәkdә olan ölkәlәrindәn biridir. ÜDM-in hәcmi (alıcılıq qabiliyyәti paritetinә görә, 2017; BVF-nin mәlumatlarına әsasәn) 41,32 mlrd. dollar, adambaşına düşәn ÜDM tә 31,5 min dollar (keçmiş SSRİ respublikaları arasında 1-ci, Şәrqi Avropa ölkәlәri arasında 4-cü yerdәdir; 1995 ildә – 11,1 min dollar) tәşkil edir. İnsan inkişafı indeksi 0,865 (2016; 188 ölkә arasında 30- cu yer; Şәrqi Avropa ölkәlәri arasında 3-cü yer).

    İqtisadiyyatın strukturu Rusiya imperiyası vә SSRİ-nin tәrkibindә sәnayelәşmә, 1990-cı illәrin postsosializm islahatları vә Aİ-dә iqtisadi inteqrasiya proseslәrinә, hәmçinin qloballaşmaya adaptasiya nәticәsindә formalaşmışdır. 1990-cı illәrin iqtisadi islahatları makroiqtisadi stabillәşmә, dövlәt mülkiyyәtinin sәhmlәşmәsi vә özәllәşdirilmәsi, irihәcmli xarici investisiyaların (bu mәqsәdlә Tallin, Tartu, Narva, Pyarnuda çoxsaylı sәnaye zonaları, texno- vә biznes parklar yaradılmışdır) cәlb olunması, xarici ticarәtin liberallaşması, vergi sistemi vә restitusiyanın kökündәn dәyişdirilmәsi tәdbirlәrini әhatә edirdi. 2003 ildә ÜDM-in hәcmi 1989 il sәviyyәsinә çatdı. Onun inkişaf tempi ayrı-ayrı illәrdә (2003, 2005 vә 2006) 7,5%-dәn çox olmuşdur. 2008–09 illәr dünya böhranı dövründә kәskin enmә (2009 ildә 14,1%), 2010 ildәn isә yenidәn artım (2011 ildә 9,6%) baş verdi.

    2010-cu illәrin әvvәllәrindәn E.-nın iqtisadiyyatı böhran vәziyyәtindәdir. ÜDM- in artım tempindә (2015 ildә 1,1%), açıq satılan qiymәtli kağızların (2 mlrd. dollar) bazar dәyәrindә, yığılmış birbaşa xarici investisiyaların (22 mlrd. dollar) ümumi hәcmi vә qızıl valyuta ehtiyatlarında (414,8 mln. dollar), hәmçinin sәnaye istehsalında (1,6%) azalma vә deflyasiya (0,5%) müşahidә olunur. Dövlәt büdcәsi (ÜDM-in 0,4%-i) vә tәdiyә balansının cari әmәliyyat hesabları (437 mln. dollar) saldosunun, dövlәt (ÜDM-in 9,7%-i) vә xarici (18,3 mlrd. dollar) borcun müsbәt dinamikası saxlanılmışdır.

    ÜDM-in strukturu (%, 2017): xidmәt sferası 68,8, sәnaye vә tikinti 27,8, kәnd, meşә tәsәrrüfatı, balıqçılıq 3,4.

                                                       Мууга дяниз ticарят лиманы.

    Sәnaye. 1990-cı illәrdәn maşınqayırma vә metal emalı, meşә vә tamlı mәhsullar sәnayesinin rolu artmışdır.

    Yanacaq-energetika  kompleks i.  İlkin  enerji  daşıyıcılarının  istehlakı 6,6 mln. t neft ekvivalentidir; onun tәqr. 70%-i yanar şistlәrin payına düşür. Enerji  resurslarının  idxalından  asılılıq 8,4%-dir (2014; Aİ ölkәlәri arasında әn az). Dövlәt “Eesti Energia” (yanar şist hasilatı vә emalını, tәbii qazın paylaşdırılmasını, elektrik enerjisinin istehsalı vә paylanmasını hәyata keçirir) aparıcı energetika şirkәtidir.

    Yanar şist hasilatı 14,9 mln. t tәşkil edir (2015). Baltikayanı şist hövzәsi (İda-Viru maakondu, Narva, Kohtla-Yarve vә Kiviıli şәhәrlәri yaxınlığında; maks. hasilat 1980 ildә 30 mln. t, 1990-cı illәrdәki kәskin azalmadan sonra 2001 ildәn artır) işlәnilir. “Narva” (“Eesti Energia”-nın törәmә şirkәti olan “Eesti Energia Kaevandused”in nәzarәti altında), “Põhja-Kiviõli” (“Kiviõli Keemiatööstus”) vә “Ubja” (“Kunda Nordic Tsement”, Almaniyanın “Heidelberg- Cement”inin strukturunda) kәsilişlәri; “Estonia” (“Eesti Energia Kaevandused”) vә “Ojamaa” (“Viru Keemia Grupp”, VKG) şaxtaları işlәyir. Yanar şistin tәqr. 70%-i elektrik enerjisi istehsalına, tәqr. 27%-i şist yağı, tәqr. 3%-i istilik enerjisi, kimya mәhsulları vә sement istehsalına sәrf olunur. 6 şist z-du fәaliyyәt göstәrir: 3-ü Kohtla-Yarvedә (ümumi gücü 342 min t şist yağı vә 143,4 mln. m3 şist qazı; VKG- nin nәzarәtindә), 2-si Narvada (472,8 min t yağ vә 135 mln. m3 qaz; “Eesti Energia”) vә 1-i Kiviılidә (65 min t yağ; 2011 ildәn “Alexela Group”un nәzarәtindә). Maye yanacaq istehsalı 560 min t (2013; şist yağından), istehlakı 1,3 mln. t (2012), idxalı 710 min t (Litva, Finlandiya, Rusiya, Belorusiya vә B.Britaniyadan); elektrod koksu istehsalı 26 min t (2013). Tәbii qaz idxalı 530 mln. m3 (Rusiyadan vә Norveç qazı Litvadan; 2014). Torf hasilatı 1,05 mln. t (2013), Haryu, Pyarnu, İda-Viru vә Tartu maakondlarında.

    Elektrik enerjisi istehsalı 10,3 mlrd. kVt/saat (2015), istehlakı tәqr. 9,4 mlrd. kVt/saat, ixracatı tәqr. 900 mln. kVt/saat, Latviya (88%) vә Finlandiyaya (12%; “Estlink” sualtı kabeli vasitәsilә). Elektrik enerjisinin 90%-indәn çoxu şist İES-lәrindә istehsal olunur; әn irilәri: “Eesti” (gücü 1615 MVt), “Balti” (765 MVt) vә “Auvere” (300 MVt; hәr 3-ü İda-Viru maakondunda). Qazanxana yanacağı kimi tәbii qaz, mazut (әn iri qaz-mazut İES-i – Tallindә “Iru”, gücü 215 MVt), torf, oduncaq yonqarı vә talaşa (pellet), mәişәt tullantılarından istifadә olunur. 12 kiçik SES (Narva çayı üzәrindә vә s.), “Aulera” (gücü 48 MVt) vә “Virtsu” (1,4 MVt; hәr ikisi Lyaene maakondunda) külәk enerjisi parkları, Narva kül qalaqları (İda-Viru maakondu; 39 MVt) vә “Paldiski” (Haryu maakondu; 22,5 MVt), ümumi gücü 227 MVt olan günәş batareyaları var.

    Metallurgiya. Aparıcı müәssisә Sillamyaedә yerlәşәn “Silmet” (İda-Viru maakondu; 2011 ildәn “Molycorp” Amerika şirkәtinin nәzarәtindәdir; әsasәn, tantal vә niobium istehsalı, nadir torpaq metalı neodim istehsalı üzrә Çindәn sonra 2-ci yerdәdir; gücü ildә tәqr. 700 t nadir torpaq metalı vә 3 min t nadir torpaq mәhsulları; hәm öz xammalı – şist külündәn, hәmçinin idxal xammaldan istifadә olunur) kimyametallurgiya kombinatıdır. “Ecometal” şirkәtinin akkumulyatorların utilizasiyası üzrә zavodu da (gücü ildә 12 min t ikincili qurğuşun vә 1 min t polipropilen) burada fәaliyyәt göstәrir. Qara vә әlvan metallardan prokat Maarduda (Haryu maakondu) “Elme Metall” şirkәtinin müәssisәsindә, liqatur (alüminium әsasında) vә ferroәrintilәr Tallindә “Demidov Industries” şirkәtinin müәssisәsindә istehsal olunur.

    Maşınqayırma  vә  metal emal ı. Sәnayenin aparıcı sahәsidir. Tallindә “BLRT Grupp” (dәniz gәmilәrinin vә elektrik mühәrriklәrinin tәmiri, gәmi vә müxtәlif sәnaye avadanlıqları istehsalı), “F.Krulli masinatehas” (neft vә şist sәnayesi üçün avadanlıq vә s.), “Volta” (elektrotexnika avadanlıqları), İsveç “Ericsson” (müasir rabitә növlәri avadanlıqları), “Tondi Elektroonika” (eşitmә aparatları), “Ferreks” (“Eesti Talleks”in törәmәsi), “Kavor Motorsport”, “Metallist” vә “Kohimo” (4ü dә metal konstruksiyalar istehsal edir) şirkәtlәrinin müәssisәlәri fәaliyyәt göstәrir. “Eesti Talleks” şirkәtinin digәr z-dlarında k.t. vә tikinti texnikası (Vilyandi maakondu, Mıyzakyul), hidrosilindrlәr (Vilyandi) vә sәnaye avadanlığı komponentlәri (Payde) buraxılır. Pyarnuda elektron texnika komplektlәşdiricilәri, avtomatlaşdırma vasitәlәri, xarici şirkәtlәr üçün polad vә xüsusi  alüminiumdan  detal  vә  qovşaqlar, müxtәlif metal konstruksiyalar, Narvada metal konstruksiya vә alәtlәr, titandan mәmulatlar, fәrdi sifariş üzrә motosikl istehsal olunur.

    Kimya sәnayesi. Xammal qismindә daha çox yanar şist istifadә olunur. Kimya müәssisәlәri (kimya parkı), әsasәn, Kohtla-Yarvedә yerlәşir; 3 şist z-dundan (әtirli qatran, toluol, ksilol, heksan, naftalin, kanifol vә s.-in sәmt istehsalı) başqa Amerikanın “Eastman Chemical Company” vә “Nitrofert” şirkәtlәrinin müәssisәlәri fәaliyyәt göstәrir. Pyarnuda yapışqan, Sillamyaedә plastik kütlәdәn mәmulatlar, Tallindә mәişәt kimyası vasitәlәri vә kosmetik preparatlar, Tallin vә Viymsidә (Haryu maakondu) әczaçılıq preparatları istehsal edilir.

    Meşә sәnayesi sürәtlә inkişaf etmәkdәdir, 2000-ci illәrdәn başlayaraq çoxlu yeni müәssisәlәr yaradılmışdır. Oduncaq tәdarükü tәqr. 700 min m3 (2015; tәqr. 60%-i iynәyarpaqlı ağac cinsidir). Taxta-şalban Finlandiya vә İsveçә ixrac olunur, oduncaq Latviya vә Rusiyadan gәtirilir. Taxta-şalban, sadә vә yapışdırılmış dirәk, yapışdırılmış panellәr (Baltika ölkәlәrindә әn iri istehsalçılardan biri olan “Ecobirch” şirkәti), istiliyi izolyasiya edәn plitәlәr, fanerlәr (Avropanın aparıcı istehsalçılarından biri “Valmos” şirkәti), oduncaq-yonqar plitәlәr (İsveçrәnin “Sobres” şirkәtinin strukturunda “Repo Vabrikud”), parket lövhәlәr, şpon, mebel vә pellet (“Graanul Invest”) istehsal olunur. Mühüm mәrkәzlәri: Pyarnu, Tallin, Tartu, Pyussi (İda-Viru maakondu) vә s.; pellet istehsalının әn iri mәrkәzi İmavere ( Yarvamaa maakondu). Mәhsulların böyük hissәsi ixrac olunur. Tartuda “Kroonpress” iri poliqrafiya kombinatı fәaliyyәt göstәrir.

    Tikinti  materialları   sәnayesi. Əhәngdaşı (70 min t, 2013) Tallin yaxınılığında hasil olunur. Sement istehsalı 480 min t (2013), yeganә z-d Kundedә (Lyaene-Viru maakondu; “HeidelbergCement Group” Almaniya şirkәti; gücü 750 min t) yerlәşir. Hәmçinin dәmir-beton mәmulatlar, mәsamәli betondan, kәrpic vә üzlük materiallarından bloklar hazırlanır.

    Yüngül sәnayenin istehsal hәcmi xeyli azalmışdır. Əsas mәrkәzlәri Narva (ev tekstili istehsalı vә qaramal dәrisinin aşılanması), Pyarnu (kәtanın kompleks emalı, yun iplik, trikotaj vә tikiş mәmulatları, ev tekstili vә ayaqqabı) vә Tallindir (corab mәmulatları, uşaqlar, o cümlәdәn tәzә doğulmuş körpәlәr üçün  oyuncaq vә s.).

    Tamlı  mәhsullar  sәnayesi.

    Un, yarma, çörәk-bulka vә qәnnadı (o cümlәdәn “Kalev” markası ilә) mәmulatları, әt vә süd mәhsulları, meyvә-tәrәvәz konservlәri, bitki yağları, mayonez, digәr sous vә mәzәlәr (“Santa Maria” vә s. markalar ilә mәhsullar), dondurma, pivә (“Saku”, “Viru Õlu”, “Puls” vә s. markaları ilә), tünd alkoqollu içkilәr (o cümlәdәn “Viru Valge” arağı, “Vanna Tallinn” liköru) vә alkoqolsuz içkilәr (“Coca-Cola” amerikan şirkәtinin z-du) istehsalı, balıq emalı (şprot istehsalı da daxil olmaqla; 80-dәn çox z-d) var. Mühüm mәrkәzlәri: Tallin, Tartu vә Pyarnu. Mәhsulun böyük hissәsi ixrac olunur.

    Kәnd tәsәrrüfatı dәrin islahata vә әhәmiyyәtli dәrәcәdә struktur dәyişikliyinә mәruz qalmışdır. Tәsәrrüfatların ümumi sayı azalmış (2003–10 illәrdә 47%), onların orta ölçülәri isә (2013 ildә tәqr. 50 ha; 2003–13 illәrdә 20,3%) artmışdır. Sah.100 ha-dan çox olan (ümumi sayın 9%-i, 2010) tәsәrrüfatlar k.t. torpaqlarının 73,2%-ini әhatә edir. K.t. torpaqlarının sah. 974,3 min ha-dır (2014; ölkә әrazisinin 21,5%-i), onun 66,5%-ini әkin yerlәri, 0,6%-ini çoxillik bitkilәr, 32,9%-ini biçәnәk vә otlaqlardır. K.t. torpaqlarının tәqr. 40%-i özәl mülkiyyәtdәdir.

    K.t. mәhsulunun çox hissәsini heyvandarlıq verir. Yemlik bitkilәr, o cümlәdәn yemlik taxılın istehsalı bitkiçilikdә mühüm yer tutur. Dәnli bitkilәr әkin yerlәrinin 51,4%-ini tutur (2014). Ümumi yığım (min t, 2014): dәnli bitkilәr 1221,6, o cümlәdәn buğda 615,5, arpa 458,1, yulaf 65,0, çovdar 49,6; noxud 34,2, lobya 5,3; raps 166,2; kartof  117,3;  kәlәm  19,2,  yerkökü  vә çuğundur 18,3, xiyar 9,4, pomidor 4,7, soğan 1,5; alma 2,3. 

    Mal-qaranın ümumi sayı (min baş, 2015): donuz 307,1, qaramal 256,2 (o cümlәdәn sağmal inәklәr 90,5), davar 88,0, at 6,3 (2014); ev quşları 2,3 mln. İstehsal (min t, 2014): donuz әti 41,4, quş әti 19,4, mal әti 9,2; inәk südü 804,8; bal 1,2; toyuq yumurtası 3,2 mlrd. әdәd.

    Balıq ovu tәqr. 68 min t (2014), onun tәqr. 80%-i Baltika dәnizindәn (әsasәn, siyәnәk, şprot, kilkә vә treska), tәqr. 16%i Atlantika okeanından (krevet, dәniz xanı balığı, kambala vә paltus), qalanı göl vә çayların (xanı balığı, çapaq, suf vә angvil) payına düşür. Qonşu ölkәlәrdәn balıq idxal (54,9 min t, 2014) olunur. Süni üsulla balıq yetişdirilir (733 t, 2014).

    Xidmәt sferası. Kapital bazarının operatorları – Estoniya Bankı (ölkәnin Mәrkәzi bankı; 1919, 1940 ildә lәğv edilmiş, 1990 ildә yenidәn tәsis olunmuşdur) vә Tallin fond birjası (1995; 2008 ildәn NASDAQ OMX birjalar qrupu tәrkibindәdir; hәr ikisinin mәnzil-qәrargahı Tallindәdir). Bank sistemi 8 kommersiya bankı (Estoniya LHV Pank, Bigbank, Tallinna Ӓripanga vә Versobank, Estoniya-Latviya Eesti Krediidipank, İsveç SEB Pank vә Swedbank, Danimarka DNB Pank) vә 7 xarici bankın şöbәlәri ilә tәmsil olunur. Aparıcı sığorta şirkәtlәri – Almaniyanın “ERGO Group” vә Polşanın PZU.

    Əhalinin 88,4%-i internetdәn istifadә edir. Əsas telekommunikasiya şirkәtlәri: dövlәt “Eesti Rahvusringhӓӓling”, özәl “Eesti Telefon”, “Starman”, EMT, Finlandiyanın “Elisa” vә İsveçin “Tele2” şirkәtlәri. Proqram tәminatının işlәnib hazırlanması sektoru sürәtlә inkişaf edir. Azadlıq, tәhlükәsizlik vә әdalәt mәhkәmәsi sahәsindә irimiqyaslı İT-sistemlәrinin operativ idarә edilmәsi üzrә Avropa agentliyi, Skype internet-әlaqә sistemi üçün proqram tәminatının işlәnib hazırlanması Mәrkәzi, NATO-nun kibertәhlükәsizlik bölmәsinin ixtisasının artırılması Mәrkәzi Tallindә yerlәşir.

    2015 ildә E.-ya 6,2 mln. xarici turist (39% Finlandiyadan; mehmanxanalarda 3,1 mln., o cümlәdәn 1,9 mln. xarici turist gecәlәmişdir) gәlmişdir; turizmdәn gәlir 1,3 mlrd. dollardır. Əsas turizm növlәri: kruiz, mәdәni-tanıdıcı, ekoloji, kәnd, idman vә s.

    Nәqliyyat. Əsas nәql. növü avtomobildir. Avtomobil yollarının ümumi uz. 58,8 km (2011), onun 16,9 min km-i (o cümlәdәn 1607 km әsas avtomobil yolu) dövlәt әhәmiyyәtlidir. Avtomobillәşmә sәviyyәsi hәr min nәfәrә 577 avtomobil (2014; keçmiş SSRİ resp.-ları arasında 2-ci yer). D.y.-rının uz. 1196 km-dir (2014), onun 133 km.-i elektriklәşdirilmişdir. Qaz kәmәrlәri şәbәkәsinin yz. 868 km-dir (2013). Göllәr dә daxil olmaqla gәmiçiliyә yararlı daxili su yollarının uz. 335 km (2011). Estoniya gәmiçilik şirkәti “Tallink” fәaliyyәt göstәrir. Dәniz donanması 25 gәmidәn ibarәtdir (2010), 3-ü xarici sahibkarların mülkiyyәtindә, 63-ü digәr ölkәlәrdә qeydiyyatdadır. Dәniz portlarının ümumi yük dövriyyәsi 30,8 mln. t (2015); әn irilәri: Tallin 22,4 mln. t yük vә 9,8 mln. sәrnişin (2015), Sillamyae 5,3 mln. t yük Pyarnu vә Kunda. Vormsi, Hiyumaa vә Muhu adaları, hәmçinin Helsinski (Finlandiya), Stokholm (İsveç) vә Sankt-Peterburq (Rusiya) ilә bәrә әlaqәsi var.

    Milli aviasiya şirkәti “Estonian Air”. 4 aeroport, o cümlәdәn Tallindә L.Meri ad. beynәlxalq  aeroport  (2,1  mln.  sәrnişin, 2015) fәaliyyәt göstәrir.

    Xarici ticarәt. Əmtәәlәrlә xarici ticarәt dövriyyәsinin hәcmi 29,33 mlrd. dollar (2017), o cümlәdәn ixracat 14,02 mlrd. dollar, idxalat 15,31 mlrd. dollardır. Əsas ixracat mәhsulları (dәyәri %-lә, 2015): maşın vә avadanlıqlar 40, meşә sәnayesi mәhsulları 19, qida mәhsulları vә içkilәr 9, mineral yanacaq 9, metallar 7, kimya mәhsulları 6. Əsas idxalatçıları (dәyәri %-lә, 2017): İsveç (13,5), Finlandiya 16,2, Latviya 9,2, Rusiya 7,3, Litva 5,9, Almaiya 6,9. Mühüm idxalat mәhsulları (dәyәri %lә, 2015): maşın vә avadanlıqlar 37, mineral yanacaq 11, qida mәhsulları vә içkilәr 10, metallar 8, kimya mәhsulları 8. Əsas ixracatçılar (dәyәri %-lә, 2017): Finlandiya 14,0, Almaniya 10,7, Litva 8,9, İsveç 8,5 Latviya 8,2, Polşa 7,2, Rusiya 6,7, Niderland 5,9, Çin 4,7.

    Azәrb. ilә E. arasında iqtisadi әlaqәlәr inkişaf etmәkdәdir. Azәrb. Resp.-sı ilә E. arasında ticarәt dövriyyәsinin hәcmi 2016 ildә 327,6 min. dollar, o cümlәdәn idxalatın hәcmi 278,3 min dollar, ixracatın hәcmi 49,6 min dollar olmuşdur.

    Silahlı qüvvәlәr

    E.-nın silahlı qüvvәlәri (SQ) quru qoşunları (QQ), HHQ vә HDQ-dәn (cәmi 5,75 min nәfәr), hәmçinin hәrbilәşdirilmiş bölmәlәrdәn (DİN-in tәrkibindә sahil mühafizәsi, 12 min nәfәr), mütәşәkkil ehtiyat qüvvәdәn (30 min nәfәr) ibarәtdir. İllik hәrbi büdcә 460 mln. dollar (2010), xarici hәrbi yardım 2 mln. dollardan çoxdur. SQnin ali baş komandanı inzibati rәhbәrliyi Müdafiә Nazirliyi (müdafiә naziri mülki şәxsdir) vasitәsilә hәyata keçirәn dövlәt başçısı – prezidentdir. Operativ idarәetmәni baş qәrargah hәyata keçirir. Qoşunlara bilavasitә rәhbәrliyi döyüş hazırlığına vә qoşunların gündәlik idarә edilmәsinә cavabdeh olan SQ-nin qoşun növlәrinin baş komandanları hәyata keçirir. SQ-nin tәşkili NATO-nun koalisiya hәrbi strategiyasına uyğun aparılır.

    QQ-yә (5,2 min nәfәr) qәrargah, 4 müdafiә rayonu, yüngül piyada briqadası, ayrıayrı batalyonlar (3 piyada, kәşfiyyat, mühәndis, rabitә, arxa cәbhә), divizionlar (artilleriya, zenit), әrazi müdafiә qoşunları daxildir. QQ tәqr. 160 hәrbi zirehli maşın, 376 sәhra artilleriyası topu, 300-dәn çox minomyot, 160 tәpmәyәn top, 12 tank әleyhinә idarәolunan raket atәş qurğusu (TƏİRAQ), 27 daşınan zenit raket kompleksi (DZRK) ilә silahlanmışdır.

    HHQ (tәqr. 250 nәfәr) nәqliyyat aviasiya eskadrilyası, radiotexniki batalyon vә hava hücumundan müdafiә (HHM) divizionundan ibarәtdir. 3 kömәkçi aviasiya tәyyarәsi, 4 nәqliyyat helikopteri ilә tәchiz edilmişdir.

    HDQ-nin (tәqr. 200 nәfәr) tәrkibinә minatutan gәmilәrindәn ibarәt divizion vә dalğıc dәstәsi daxildir. 4 döyüş vә 2 kömәkçi gәmi ilә tәchiz edilmişdir.

    E. әrazisindә NATO Birlәşmiş Silahlı Qüvvәlәrinin keşikçi aviasiya eskadrilyası yerlәşir. Nizami SQ-nin komplektlәşdirilmәsi qarışıq prinsip әsasında aparılır. 2015 ildәn hәrbi xidmәtә çağırış (18 yaşdan) bәrpa edilmişdir, hәrbi xidmәtin müddәti ixtisasdan asılı olaraq 8–11 aydır. Sәfәrbәrlik ehtiyatları 328 min nәfәrdir, o cümlәdәn hәrbi xidmәtә yararlı şәxslәr 260 min nәfәrdir.

    Sәhiyyә

    E.-da әhalinin hәr 100 min nәfәrinә 324 hәkim, 660 nәfәr orta tibb işçisi (2012), 90 stomatoloq (2009); әhalinin hәr 10 min nәfәrinә 53 xәstәxana çarpayısı (2011) düşür; sәhiyyәyә qoyulan xәrc UDM-in 6,4%-ini (büdcә hesabına 78,8%, özәl sektor hesabına 21,2% maliyyәlәşdirmә; 2014) tәşkil edir. Sәhiyyә sisteminin hüquqi tәnzimlәnmәsi Konstitusiya, elәcә dә sәhiyyә (1995), psixiatriya yardımı (1997), narkotik vә psixotrop maddәlәr (1997), әlillәr üçün sosial müavinәtlәr (1999), peşә gigiyenası vә әmәyin tәhlükәsizliyi (1999), sağlamlığın sığortası (2002), sәhiyyә xidmәtlәrinin tәşkili (2002) vә s. qanunlar әsasında hәyata keçirilir. Sәhiyyә sisteminin әsasını icbari tibbi sığorta, tibbi xidmәtlәrin hamı üçün әlçatanlığı tәşkil edir. Sәhiyyә sisteminin idarәçiliyini Sosial İşlәr Nazirliyi vә onun tabeliyindә olan idarәlәr hәyata keçirir. Tibbi xidmәtlәrin keyfiyyәtinә tәlәblәr müәyyәn edilmişdir. Sәhiyyә tibbi sığorta (E.-nın Xәstәxana kassası vasitәsilә), dövlәt, şәhәr vә qәza büdcәlәrindәn ayırmalar, pasiyentlәrin vәsaitlәri vә s. mәnbәlәrdәn maliyyәlәşdirilir. Əsas infeksion xәstәliklәr: bakterial dizenteriya, A hepatiti, gәnә ensefaliti (2015). Ölümün әsas sәbәblәri: ürәyin işemik xәstәliyi, hipertoniya xәstәliyi, insult, tәnәffüs orqanları, yoğun vә düz bağırsaq xәrçәngi (2015). Kurortlar, kurort yerlәri vә istirahәt zonaları: Vyarska, Kuressaare, Narva-Yıesuu, Pyuhayarve, Pyarnu, Haapsalu, Tallin әtrafı, Tartu vә s.

                            Тарту Университетинин ясас бинасы.

     Идман

    Естонийа  Олимпийа  Комитяси 1923 илдя йарадылмышдыр. Е. идманчылары Олимпийа Ойунларында 1920–36 иллярдя иштирак етмиш, 6 гызыл, 6 эцмцш, 9 бцрцнъ медал газанмышлар. Юлкя тарихиндя илк Олимпийа медалларыны Антверпендя (1920) аьыр атлет А.Неуланд (75 кг-дяк чяки дяряъясиндя) гызыл, эцляшчи-аьыр атлет А.Шмидт (60 кг-дяк чяки дяряъясиндя) вя марафончу Й.Лоосман (щяр икиси – эцмцш) газанмышлар. Парис (1924) вя Амстердам (1928) Олимпийа Ойунларында йунанРома эцляшиндя Е.Пйутсеп (1924; 58 кгдяк), В.Вйали (1928; 62 кг-дяк) вя сярбяст эцляшдя О.Кйапп (1928; 66 кг-дяк) чемпион олмушлар. Берлиндя кечирилмиш Олимпийа Ойунларында (1936) йунанРома вя сярбяст эцляш (81 кг-дяк) йарышларында гялябя газанмыш К.Палусалу Олимпийа Ойунлары тарихиндя бир олимпиадада 2 дяфя чемпион олмуш икинъи эцляшчидир. О, Е.-нын 20 ясрдя ян йахшы идманчысы сечилмишдир. 1930–60-ъы иллярдя бейнялхалг гроссмейстер П.П.Керес  дцнйа шащмат биринъилийиня дяфялярля иддиачы олмушдур. Шащмат цзря Е. йыьма командасы “Миллятляр турнири”ндя (1935–39) дяфялярля иштирак етмиш вя Буенос-Айресдя (1939) 3-ъц йери тутмушдур. Таллиндя (1930, 1935) вя Пйарнуда (1937) шащмат цзря бейнялхалг турнирляр кечирилмишдир. 1952–88 иллярдя Е. идманчылары Олимпийа Ойунларында вя башга ири бейнялхалг йарышларда ССРИ йыьма командасынын щейятиндя чыхыш етмишляр. Бу дюврдя ян чох уьур газанмыш Олимпийа чемпионлары: А.Антсон (конкилярдя сцрятли гачыш), Й.Коткас (йунан-Рома эцляши), А.Пиккуус вя Е.Салумйае (велосипед идманы), Т.Сокк (баскетбол), В.Лоор (волейбол), И.В.Стуколкин (цзэцчцлцк), Й.Уудмйае (цч тяканла тулланма). 1980 илдя Таллиндя Олимпийа йелкянли регатасы кечирилмишдир.

    Ян популйар идман нювляри: эцляш, йцнэцл вя аьыр атлетика, велосипед идманы, бокс, ъцдо, йелкянли qayıq идманı, шащмат, хизяк йарышлары, конкилярдя сцрятли гачыш. 1992 илдян Е. идманчылары йенидян айрыъа команда иля Олимпийа Ойунларында вя Аь Олимпиадаларда (1992–2016) чыхыш етмяйя башламышлар; 7 гызыл, 5 эцмцш, 7 бцрцнъ медал, о ъцмлядян Йай Олимпийа Ойунларында мцвафиг олараг 3, 3, 6; Гыш Олимпийа Ойунларында ися – 4, 2, 1 медал газанылмышдыр. Йай идман нювляри цзря Олимпийа чемпионлары: Е.Салумйае (1988, 1992), Е.Ноол (2000, оннювчцлцк), Э.Кантер (2008, дискатма). Аь Олимпиадаларда бцтцн 7 медалы хизяк йарышларынын идманчылары газанмышлар. А.Веерпалу  (д.1971)  2  гызыл  (2002,  Солт-Лейк-Сити;  2006,  Турин;  15  км) вя  1  эцмцш (2002, 50 км) медал газанмыш, щямчинин К.Шмигун-Вйащи (д.1977) 2 дяфя Олимпийа чемпиону (2006, Турин; 10 км классик эедишдя) вя дуатлонда (7,5+7,5) олмушдур. 2010 вя 2015 иллярдя Отепйадакы “Тещванди Спорт Ъентер”дя биатлон цзря Авропа чемпионаты кечирилмишдир.

                                Тарту Рясядханасы.

    Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri

    Tәhsil müәssisәlәri Tәhsil Nazirliyi tәrәfindәn idarә olunur vә tәhsil sahәsindә әsas qanunverici sәnәd Tәhsil haqqında qanundur (1992, sonuncu dәyişiklik 2014 ildә). Tәhsil sisteminә 4 illik mәktәbәqәdәr, 9 illik icbari әsas (hәr biri 3 il olmaqla 3 mәrhәlә; sonuncu – gimnaziya tәhsili) vә ali tәhsil daxildir. Mәktәbәqәdәr tәhsilә uşaqların 87,97%-i (2012), ibtidai tәhsilә 94,7%-i, orta tәhsilә isә 97,32%-i  cәlb olunmuşdur (2015). 15 yaşdan yuxarı әhalinin savadlılıq sәviyyәsi 99,82% tәşkil edir (2015, YUNESKO-nun Statistika İn-tunun mәlumatı). Ali tәhsil sistemindә 6 dövlәt vә 3 özәl ali mәktәb var. 250-dәn artıq muzey vә tәqr. 950 kitabxana fәaliyyәt göstәrir. Əsas elmi müәssisәlәr, ali mәktәb, kitabxana vә muzeylәr Tallindә yerlәşir. Estoniya EA, Tallin un-ti, E. incәsәnәt, musiqi vә teatr akademiyaları vә s.; Tartuda Tartu un-ti, Est. aviasiya akademiyası, Milli muzey vә s.

     Kütlәvi informasiya vasitәlәri

    Ən iri milli nәşrlәr (2017): “Postimees” (1857; tirajı tәqr. 50 min nüsxә, eston vә rus dillәrindә) vә “Eesti Päevaleht” (1995, tirajı tәqr. 20 min nüsxә) gündәlik qәzetlәri, “Ôhtuleht” (2000; 2008 ilәdәk “SL Ôhtuleht” adı ilә, tirajı tәqr. 50 min nüsxә, eston dilindә) tabloidi. Radio 1924 ildәn, televiziya 1955 ildәn fәaliyyәt göstәrir. Rus vә eston dillәrindә dövlәt radio vә televiziya verilişlәrinin yayımını “Eesti Rahvusringhääling” (Estoniya milli televiziya vә radio verilişlәri korporasiyası) şirkәti hәyata keçirir. E. әrazisindә E., Latviya vә Litvada yayımlanan “Baltic News Service” informasiya agentliyi fәaliyyәt göstәrir.

     Ədәbiyyat

    Eston dilindә ilk çap kitabları 16 әsrdә Vittenberq, Lübek vә başqa alman şәhәrlәrindә nәşr olunan vә protestantizm doktrinalarından bәhs edәn dini mәtnlәr idi. 19 әsrin әvvәllәrindә eston әdәbiyyatında romantik ruhlu ilk şeirlәri K.Y.Peterson yaratmışdır. 19 әsrin ortalarında bәdii әdәbiyyatın formalaşması milli özünüdәrk vә Maarifçilik hәrәkatının inkişafı ilә bağlı olmuşdur. Bu hәrәkatın әn qabaqcıl nümayәndәlәri (F.R.Felman, Y.Hurt, K.R.Yakobson vә b.) yaradıcılıqlarında folklor әnәnәlәrinә әsaslanmışlar. 19 әsr eston әdәbiyyatının әn görkәmli nümayәndәsi F.R.Kreytsvald folklor nümunәlәri әsasında “Kalevipoeq” epik poemasını tәrtib vә nәşr (1857–61) etmişdir. Y.V.Yannsenin, milli dramaturgiyanın banisi L.Koydulanın (“Çәmәn çiçәklәri” poetik toplusu, 1866) xalq süjetlәrinә müraciәt edәn nәsr vә poeziyası geniş yayılmışdı. E.Bornhyöenin tarixi povestlәri (“Qisasçı”, 1880 vә s.) şöhrәt qazanmışdı. 19 әsrin sonu–20 әsrin әvvәllәrindә әdәbiyyat romantizm vә realizm әnәnәlәrinin qarşılıqlı tәsiri ilә xarakterizә olunur: Y.Liyv, A.Haava, E.Vilde, H.Pegelman, hәmçinin “Gәnc Estoniya” әdәbi birliyini (1905–15) yaratmış Q.Suyts vә F.Tuqlasın nәsri vә poeziyası. A.Qaylitin әsasını qoyduğu “Siuru” әdәbi qrupu (1917–19) nümayәndәlәrinin yaradıcılığı impressionizm vә futurizm ruhunda inkişaf edirdi. 1922 ildә Estoniya Yazıçılar İttifaqı yaradıldı. 1920–40-cı illәrdә eston nәsrindә aparıcı cәrәyan realizm idi (O.Luts, P.Vallak, M.Metsanurk, A.Tamsaare); poeziyada simvolizm vә ekspressionizmin tәsiri hiss olunurdu: M.Under (“Kölgәdәn sәs” toplusu, 1927), Y.Kyarner, A.Alle, Y.Barbarus, H.Visnapuu, Y.H.Semper, P.Aren vә b. “Arbujad” qrupu nümayәndәlәrinin (B.Alver vә b.) yaradıcılığı eston poeziyasının inkişafında böyük rol oynadı. İkinci dünya müharibәsindәn sonra әdәbiyyatda sosialist realizmi üstünlük tәşkil etdi (A.Yakobson, E.Myannik, H.Leberext, E.Krusten, E.Rannet, V.Qross, V.İlus, Y.Smuul, L.Promet, V.Beekman vә b.). Bir çox yazıçı (o cümlәdәn K.Ristikivi) mühacirәt etmәyә mәcbur oldu. 1970–80-ci illәrdә Y.Krossun yaradıcılığı, 1980-ci illәrdә A.Alliksaarın eksperimental poeziyası geniş şöhrәt qazandı. M.Traatın (“Yandırmaq üçün etüdlәr” poeziya mәcmuәsi, 1971; “Paxla” povesti, 1977), M.Untun (“Kral yolu” romanı, 1975), P.E.Rummonun, A.Siyqin, Y.Viydinqin, E.Beekmanın, L.Prometin, A.Valtonun yaradıcılığı üçün sosial vә fәlsәfi problematika sәciyyәvidir. 20 әsrin sonu–21 әsrin әvvәllәrinin tanınmış yazıçıları: Y.Kaplinski, T.İnnepalu, V.Luyk, H.Krull, A.Kiviryakh K.M.Siniyarv, E.Park, Y.Urmet (Vimberq), R.Raud (“Yenidәnqurma” romanı, 2012), K.Kerner, K.Egin vә b. E.Vilde,   A.Yakobson,   H.Leberext, Y.Smuul, Y.Rannap vә b.-nın hekayә vә povest  kitabları  Azәrb.  dilinә,  habelә Nizami, Vaqif (“Görmәdim” şeirini 1878 ildә F.R.Kreytsvald tәrcümә etmişdir), C.Mәmmәdquluzadә, M.Ə.Sabir, S.Vurğun, M.Hüseyn, M.İbrahimov, R.Rza, M.Rahim, Mir Cәlal, Ə.Mәmmәdxanlı, M.Dilbazi vә b. Azәrb. yazıçılarının әsәrlәri eston dilinә tәrcümә olunmuşdur. L.Seppel bilavasitә Azәrb. dilindәn bәdii tәrcümәlәr etmişdir.

                                               Нарва галасы. 13 яср.

    Memarlıq vә tәsviri sәnәt

    Ölkә әrazisindә әn qәdim incәsәnәt abidәlәri Neolit dövrünün ornamentli keramikası, Tunc dövrünün bәdii metal mәmulatı, e.ә. 3–2-ci minilliklәrә aid sümük vә kәhrәbadan zoomorf vә antromorf fiqurlardır. E.-nın qәdim incәsәnәt nümunәlәridir. E.ә. 1-ci minillyin әvvәllәrindә möhkәmlәndirilmiş mәskәnlәr (İru, Asva, Ridala vә s. şәhәr yerlәri) meydana gәldi.

    13 әsrdә Tevton ordeninin vә danimarkalıların basqınından sonra, әsasәn, Vestfaliya, Skandinaviyadan olan ustalar müdafiә xarakterli qala vә kilsәlәr inşa etmişlәr. Son roman üslubu (Saaremaa a. adasında Valyala kilsәsi, 13 әsr) 13 әsrin ortalarından erkәn qotika ilә qovuşurdu. 13–14 әsrlәrdә E.-nın q.-ndә vә adalarda birnefli, qüllәsiz, hündür nervür qübbәli kilsәlәr (Kaarmda, Ridalda, Kihedbkonnedә vә Muhuda mәbәdlәr) üstünlük tәşkil edirdi. Tartu (Lübek memarlığının tәsiri ilә) vә Tallin (mәbәdlәr, monastırlar, mülki binalarla) müstәqil memarlıq mәrkәzlәri idi. 13 әsr – 16 әsrin ortalarında daşdan müxtәlif tipli tәqr. әlli qala inşa edilmişdi. Kәnd yerlәrindә monastırlar (Kyarkna, Padize) vә kilsәlәrin bir qismi (Valyala, Kihelkonna, Nıo vә s.) qala sәciyyәli idi. Altı şәhәrin (Tallin, Tartu, Narva, Pyarnu, Vilyandi, Haapsalu) әtrafında istehkamlar qurulmuşdu. Son roman vә qotika üslubları 13–14 әsrlәrdә kilsәlәrin dekorunda özünü göstәrir (Valyala kilsәsinin portalı, tәqr. 1260). Son qotik dövrdә daş üzәrindә oyma, әsasәn, Tallindә inkişaf etmişdir (portalların relyeflәri). 13–15 әsrlәr ağac heykәltәraşlığı Lübek vә  Niderlanddan gәlmiş sәnәtkarlarla bağlı olmuşdur. Erkәn boyakarlıq nümunәlәri 13–14 әsrlәrә tәsadüf edir (Valyala, Muhu vә b. kilsәlәrin divar rәsmlәrindәn fraqmentlәr). Niderland sәnәtkarı M.Zittov әsәrlәrini 16 әsrin 1-ci rübündә Tallindә yaratmışdır. 1510-cu illәrdә Renessans әnәnәsi, әsasәn, ornamentika vә memarlıq dekorunda (Tallindә Qarabaşlılar evinin fasadı, tәqr. 1597, heykәltәraş A.Passer) meydana gәlmişdir. 1630-cu illәrdә  E.-da barokko  cәrәyanı yayılmağa başladı (Narvada Ratuşa, 1668– 71, memar Q.Teyfel; Tallindәki evlәrin fasadları). 16–17 әsrlәr heykәltәraşlığında memorial plastika üstünlük tәşkil edirdi; ağac üzәrindә oyma mebeli, mehrab vә kafedraları (oymaçı sәnәtkarlar E.Tile, K.Akkerman) bәzәyirdi.

                                                         Пылтсамаа гясри.

    18 әsrin әvvәllәrindә Rusiyaya birlәşdirilәn E.-nın memarlıq vә tәsviri sәnәti rus mәdәniyyәti ilә sıx әlaqәdә inkişaf edirdi. Kadriorq sarayı (1718–23, memarlar N.Miketti,M.Q.Zemtsov), Tallindә quberniya idarәsinin binası (1767–73, memar İ.Şults) barokko üslubunda tikilmişdir. 1774–92 illәrdә Tallindә K.Fikin çini fabriki fәaliyyәt göstәrirdi.

    Klassisizm üslubuna keçid dövründә Pyarnuda Müq. Yekaterina kilsәsi (1764– 68, memar P.Y.Yeqorov), Tartuda Uspeniye baş kilsәsi (1776–83, memar P.Şpekle), bir sıra malikanәlәr inşa edildi. 19 әsrin әvvәllәrindә klassisizm artıq üstün mövqe tuturdu (Tartu Un-tinin tikililәri kompleksi; әsas bina – 1803–09, memar İ.V.Krauze). 19 әsrin 2-ci yarısında neoqotika ilә bağlı milli romantizm cәrәyanı tәşәkkül tapdı (Tallindә neoroman üslubunun elementlәri ilә Kaarli kilsәsi, 1862–82; Tüdor motivlәri ilә Sanqaste malikanәlәri, 1879–83; hәr iki tikilinin memarı O.Q.Gippius). Şәhәrlәrdә sәnaye komplekslәri yanında fәhlә qәsәbәlәri salınırdı (Narvada Krenholm manufakturası vә s.). 1900–10-cu illәrdә modern üslubunda (çox vaxt neoklassisizm elementlәri ilә) teatrlar, klublar, yaşayış evlәri (Tallin vә Tartuda), malikanәlәr (Holdre, 1910; Taagepera, 1907–12, hәr ikisinin memarı O.Vildau) tikilirdi. Bu dövrdә E.-da fәaliyyәt göstәrәn memarlar: finlәr – A.Lindqren, E.Saarinen, ruslar – A.F.Bubır, N.V.Vasilyev, A.İ.Dmitriyev, estonlar – Q.Hellat, A.Perna, K.Burman, J.Rozenbaum.

                                                        Таллин ратушасы.

    1920-ci illәrdә klassisizm vә modern elementli әnәnәviçilik inkişaf edirdi (Tallindә parlament binasının interyeri, 1920–22). 1930-cu illәrdә müasir hәrәkat cәrәyanının xüsusiyyәtlәri yarandı (memarlar A.Kotli, O.Siynmaa, E.Lohka vә b.-nın layihәlәri әsasında mәktәblәr, xәstәxanalar, sanatoriyalar; Tartuda A.Tammekanın villası, 1932, memar A.Aalto; Tallindә Rәssamlar evi, 1933–34, memarlar E.Kuuzik, A.Soans).

                                                      Сагади маликаняси.

    19 әsrin әvvәllәrindә E. tәsviri sәnәtinin canlanması A.Zenfin rәhbәrliyi altında Tartu Un- tinin nәzdindәki Rәsm mәktәbi (1803) ilә bağlı olmuşdur. Mәnzәrә vә portret ustaları A.F.Klara, Q.F.Şlater, F.L. fon Maydel, әsasәn, klassisizm istiqamәtindә çalışmışlar. Tallindә fәaliyyәt göstәrәn Q. fon Kügelgen, Q.A.Gippius, T.A.Neff, T.Gelhaar vә b. bidermayer vә romantizm ruhunda işlәmişlәr. Boyakarlardan Y.Köler, P.Raud, heykәltәraşlar A.Veytsenberq, A.Adamson 19 әsrin 2-ci yarısında milli realist rәssamlıq mәktәbinin әsasını qoymuşlar. E. fon Gebhardt, E.Dükker, Q. fon Bohman isә Düsseldorf Rәssamlıq Akademiyasının prof.-ları olmuşlar. 1907 ildә Tallindә Eston Tәsviri Sәnәt Cәmiyyәti tәsis olunmuşdur.

    Rәssamlardan A.Laykmaa, N.Triyk, Y.Koort, K.Raud vә K.Myaginin yaradıcılıqları inkişaf edir, bir çoxları (o cümlәdәn “Gәnc Estoniya” hәrәkatının nümayәndәlәri, tәqr. 1902–1917) Münxendә, Parisdә, S.-Peterburqda tәhsil alaraq, impressionizm, simvolizm ekspressionizmin xüsusiyyәtlәrini mәnimsәyirdilәr. 1920-ci illәrdә E. milli tәsviri sәnәtinin inkişafında Tartu ş.-dәki “Pallas” rәssamlıq mәktәbinin (1919 ildәn; 1944 ildәn Tartu rәssamlıq intu, 1950 ildәn Estoniya SSR Rәssamlıq in- tu) rolu olmuşdur. Boyakarlıq vә qrafikada futurist A.Vabbın, kubizm vә konstruktivizm üslubunda işlәyәn M.Laarman vә A.Akberqin yaradıcılıqları inkişafda idi. 1940-cı illәrin ortalarından E. şәhәrlәrinin (Tallin, Tartu, Kohtla-Yarve, Sillamyae vә s.) baş planının işlәnib hazırlanması, onların bәrpası vә abadlaşdırılması hәyata keçirilmişdir. Rapla ş.-nin administrasiyası binası (1971–77, memar T.Reyn), Pyarnuda “Tervis” sanatoriyası (1975–77, memar V.Künnapu), yelkәnli qayıq idmanı Olimpiya mәrkәzi (1980, memarlar A.H. Loover, Sepmann, P.Yanes vә b.) son modernizm üslubunda, Tallindә Estoniya Milli Kitabxanası (1985–93, memar R.Karpa) vә s. postmodernizm üslubunda inşa edilmişdir. İctimai interyerlәrin bәdii tәrtibatı yüksәk sәviyyәdәdir. “KOKO arhitektid”, “Salto”, “Kavakava”, “Kadarik Tüür” vә s. memarlıq büroları fәaliyyәt göstәrir.

    1940–50-ci illәrin boyakarlığında – tematik tablolarda (İ.Kimm, V.Loyk, L.Muuqa, E.Okas) vә digәr janrlarda (İ.Vıerahansu, R.Saqrits, R.Uutmaa) sosialist realizmi metodu bәrqәrar idi.

    20 әsrin 2-ci yarısında dәzgah vә monumental boyakarlığı (1960-cı illәr abstrakt tәsviri sәnәtindә E.Kits, L.Mikkonun әsәrlәri, A.Vardi, Tomas Vintin, N.Kormaşov, H.Roode vә b.-nın tabloları), heykәltәraşlığı (A.Mölder, M.Mikof, E.Roos vә b.) müxtәlif yaradıcılıq üslubları  ilә sәciyyәlәnir. 1970-ci illәrdә hiperrealizm mәktәbi yarandı (A.Keskkyula, R.Tammik, H.Polli). Y.Okas vә R.Meel konseptual incәsәnәt ruhunda işlәmişlәr. Dәrinin bәdii emalı, bәdii tekstil, xalçaçılıq, bәdii metal vә şüşә, keramika eston dekorativ-tәtbiqi sәnәtinin növlәrindәndir.

    Йанзен А. Алма иля натцрморт. 1924.
    Дювлят Инъясянят Музейи. Таллин.

     Musiqi

    Musiqi mәdәniyyәtinin әsasını estonların folkloru tәşkil edir. 18 әsrin 2-ci yarısından E.-da dünyәvi hәvәskar musiqi fәaliyyәti, kәnd protestant icmalarında isә çoxsәsli xoral oxumaları inkişaf etmişdi. 19 әsrin 2-ci yarısında milli özünüdәrkin yüksәlişi, F.K.Kreytsvald tәrәfindәn “Kalevipoeq” eposunun (1857–61) vә şifahi yaradıcılığın digәr abidәlәrinin nәşri musiqi folkloristikasının formalaşmasına tәsir etdi.

    Eston xalq musiqisini A.Tomson, M.Hyarma, 1904 ildәn O.Kallas yazıya almışlar. A.Kunileydin şairә L.Koydulanın (1869) sözlәrinә yazılmış vәtәnpәrvәr xor mahnıları peşәkar musiqinin başlanğıcı oldu. 19 әsr E.-sı üçün әnәnәvi musiqi mәşğuliyyәti forması xorla oxuma vә orqan ifaçılığı idi. 1865 ildә Derptdә (indiki Tartu) “Vanemuyne” teatr-vokal, Reveldә (indiki Tallin) “Estoniya”, sonralar başqa ş.-lәrdә hәvәskar cәmiyyәtlәr yarandı. 1869 ildә milli mahnı bayramları әnәnәsinin әsası qoyuldu: birinci bayram Derptdә, üçüncü isә 1880 ildә Reveldә (indiyә qәdәr keçirilir) oldu. 1885–94 illәrdә filoloq vә bәstәkar K.A.Hermann “Laulu ja mängu leht” adlı ilk E. musiqi jurnalını nәşr etdirdi. 19 әsrin sonu–20 әsrin әvvәllәrindә bir çox E. musiqiçisi S.-Peterburqda tәhsil almışdır; o cümlәdәn M.Hyarma, K.Türnpu, R.Tobias, A.Kapp, A.Lemba, M.Lüdiq, M.Saar, K.Kreek, sonralar H.Eller N.A.Rimski-Korsakovun tәlәbәsi olmuşlar. 1900 ildә A.Lyate Yuryevdә (indiki Tartu) ilk simfonik orkestr (hәvәskar) tәşkil etmişdir. 1908 ildәn burada Y.Aavik, Y.Simma, 1913 ildәn isә Reveldә R.Kullyanın rәhbәrliyi ilә müntәzәm simfonik konsertlәr verilirdi. 1906  ildә “Vanemuyne”  vә “Estoniya” cәmiyyәtlәri nәzdindә peşәkar teatrlar açıldı. A.Lembanın “Lembitunun qızı” ilk milli operası 1908 ildә tamaşaya qoyuldu. İlk iriformalı әsәrlәrin müәllifi R.Tobiasdır. 1900-cü illәrin 2-ci yarısı – 1920-ci illәrin ortalarında E. bәstәkarları romantizm ruhunda yeni yaradıcılıq priyomları işlәyib hazırladılar (Tobias, Eller, Saarın atonal musiqi әsәrlәri, xor musiqisindә Saar vә Kreekin bәstәlәri). Pianoçu vә bәstәkar A.Lemba, pianoçu T.Lemba, valtornçu Y.Tamm S.-Peterburq konservatoriyasının prof.-u idilәr.

    1919 ildә Tallin konservatoriyası vә Tartu Ali musiqi mәktәbi açıldı. 1921 ildә tәsis edilmiş E. müğәnnilәr ittifaqı mahnı bayramlarını keçirir, “Muusikaleht” jurnalını nәşr (1924 – 40) edirdi. 1926 ildә E. radiosunun simfonik ork.-i yaradılmışdır. 1930 ildә Vyanadakı Fәhlә musiqisi internasionalına daxil olan E. fәhlә musiqisi ittifaqı yarandı (E.-nın müxtәlif şәhәrlәrindәki 12 cәmiyyәti birlәşdirirdi). A.Kapp, H.Eller, E.Tubin, E.Oya, Y.Aavik, T.Vettik, R.Pyats müxtәlif janrlarda әsәrlәr yaradırdılar. 1940 ildә filarmoniya, Xalq yaradıclığı evi, 1941 ildә Ellerin rәhbәrliyi ilә Bәstәkarlar ittifaqı yaradıldı. Böyük Vәtәn müharibәsi illәrindә bir çox E. musiqiçisi Est. SSR Dövlәt ansambllarında birlәşәrәk Yaroslavlda işlәyirdi.

                                Эянълярин 12-ъи мусиги фестивалı. 2017. Таlлин.

    1944 ildәn bir çox müәssisә, o cümlәdәn E. radiosunun simfonik ork.-i (1975 ildәn Est. SSR Dövlәt simfonik ork.-i) öz fәaliyyәtini bәrpa etdi, 1947 ildәn yenidәn mahnı bayramları keçirilmәyә başladı. Xor mahnıları әvvәlki tәk aparıcı yerlәrdәn birini tuturdu (Ed.Arro, R.Valqre, T.Vettik, A.Karindi, B.Kırver, R.Pyats, Q.Ernesaks). E.Kapp ilk eston sovet operaları olan “İntiqam alovları” (1945) vә “Azadlıq carçısı”nı (1950) yaratdı; Ernesaksın “Fırtınalar sahili” (1949) operası, L.Normet vә Ed.Arronun “Rummu Yuri” operettası, bir sıra baletlәr dә tamaşaya qoyuldu. 1950-ci illәrin 2-ci yarısından E. musiqisindә janr vә musiqi dili baxımından böyük yeniliklәr baş verdi. Eston instrumental musiqisi dә çiçәklәnmә dövrünü keçirirdi (E.Tamberq, Y.Ryaets, H.Yurisalu, A.Pyart, M.Kuulberq, L.Sumera, V.Reymann, E.Myagi, H.Ots vә b.). E.Kapp, E.Tamberq, V.Tormis, L.Normet (“Armud ağacı”, 1973), R.Kanqro vә H.Yurisalunun (“Müqәddәs Susanna”, 1983) yeni operaları, Tamberq, Kuulberq, Pıldmyae vә L.Sumeranın baletlәri, kantata-oratoriya janrında әsәrlәr yarandı. Bir sıra bәstәkar “yeni folklor dalğası” mәcrasında işlәyirdi; bu cәrәyanın başçısı uzun müddәt V.Tormis oldu. U.Nayssoo vә V.Oyakyaer yaradıcılıqlarında cazla milli musiqini sintez etdilәr. L.Sumera E.-da elektron musiqinin yaradıcısı, 6 simfoniya, yumoristik “Göbәlәk kantatası”nın (1983), E.S.Tüyur zәrb alәtlәri vә ork. üçün “Maqma” әsәrinin (rok musiqisi elementlәri ilә, 2002) müәllifidir. A.Pyart dünya şöhrәtli müasir eston bәstәkarıdır. Dirijorlar O.Roots (hәmçinin pianoçu), P.Karp, R.Matsov, K.Raudsepp, P.Lilye, L.Kremer, A.Volmer, E.Klas, N.Yarvi, A.Mustonen, P.Yarvi; xor dirijorları Q.Ernesaks, K.Arenq, O.Oya, A.Rattasepp vә b.; müğәnnilәr – K.Ots, G.Ots, T.Kuuzik, E.Maazik, O.Lund, H.Krumm, A.Kaal, M.Palm vә b.; pianoçular – B.Lukk, A.Klas, T.Koha, H.Sepp, K.Randalu, R.Rannap; orqançılar – H.Lepnurm, R.Uusvyali; violinçilәr – H.Aymere, V.Alumyae; estrada müğәnnilәri – Y.Yoala, A.Veski vә b. tanınmış eston musiqiçilәridirlәr. Musiqişünaslıq sahәsindә El.Arro, K.Leyxter, A.Vaxter, L.Normet vә b., folklorçular H.Tampere, İ.Rüytel çalışırlar.

    E. milli mәdәniyyәtinin inkişafında çoxsaylı xorların (o cümlәdәn hәvәskar xorlar), folklor-etnoqrafik ansamblların (әn mәşhuru “Leeqayus”, 1971–95) rolu böyükdür.  Eston   mәktәblәrinin   çoxunda icbari musiqi dәrsi ilә yanaşı xor oxumaları da tәdris olunur. Tallindә “Estoniya” teatrı, E. milli kişi xoru, qәdim musiqi ansamblı “Nortus musicus”, E. milli simfonik orkestri (1926), E. filarmoniyasının kamera xoru (1981), Tallin kamera orkestri (1993), 21 әsr orkestri (özәl, E.Pehkin rәhbәrliyi ilә, 2000), E. polis vә sәrhәd mühafizәsi orkestri (2010, 1992 ildә yaradılmış iki ayrı-ayrı ork.-lәrin әsasında); Tartudakı “Vanemuyne” musiqili teatrı; Narva simfonik orkestri (1994), Pyarnu vә Vıruda şәhәr ork.-lәri fәaliyyәt  göstәrir  (2017).  1997 ildә eston-fin beynәlxalq Şimal simfonik ork.-i (rәhbәri A.Tali) yaradılmışdır. İri konsert müәssisәlәri: Tallindә “Estoniya” konsert zalı. Tartuda “Vaneymuyne” teatrı, Pyarnu vә Yıhvidә konsert evlәri. Eston Musiqi vә Teatr Akademiyası (1919 ildә özәl tәhsil ocağı kimi yaranmış, 1923 ildәn Tallin konservatoriyası, 1935 ildәn dövlәt, 1993 ildәn Musiqi Akademiyası, 2005 ildәn müasir adı), Tallindә teatr vә musiqi muzeyi (1924) fәaliyyәt göstәrir. Beynәlxalq festivallar: Tallindә – xor (2003 ildәn), fp. musiqisi (1998 ildәn), Narvada – Y.A.Mravinski ad. (1995 ildәn); Pyarnuda – “PromFest”  opera musiqisi (1996 ildәn; müğәnnilәrin K.Taev. ad. beynәlxalq müsabiqәsi kimi yaranmışdır); Vilyandidә – qәdim musiqi (1982 ildәn), Haapsaluda – P.İ.Çaykovski festivalı (2017 ildәn). “Jazzkaar” (1990 ildәn) beynәlxalq festivalı Tallin vә E.-nın digәr şәhәr vә qәsәbәlәrindә keçirilir. Baltika mahnı bayramları (E., hәmçinin Latviya vә Litvanın) 2008 ildә YUNESKO-nun qeyrimaddi mәdәni irsi siyahısına salınmışdır.

     Balet

    Milli sәhnә rәqs mәdәniyyәti 20 әsrin әvvәllәrindәn, A.Dunkan, R.fon Laban vә qeyri-akademik rәqs formasının digәr ardıcıllarının fәaliyyәti ilә formalaşmağa başladı. 1918 ildә Peterburqun Mariya teatrının keçmiş artisti Y.V.Litvinova Reveldә ilk balet studiyası açdı; 20 ildәn artıq fәaliyyәt göstәrәn studiya ilk peşәkar klassik rәqs kadrlarını hazırladı. “Kratt” ilk milli baletini 1943 ildә E.Tubin yaratdı. “Estoniya” vә “Vaynemuyne” teatrlarında aparıcı balet truppaları çalışır. 1990-cı illәrә qәdәr E.-da rus xoreoqrafları (V.P.Burmeyster, B.A.Fenster vә b.)  fәal çalışırdılar. 20 әsrin sonu–21 әsrin әvvәllәrindә milli baletin inkişafında Avropa (әsasәn, Skandinaviya) xoreoqrafları böyük rol oynadılar. Ölkәdә müasir rәqs 1991 ildәn sonra geniş yayıldı. E.-nın müasir rәqs truppaları müxtәlif istiqamәtlәrdә (modern rәqslә klassikanın sintezi, dünya rәqs postmodernizminin tendensiyalarının yenidәn mәnalandırılması vә s.) inkişaf edir. “Cavan rәqs” (Vilyandi; әsası 1993 ildә “Uşaq rәqs festivalı” kimi qoyulmuşdur, 1996 ildәn müasir adını daşıyır), “Battle of Est” küçә rәqsi (Tartu, 2001 ildәn) vә s. beynәlxalq festivallar keçirilir.

    Кеннет Макмилланын “Манон” балетиндян сящня.
    Хореограф К.Бернетт. 2011.

    Teatr

     İlk    teatr    tamaşası    (M.Terensinin “Androslu qız” komediyası) Reveldә (indiki Tallin) 1529 ildә göstәrilmişdir (latın dilindә). 17 әsrdәn Derptdә (indiki Tartu) vә Reveldә alman dilindә ara-sıra  komediya tamaşaları göstәrilirdi. 18 әsrdә hәvәskar truppalar (o cümlәdәn A.F.F.fon Kotsebunun rәhbәrliyi ilә) yarandı. 1809 ildәn Reveldә peşәkar alman teatrı fәaliyyәt göstәrirdi. Eston milli teatr mәdәniyyәtinin tәşәkkülü 1870 ildә “Vanemuyne” (Derpt) vokal cәmiyyәti tәrәfindәn L.Koydulanın “Saaremaadan olan әmioğlu” pyesinin tamaşası ilә başladı.  “Vanemuyne” “Сярхош  vә “Estoniya” ilk peşәkar  teatrlar  idi.  Rej.  vә  aktyorlardan K.Menninq, P.Pinna, T.Alterman, K.Yunqholts 1900–20-ci illәrdә fәaliyyәt göstәrirdilәr. Narvada (“İlmarine”, 1874–1941; 1989 ildә yenidәn fәaliyyәtә başladı), Pyarnuda (“Endla”, 1911; 1953–89 illәrdә L.Koydula ad.), Vilyandidә (“Uqala”, 1920; yeni binası 1981) peşәkar teatrlar yarandı. 1920 ildәn Tallindә dram teatrı (fasilәlәrlә) fәaliyyәt göstәrir (ilk rәhbәr P.Sepp; indiki Eston Dram Teatrı). Teatr sәhnәsindә әn çox әsәri oynanılan milli müәlliflәrdәn biri H.Raudseppdir. İntellektual dram janrını A.Taamsaare inkişaf etdirmişdir. 1920–30-cu illәrin tanınmış rej. vә aktyorları R.Baumann, E.Vilmer, K.İrd, L.Kalmet, K.Karm, H.Laur, A.Lauter, M.Möldre, P.Pıldross, L.Reyman, A.Syarev, A.Eskola vә b. idilәr. Eston sәhnә sәnәtindә  1930-cu  illәrdә  iki  istiqamәt inkişaf edirdi: realist psixoloji teatr (Lauter 1936 ildә “Estoniya” teatrında K.S.Stanislavskinin “Aktyorun rol üzәrindә işi” kitabının tәdrisini tәşkil etmişdi)  vә ekspressionizm (Tallin fәhlә teatrı, 1926–41). Eston sovet teatrının tarixi 1940 ildәn başlayır (M.Qorki, B.A.Lavrenyov vә b.- nın pyeslәri). 1948 ildә Tallindә Rus Dram Teatrı açıldı. 1947–53 illәrdә ölkәdә cәrәyan edәn siyasi hadisәlәr E. mәdәniyyәtinә böyük zәrbә vurdu (aparıcı rej.-lar işdәn uzaqlaşdırıldı, bir çox teatr bağlandı). 1957 ildә rej. V.Pansonun tәşәbbüsü ilә Tallin konservatoriyası nәzdindә sәhnә sәnәti kafedrası (2005 ildәn E. Musiqi vә Teatr Akademiyasının Ali Teatr Mәktәbi), 1965 ildә Gәnclәr teatrı yaradıldı (1994 ildәn Tallin şәhәr teatrı). Burada A.Eskola vә Y.Yarvetin iştirakı ilә U.Şekspirin “Hamlet” faciәsinin tamaşası 1960-cı illәr teatr hәyatının mühüm hadisәsinә çevrildi. Bu illәrdә Tallindә rej. vә aktyorlardan M.Mikiver, K.Komissarov, Pyarnuda İ.Normet fәaliyyәtә başladılar. Tartuda “Vanemuyne”nin nәzdindә teatr laboratoriyası formalaşdı. 1970–80-ci illәrdә teatrda yeni nәsil rej.-lar (L.Peterson, M.Karusoo, M.Unt, Y.Toominq, P.Pedayas); 20 әsrin sonu–21 әsrin әvvәllәrindә rej. E.Nyuqanen, rej. vә aktyor H.Toompere, aktyorlar R.Simmul, E.Eespyaev, A.Noormets, A.Reemann, P.Kalda, M.Yaege vә b. çalışırlar. 1990–2000-ci illәrdә özәl teatrlar yarandı: Tallindә “Teatr fon Kralya” (1992), “THEATRUM” (1994; 2005 ildәn “Theatrum  Foundation”  fondu),  “Teatr №99” (2005), Tartuda “Yeni Tartu teatrı” (2008). Tallindә “Qış gecәsindә yuxu” (2000 ildәn, 2 ildәn bir), Pyarnuda “Monomafiya” monoquruluşları (2011 ildәn, hәr il) beynәlxalq festivalları, Tartuda “Dram” eston teatr festivalı (2005 ildәn, hәr il) keçirilir.

    “Естонийа” Милли Операсы. Таллин.

    E.-da Q.Qarayevin “İldırımlı yollarla” vә A.Mәlikovun “Mәhәbbәt әfsanәsi” baletlәri tamaşaya qoyulmuşdur. C.Cabbarlı ad. Gәncә Dövlәt Dram Teatrında eston dramaturqu E.Rannetin “Azğın oğul” pyesi oynanılmışdır.

    “Сярхошлар” тамашасындан сящня. Реж. Л.Петерсон
    (“Театрум” театр студийасы). Таллин.

     Kino

    Kino nümayişlәri 1896 ildәn Revel vә Yuryevdә başlanmışdır. İlk çәkilişlәr 1908 ildә (İsveç kralının Reveldә olması haqqında) aparılmışdır. 1912 ildәn xronika filmlәrini fotoqraf Y.Pyaezuke lentә almışdır. İlk eston bәdii  filmi “Kirayә qadın” 1913 ildә ekrana çıxmışdır. 1920–1930-cu illәrin әvvәllәrindә 20-dәn artıq  bәdii, o cümlәdәn T.Lutsun “Gәnc qartallar”  (1927) vә “Günәşin övladları” (1932, ilk sәsli film) filmlәri çәkilmişdir. 1920–32 illәrdә Parikas qardaşları tәrәfindәn yaradılmış “Estonia Film” (100-dәn artıq kinoxronika) kino firması fәaliyyәt göstәrmişdir. 1935 ildәn kinoteatrlara qanunla eston xronikasını göstәrmәk hәvalә edildi. 1930-cu illәrin 2-ci yarısında kino istehsalı (o cümlәdәn K.Myarskın işlәri) “Eesti Kultuurfilm” (1940 ildә millilәşdirilmiş, 1941 ildәn E. kinoxronika studiyası, 1954 ildәn Tallin bәdii vә xronika filmlәri kinostudiyası, 1963 ildәn “Tallinfilm”) studiyasında cәmlәnmişdi.

    Естонийа Драм Театры. Таллин.

    1955 ildә A.V.Mandrıkinin “Axşam düşәndә...” vә Q.M.Rappaportun “Andrusun xoşbәxtliyi” bәdii filmlәri yarandı. 1959 ildә Y.Kun vә K.Kiyskin “Mәzәli döngәlәr” (1961 ildәn panoramlı film kimi “Tәhlükәli döngәlәr”) filmi çәkildi. Eston kinosunun yeni dövrü 1960-cı illәrdәn, kinoya gәnc kinematoqrafçılar nәsli gәldikdәn sonra başladı: V.Aruoyun “Aktyor Yoller”i (1960), Y.Müyurun “Bir kәndin oğlanları” (1962) vә  “Əsgәr şinelli adamlar”ı (1968); Q.Kromanovun “Andres Lapeteusa nә oldu?” (1966). Kiyskin “Dәlilik” (1968, qadağan olunmuşdur) filmi totalitarizmdәn bәhs edir. A.Kruusementin “Bahar” (1969, 2012 ildә әn yaxşı E. filmi hesab edilmişdir), Kromanovun “Son yadigar” (1970), “Proletariat  diktaturası üçün brilliantlar” (1975), “Hәlak olmuş alpinist” oteli” (1979), L.Layusun “Meşәdә bulaq” (1974) vә “Kırboyun sahibi” (1980), Kiyskin “Ölümün qiymәtini ölmüşlәrdәn soruş” (1977) vә “Macәra axtaran” (1983). V.Aruoy vә Y.Toominqin “Nәhayәtsiz gün” (1971, ekranlara 1990 ildә çıxmışdır) filmlәri eston kinosunu avanqard axtarış- larla zәnginlәşdirmişdir. 1970–80-ci illәrdә O.Neuland (“Külәktutan yuva”, 1979, Karlovi-Vari Beynәlxalq kinofestivalının mükafatı) vә P.Simmin (“Nә әkәrsәn...”, 1981) debütü olmuşdur. H.Murdmaanın “Şeytan balası” (1981), Layus vә A.İxonun “Mәktәb yaşlı uşaqlar üçün oyunlar” (1985; SSRİ Dövlәt mükafatı, 1987) bu dövrün filmlәrindәn idi. İxonun “Müşahidәçi” (1987, Karlovi-Vari Beynәlxalq kinofes ti valının mükafatı) vә “Yalnız dәlilәr üçün” (1990) filmlәri seçilirdi. 1990-cı illәrdә film istehsalı kәskin surәtdә azaldı, özәl studiyalar fәaliyyәtә başladı. 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә V.Iunpuunun “Payız balı” (2007) filmi milli kinematoqrafın dirçәlişindәn  xәbәr verirdi. Maraqlı filmlәr sırasında S.Keedusun “Georgika” (1998; Est. Resp.-nın Dövlәt  mükafatı, 1999), Y.Kilminin “Donuzların inqilabı” (R.Rey- numyagi ilә birgә, 2004; Moskva Beynәlxalq kinofestivalının mükafatı), İ.Raa qın “Sinif” (2007, Karlovi-Vari Beynәlxalq  kinofestivalının mükafatı), hәmçinin R.Sarnet, K. vә A.Maymik, M.Helde, H.Volmer, V.Toomlının da  filmlәrinin adı çәkilir. E.Nyuqanenin “Qranit üzәrindә adlar” (2002) vә “1944” (2015) hәrbi  dramları tamaşaçı rәğbәti qazanmışdır. Y.Yarvet, L.Ulfsak, A.Eskola, R.Aren, T.Kark, T.Tuysk,  E.Kull, E.Kivi vә b. eston kinosunun inkişafına böyük töhfәlәr vermişlәr. Sәnәdli kinonun inkişafı 1960-cı illәrә tәsadüf edir; A.Söetin “Marsdan 511 әn yaxşı fotoşәkil”  (1965), Q.Kromanov vә M.Pıldrenin “Bizim Artur” (1968) filmlәri sәnәdli kino tarixindә mәrhәlә  tәşkil etmişdir. Digәr filmlәr arasında A.Söetin “Dirijorlar” (1975), “İvan günü” (1978), “Əjdaha  ili” (1988); M.Soosaarın “Kihnu adasından olan qadın” (1973), “Kihnudan olan kişi” (1985), “Ata,  oğul vә müqәddәs Torum”u (1997) diqqәti cәlb edir. Y.Tam- bekin (“Kәndlilәr”, 1968, ekranlara 1989  ildә çıxmışdır; “Sevinc tәkәri”, 1979), Y.Müyurun (“Özgә tәri”, 1973; “Əkinçi yorulmasın deyә”, E.Syade ilә birgә, 1982), R. vә H.Lintropların (“Şura”, 1990) sәnәdli filmlәri geniş rezonans doğurmuşdur. Sәnәdli film çәkәn digәr rej.-lar: R.Maran, P.Puks, L.Meri, S.S.Şkolnikov, V.Ander- son, P.Toominq, H.Roozipuu,  S.Keedus, M.Vaynokivi, M.Kaat, D.Supin, A.Maymik. İlk animasiya filmi 1931 ildә çәkilmişdir (V.Pyats, E.Yanimyaginin “Kutsu-Yukunun sәrgüzәştlәri”). E.Tuqanov, H.Pars, R.Unt, R.Heydmets  kukla animasiyası üzrә rej.-lardır. Animasiyanın cizgi növü üzrә görkәmli rej.-lar: R.Raamat  (“Cәhәnnәm”, 1983), P.Pyarn (“Ot üzәrindә sәhәr yemәyi”, 1987). Digәr rej.-lar: A.Paystik  (“Sıçrayış”, 1985; “Mufta, Ya- rımçәkmә vә Mamır Saqqal”, 1990), M.Kyutt (“Gizli siyasi iş aparan adam”, 1997), H.Ernits vә Y.Pıldma (“Lotte vә ay daşının sirri”, 2011), hәmçinin K.Yantsis, Y.Pikkov, P.Tall, E.Girlin, M.L.Basovskaya, P.Tender, M.Laas, K.Holm. 1982 ildәn “Teater.  Muusika. Kino” jurnalı çıxır. Kinematoqrafiya üçün kadrlar hazırlığı 1992 ildәn Tallin Un-ti  nәzdindә aparılır. 1987 ildәn Pyarnuda antropoloji vә sәnәdli kino  festivalı,  1998  ildәn  Tallindә  isә “Zülmәt gecәlәr” festivalı keçirilir.

    “Пайызда бал” филминдян кадр. Реж. В.Оунпуу. 2007.

    Əd.: Арбузов Л.А. Очерк истории Лифляндии, Эстляндии и Курляндии. СПб., 1912. М., 2009; Антология эстонской поэзии. В 2 т., М., Л., 1959; Соломыкова И.П. Искусство Эстонской ССР. Л., 1972; Раам В.В. Архитектурные памятники Эстонии. Л., 1974; История музыки народов СССР. Т. 1–5. М., 1970–74; Эльманович  Т.В. Образ факта: От публицистики к фильму на эстонском телевидении. М., 1975; История советского кино. Т. 3–4, М.,  1975–78;  Каск  К., Тор мис Л., Паалма В. Эстонский театр. М, 1978; Эстонская молодая проза. Тал., 1978; Музыкальная культура Эстонской ССР. Л., 1984; Волков Л.М. Архитектура Советской Эстонии. М., 1987; Arzumanlı V. Azәrbaycan-Pribaltika әdәbi әlaqәlәri. B., 1990; Вахтер Т. Эстония: жаркое лето 91-го. Августовский путч и возрождение независимости. Тал., 2012; Ильмярв М. Безмолвная капитуляция. М., 2012.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç