DİRӘKLӘR – İrәvan qub.-nın Aleksandropol (Gümrü) qәzasında (31.12.1937 ildәn Düzkәnd, 7.12.1945 ildәn Axuryan r-nu), Qaranqa çayı yaxınlığında azәrb.-ların yaşadığı kәnd. 1826–29 illәrdә Rusiya-İran, Rusiya-Türkiyә müharibәlәri zamanı kәnd dağıdılmış, әhalisi qovulmuş vә kәnddә Türkiyәdәn gәlmә ermәnilәr yerlәşdirilmişdir. 26.4.1946 ildә kәndin adı dәyişdirilәrәk Karnut qoyulmuşdur.