DİSKO (Disco) – Şimal Buzlu okeanının Baffin dәnizindә ada. Qrenlandiyanın q. sahillәri yaxınlığındadır. Danimarkaya mәxsusdur. Sah. 8,6 min km2-dir. Sәthi parçalanmışdır, әsasәn, bazalt platosundan ibarәtdir (hünd. 1919 m). Adanın 1/5 hissәsi buzlaqlarla örtülüdür. Dәmir filizi vә qonur kömür yataqları var. Mühüm portu Qodhavndır (Kekertarssuak). D. adasına ilk dәfә 982 vә 985 illәr arası norveçli Eyrik Rauda (Torvaldson) ayaq basmışdır.
Диско адасы. Годщавн порту.