ESTONİYA MİLLİ KİTABXANASI – Estoniya Resp.-nın әn böyük elmi kitabxanası. Tallin ş.-nin mәrkәzindә yerlәşir. 1918 ildә dövlәt kitabxanası kimi yaradılmışdır. Əvvәlcә kitabxananın fondu 2000 cilddәn ibarәt idi. Onlardan yalnız parlamentin deputatları istifadә edә bilәrdilәr. 1919 ildәn ölkәdә nәşr olunan bütün çap mәhsullarının bir nüsxәsi kitabxanaya göndәrilir. 1935 ildә kitabxanada qәdim eston әlyazmaları arxivi yaradılmışdır. 1930-cu illәrdә burada kitabların sayı 50 min nüsxәyә çatmışdı. Hәr kәs bu fonddan istifadә edә bilәrdi. Ölkә SSRİ-nin tәrkibindә olarkәn, Estoniya SSR-in Dövlәt kitabxanası adını almış, sovet dövründәn әvvәl nәşr olunmuş kitabların bir hissәsi senzura tәrәfindәn fonddan çıxarılmışdı. 1953 ildә kitabxanaya eston yazıçısı F.Kreytsvaldın adı verilmişdi. 1988 ildәn isә kitabxana indiki adını daşıyır. 3,4 mln. adda nәşrlәr (2007) toplanmışdır. Yeni binası 1985– 93 illәrdә inşa olunmuşdur (memar R.Karpa). 600 nәfәrlik oxu zalı var.
Естонийа Милли Китабханасы. Таллин.