Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ESTONLAR

    ESTONLAR, eestlased (özlәrini 19 әsrin ortalarından belә adlandırırdılar, buna qәdәr isә maarahvas, hәrfi mәnası “torpaq xalqı”, “әkinçi”) – xalq, Estoniyanın әsas әhalisi (922 min 398 nәfәr, 2010). İsveçdә (26 min), ABŞ-da (25 min; 2000), Kanadada (22 min), Finlandiyada (20 min; 2007), Latviyada (2 min 381; 2010), Avstraliyada (6 min 300), Abxaziyada (351; 2011) vә digәr ölkәlәrdә yaşayırlar. Ümumi sayları tәqr. 1,1 mln. nәfәrdir. Ural dil ailәsinin fin-uqor qrupunun Baltikayanı-fin yarımqrupuna mәnsub eston dilindә danışırlar. Dialektlәri: şimal (orta şimal, ada, şәrqi vә qәrbi şivәlәr), cәnub (Tartu şivәsi vә s.) vә şimal-şәrq sahilyanıdır. Ədәbi dili şimal dialektinә, yazıları (16 әsrdәn) isә latın qrafikasına әsaslanır. Dindarları lüteranlardır, pravoslavlar da var.

    E. Şәrqi Baltikayanıda yerli әhalinin ә. 3-cü minillikdә ş.-dәn gәlmiş fin-uqor tayfalarının qaynayıb-qarışması nәticәsindә tәşәkkül tapmışlar. Sonralar şәrqi fin-uqor, balt vә german elementlәrini mәnimsәmişlәr. Eramızın 1-ci minilliyindә est tayfalarının әsas qrupları formalaşmış, 13 әsrdә isә Estoniyanın c.-unda Uqandi vә Sakalada, şm.-ında Virumaa, Yarvamaa, Haryumaa vә Ryavala, q.-indә isә Lyaenemaa vә Saaremaa әrazi birliklәri – maakondlar yaranmışdır. 13 әsrin әvvәllәrindә Estoniyanın c.-una Livoniya ordeninin, şm.-ına isә danimarkalıların hücumları başladı. 1227 ildә Estoniyanın әrazisi Livoniya ordeninin tәrkibinә qatıldı, 1238– 1346 illәrdә Estoniyanın şm. hissәsi Danimarkaya mәxsus idi. E. katolikliyi qәbul etdilәr. 1521 ildә Reformasiya Livoniyanı da әhatә etdi; ibadәt vә kitab çapının yayılması eston milli mәdәniyyәtinin formalaşmasına şәrait yaratdı. Livoniya müharibәsi (1558–83) nәticәsindә Estoniya Reç Pospolita (c. hissәsi), İsveç (şm. hissәsi) vә Danimarka (Saaremaa a.-sı) arasında bölüşdürüldü. 17 әsrin ortalarında İsveçә birlәşdirilәn Estoniyada İsveç dövrü (1625– 1710) başladı. İsveç dövründә 1632 ildә kral II Qustav Adolf Tartu Universitetinin açılması haqqında fәrman imzaladı.

    Şimal müharibәsinin (1700 –21) gedişindә Estoniya Rusiyaya birlәşdirildi (Estoniya tarixindә 18–19 әsrlәr Rusiya dövrü adlanır). Şimali Estoniyada Estlandiya qub. tәşkil edildi, Cәnubi Estoniya isә Liflandiya qub.-na qatıldı. 19 әsrdә aqrar islahatların aparılması vә kapitalizmin inkişafı nәticәsindә şәhәrlәrdә yaşayan E.-ın sayı artdı. Eston milli hәrәkatı genişlәndi. 1918 il fevralın 24-dә müstәqil Estoniya Resp. (noyabr ayınadәk Almaniyanın işğalı altında qaldı) elan olundu (1918 ilin noyabrın sonlarından 1919 ilin yanvarınadәk Estoniya torpaqlarının 1/3-ndә bolşeviklәrin hakimiyyәti mövcud idi). 1940 ildә Estoniya SSRİ tәrәfindәn işğal olundu. 1991 ildә Estoniya ikinci dәfә müstәqillik әldә etdi.

    E.-ın әsas әnәnәvi mәşğuliyyәti xış әkinçiliyi (çovdar, arpa, kәtan, paxlalı bitkilәr) vә maldarlıq (südlük mal-qara, donuz, qoyun) idi. 19 әsrin ikinci yarısından kәtan, kartof, südlük mal-qara, balıqçılıq üzrә әmtәә istehsalı yayıldı. Sәnaye (әsasәn tekstil sahәsi vә maşınqayırma) inkişaf etdi.

    E.-ın әnәnәvi mәdәniyyәtlәri Skandinaviya, fin vә balt tәsirinә mәruz qalmışdır.

    Eston folkloruna runa mahnıları vә bu mahnılar әsasında yaranmış “Kalevipoeq” (1857–61) eposu, digәr mahnılar, nağıllar daxildir. Kannele, taxta trubalar, keçi sümsüsü, tütәklәr, tuluq zurnaları qәdim musiqi alәtlәridir; violin 18 әsrdә yayılmışdır. 19 әsrdә nәfәsli ork.-lәr yaranmış, xor sәnәti inkişaf etmişdir. 1869 ildә ilk ümumeston mahnı bayramı keçirilmişdir. Bәzi xalq әnәnәlәri (tonqal qalamaq, mahnılar, yellәncәkdә yellәnmәklә İvan gününün bayram edilmәsi) saxlanılmışdır. Tәtbiqi sәnәt (naxışvurma, toxuma, krujevahörmә, dәri, gümüş emalı, q.-dә isә ağac üzәrindә oyma vә yandırma vә s.) inkişaf etmişdir.

    Qәdim kәnd mәskәnlәri sıx vә cәrgәli, c.-da isә birtәsәrrüfatlı vә pәrakәndә planlıdır. Əsas әnәnәvi evlәri damı külәşlә örtülmüş üçkameralı kәrtmә ev – riqadır (rexetuba). Evin yanında digәr tikililәr: anbar (yat), pәyә (laut), yay mәtbәxi (koda), hamam (saun) var idi. 19 әsrin sonlarında varlı kәndlilәrә mәxsus otaqların sayı artır, yataq otaqları vә bacası olan sobalar meydana gәlir. Bәzәn yaşayış evi ayrı tikilir, riqa isә yalnız tәsәrrüfat mәqsәdlәri üçün istifadә edilirdi. 20 әsrdә kottec tipli evlәr yayıldı.

    Милли эейимли естонлар.

    19 әsrin ortalarında әnәnәvi qadın geyimi tunikayabәnzәr köynәk (syark, xame), zolaqlı yubka (seelik, kört), toxunma belbağı, mahuddan tikilmiş qısa (kampsun) vә ya qolsuz (liystik) kofta idi. Şm.-da qollu bluz (kyaysed) yayılmışdı. Qadınlar döşlük, qumaşdan baş örtüyü (linik), sonralar kәtandan lәçәk (tanu), şm.-da vә q.-dә isә kokoşnik tipli baş geyimi (pottmyuts, kabimyuts) geyinirdilәr. Qızların baş geyimi lif vә ya lentlәrdәn hörülmüş çәlәng idi. Kәtan (ılalinik, kaal), yaxud yun (sıba) örtüklәr sәciyyәvidir. Bayram geyimlәri konusvarı (sılq) vә yastı (prees) gümüş fibulalarla, sikkә vә muncuqlu zәncirlәrlә bәzәdilir; setuların sinәbәndlәri naxışlarla daha zәngin olur. Kişi geyimlәri yaxası düz kәsikli tunikayabәnzәr köynәk (syark), uzun vә ya dizәdәk olan şalvar (pyuksid), jilet (vest), gödәkçә (vammus), keçә şlyapadır (kaap).  Kişi vә  qadın  üst geyimi kaftan, qışda isә kürkdür. Ayaqqabıları dәri postoldur (pastlad), bayramlarda qadınlar tufli, kişilәr hündür uzunboğaz çәkmә geyinirlәr. Toxunma tәkbarmaq әlcәklәr (kindad), uzunboğaz vә gödәk corablar geniş yayılmışdı.

    Фермер еви. 19 яср. Ачыг сяма алтында Естонийа Музейи. Таллин. 

    Əsas әnәnәvi yemәklәri çovdar çörәyi (leyb), sıyıqlar (әsasәn arpadan), şorbalar, tәrәvәz (19 әsrdәn kartof), balıq, qatıq, duza qoyulmuş vә qaxac qoyun, mal vә donuz әti, içkilәri – kvas (kali, taar), pivәdir (ılu). Bayramlarda tәmiz çovdar, yaxud buğda çörәyi (sepik) bişirir, kolbasa, studen (sült, yaxelixa) hazırlayırdılar. C. әrazilәr üçün kәsmikli pendir (sıyr) sәciyyәvidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç