ESTÓPPEL – şәxsin öz iddiasında hәr hansı fakta әsaslanmaq hüququndan mәhrum edilmәsini nәzәrdә tutan hüquqi prinsip. Beynәlxalq hüquqda E. dövlәtin beynәlxalq müqavilәnin icrasının kәsilmәsi, dayandırılması vә ya hәmin müqavilәnin etibarsız hesab olunması әsasına istinad etmә hüququnu itirmәsidir. Bu müddәa beynәlxalq müqavilәlәr hüququ haqqında 1969 il Vyana Konvensiyasının 45-ci maddәsindә nәzәrdә tutulmuşdur.