Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ESTRADA

     ESTRÁDA, estrada  sәnәti – 1) Tamaşa vә ya konsertdә bir neçә aktyorun (bәdii qiraәtçi, kupletçi, müğәnni, fokusçu, akrobat, rәqqas, konferansye, sәs tәqlidçisi vә b.) çıxışını birlәşdirәn sәhnә sәnәti növü. Bir aktyorun çıxışı ilә solo konsertlәr dә ola bilәr.  Çıxışların  qısalığına  görә  (10–15 dәqiqә) estrada kiçik formalar sәnәti hesab edilir. E. artistlәrinin sәhnә obrazları psixoloji dәrinliyi ilә seçilmәsә dә, bu ifalar, adәtәn, cazibәdar, parlaq, mübaliğәli olur vә maraqla izlәnilir. E. sәnәtinin tarixi gәzәrgi aktyorların – Rusiyada skomoroxların, Fransada jonqlyorların, Almaniyada şpilmanların, Orta Asiyada dorvozların, mәsxәrәbazların vә b.-nın tamaşaları ilә bağlıdır. Onların çıxışları satirik sәhnәciklәrdәn, rәqslәrdәn, jonqlyorluqdan, akrobatlıq vә tәlimdәn ibarәt idi. 16 –17 әsrlәrdә bu sәnәt xalq gәzintilәri zamanı yarmarka meydanlarında, balaqanlarda yaşadılmışdır. 18 әsrdәn opera-balet vә dram tamaşalarına ayrı-ayrı vokal, musiqi vә rәqs fraqmentlәrini ehtiva edәn divertismentlәr daxil edilirdi (sonralar divertismentlәrә kupletlәr oxumaq vә ifa әlavә olunurdu). 18–19 әsrlәrdә geniş yayılmış xor kollektivlәri tәrkibindә müğәnnilәr, rәqqaslar, komik duet ifaçıları, kupletçilәr xüsusilә seçilirdilәr.

    18 әsrin әvvәlindә İngiltәrәdә tamaşaları xırda pyes, oxuma, rәqs, komik intermediyalardan ibarәt müzik-hollar meydana gәlmişdi. 1890 ildә Londonda “Alqambra”, 1904 ildә “Kolizey” müzik-holları yaranmışdı. Bu forma dünyanın bir çox ölkәsindә yayılmışdı. 18 әsrin sonu – 19 әsrin әvvәlindә Fransada yarmarka teatrlarının sәhnәsindә folklor әsaslı aktual satirik mahnı vә kupletlәr mәharәtlә ifa olunurdu. 80–90  illәrdә  kafe-konsertlәr  Almaniyada, Danimarkada,  Belçikada  vә  Avropanın başqa ölkәlәrindә yayılmışdı. Almaniyada әsas diqqәt rәqs sәnәti (çox vaxt qadın ansambllarının çıxışı) vә sirk nömrәlәrinә yönәlmişdi. Eksentrik çıxışlar (İsveçrә klounu Qrok vә b.) daha populyar idi.

    19 әsrin 80-ci illәrindәn Fransada kabarelәr yaranır, burada parodiyalar, günlә sәslәşәn mahnılar, şeirlәr, satirik sәhnәciklәr, rәqs nömrәlәri ifa edәn şairlәrin, musiqiçilәrin, aktyorların improvizasiya olunmuş tamaşaları verilirdi; çıxışçıları elan edәn vә tamaşaçılarla ünsiyyәt quran konferansye meydana gәlir. Rusiyada ilk kabarelәr 1908 ildә Moskvada (“Yarasa”) vә Peterburqda (“Əyri güzgü”) açılmışdır.

    Azәrb.-da estrada sәnәtinin mәnşәyi qaravәlli tamaşaları, aşıq sәnәti, kәndirbaz vә meyxanaçıların çıxışları, xalq tamaşaları ilә bağlıdır. 1901 ildә Azәrb.-da ilk “Şәrq konserti” tәşkil edilmiş, konsertdә xanәndәlәr, aşıqlar, ork. vә xor çıxış etmiş, musiqili tamaşa göstәrilmişdir. E. sәnәti professional yaradıcılıq növü kimi 1920 ildәn tәşәkkül tapmışdır. Bakı Azad Tәnqid-Tәbliğ Teatrının yaradılması E. sәnәtinin inkişafında mühüm rol oynadı. Teatrda miniatür tamaşalar, kiçikhәcmli әsәrlәr nümayiş etdirilirdi. Burada aktyorlardan H.Abbasov, S.Ruhulla, M.Əliyev, M. Kazımovski, Ə. Ağdamski vә b. fәaliyyәt göstәrirdi. Bәdii qiraәt E. sәnәtinin geniş yayılmış növlәrindәndir. Aktyorlardan Kazım Ziya, R.Əfqanlı, Ə.Əlәkbәrov, H.Salayev, M.Cәnizadә, Ə.Zeynalov, H.Əbluc, M.Sadıqova, H.Turabov, Ə.Yusifqızı, M.Mirzәyev, S.Rzayev, İ.Əsgәrov vә b. bәdii qiraәt ustaları idi. Satirik-yumoristik duetlәr, siyasi satira, kütlәvi mahnı janrı geniş yayılmışdı. 1938 ildә yaradılmış “Sirk sәhnәdә” estrada proqramında kupletçilәr Yusif vә Yunis Ağayevlәr çıxış edir vә rәqs nömrәlәri ifa olunurdu. 1941 ildә Azәrb. Dövlәt Caz Ork.-nin (bәdii rәhbәri Niyazi, musiqi rәhbәri T.Quliyev) yaradılması estrada sәnәtinin inkişafı üçün geniş imkanlar açdı.

    İkinci dünya müharibәsi (1939–45) illәrindә Azәrb. estrada artistlәri cәbhәlәrdә konsertlәrlә çıxış edirdilәr. 50– 60-cı illәrdә yeni estrada kollektivlәri yaradıldı. 1956 ildә R.Hacıyev Azәrb. Dövlәt Estrada Ork.-ini tәşkil etdi. 1957 ildә T.Əhmәdovun rәhbәrliyi ilә “Biz Bakıdanıq” estrada kollektivi fәaliyyәtә başladı. 1960 ildә Azәrb. Televiziyası vә Radiosunun Estrada Ork. (bәdii rәhbәri vә baş dirijoru T.Əhmәdov) fәaliyyәtә başladı. 1975 ildә Azәrb. Dövlәt Estrada-Simfonik Ork. quruldu (solist vә bәdii rәhbәri M.Maqomayev).

    Azәrb. caz musiqisinin inkişafında bәstәkar vә pianoçu V.Mustafazadәnin müstәsna rolu olmuşdur. Onun yaradıcılığında caz ritmlәri ilә xalq musiqisi, xüsusilә muğam sәnәtinin sintezi orijinal şәkildә sәslәnmişdir. Resp.-da Azәrb. Radio vә Televiziyası Estrada-Simfonik Ork., müxtәlif vokalinstrumental ansambllar da fәaliyyәt göstәrir.

    2) Konsert zalında artistlәrin çıxışı üçün nәzәrdә tutulmuş sәhnә.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç