ESTRADA ORKESTRİ – estrada vә caz musiqisini ifa edәn musiqiçilәr kollektivi. E.o. simli, nәfәs, klavişli, zәrb vә elektrik musiqi alәtlәrindәn ibarәtdir. 15-dәn 30-a qәdәr vә daha çox alәtdәn ibarәtdir (4 vә ya 5 saksofon, 3 truba, 3 trombon, fp., gitara vә zәrb alәtlәri). Repertuardan asılı olaraq ork.-ә simli alәtlәr qrupu, qoboy, faqot vә valtorna әlavә edilir. E.o.-lәri 20 әsrin 20-ci illәrinin әvvәlindә ABŞ-da, sonralar Avropada yaranmışdır. E.o.-nin sәlәfi olan simfocaz 20 әsrin 20-ci illәrindә ABŞ-da tәşәkkül tapmış vә populyar-әylәndirici, rәqs-caz musiqisini ifa edәn konsert üslubunu meydana gәtirmişdir. Rusiyada L.Teplitskinin simfocaz ork. (“Konsert cazbandı”, 1927), V.Knuşevitskinin rәhbәrliyi ilә Dövlәt Caz Ork. (1937) mәşhurlaşmışdı. “Estrada-simfonik orkestri” adı 1954 ildә Rusiyada işlәdilmişdir. 1945 ildә Y.Silantyevin rәhbәrliyi altında çıxış edәn E.o. belә adlanırdı. Azәrb.-da ilk E.o. 1960 ildә Azәrb. Televiziya vә Radiosunun nәzdindәn yaradıldı. 1975 ildә Azәrb. Dövlәt Estrada-Simfonik Ork. tәşkil edildi (solist vә bәdii rәhbәri M.Maqomayev). Resp.-da Azәrb. Radio vә Televiziyasının Estrada-Simfonik Ork. fәaliyyәt göstәrir.