Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ESTROGENLƏR

    ESTROGÉNLƏR (yun. οioτρoς – canlılıq vә parlaqlıq + gen) – qadınlarda, әsasәn, yumurtalıqların follikulyar aparatının istehsal etdiyi steroid qadın cinsiyyәt hormonları yarımsinfinin ümumilәşdirilmiş adı. E.-i hәmçinin az miqdarda kişi xayaları vә hәr iki cinsin böyrәküstü vәzisi qabığı da istehsal edir. İnsanda üç tip E. olur: estradiol, estriol estron. Onlar orqanizmdә mürәkkәb fermentativ reaksiya ilә androgenlәrdәn әmәlә gәlir. Estradiol testosterondan, estron isә aromataza fermentinin tәsiri ilә androstendiondan әmәlә gәlir. Estron estradiola nisbәtәn daha zәif tәsirlidir vә menopauzadan sonra onun sәviyyәsi estradioldan üstün olur.

    “Estrogenler” adı bu hormonların dişi mәmәli heyvanlarda proliferasiya, buynuz maddәsi әmәlә gәtirmә, balalıq yolu epitelisinin qismәn qopmasına vә balalıq yolunun qopmuş epitelisinin erkәklәri cәlb edәn spesifik iyli maddәlәrin (feromonları) ifrazına sәbәb olması qabiliyyәti ilә әlaqәdar әmәlә gәlmişdir. Qadınlarda E. fizioloji konsentrasiyada uşaqlıq yolu seliyinin sekresiyasını, uşaqlıq yolu epitelisi hüceyrәlәrinin artmasını vә fәrqlәnmәsini güclәndirir, lakin bu, dişi mәmәli heyvanlar üçün balalıq yolu epitelisinin buynuzlaşması vә dәyişmәsi fenomeni qәdәr xarakterik deyil. Eyni zamanda E.-in yüksәk konsentrasiyası zamanı qadınlarda da uşaqlıq yolu epitelisinin qismәn buynuzlaşma vә qopma meyli müşahidә oluna bilәr (adәtәn makroskopik görünmür, ancaq uşaqlıq yolundan götürülmüş yaxmada mikroskop altında müşahidә olunur). E. hәdәf orqanların hüceyrәlәrindә spesifik reseptorlarla komplekslәr әmәlә gәtirir (müxtәlif orqanlarda – uşaqlıqda, uşaqlıq yolunda, sidik kanalında, süd vәzisindә, qara ciyәrdә, hipotalamusda, hipofizdә aşkar edilir). Liqand-reseptor kompleksi genom estrogen-effektor elementi vә mRNT, zülalların, sitokinlәrin azad olmasını vә böyümә amillәrinin sintezini tәmin edәn spesifik hüceyrәdaxili zülallarla bir-birinә tәsir edir. E. orqanizmә güclü qadın әlamәtlәri qazandırır. Onlar uşaqlığın, uşaqlıq borularının, uşaqlıq yolunun, süd vәzilәri stromasının vә axacaqlarının inkişafını, döş gilәsi vә cinsiyyәt orqanları nahiyәsinin piqmentlәşmәsini, qadın tipinә aid ikincili cinsi әlamәtlәrin formalaşmasını, böyümәni vә uzun borulu sümüklәrin epifizlәrinin bağlanmasını stimullaşdırır. Uşaqlığın daxili selikli qişasının vaxtında qopmasını vә düzgün qanaxmanı tәmin edir, daha böyük konsentrasiyalarda uşaqlığın daxili qişasının hiperplaziyasını vә kistozvәzili degenerasiyasını törәdir, laktasiyanı vә sümük toxuması sorulmasını dayandırır, bir sıra nәql. zülallarının, fibrinogenin sintezini stimullaşdırır. Prokoaqulyant tәsiri göstәrir, qara ciyәrdә qanın laxtalanmasının vitamin K-asılı amillәrinin (II, VII, IX, X) sintezini tәmin edir, antitrombin III konsentrasiyasını azaldır. E. qanda tiroksinin, dәmirin, misin konsentrasiyasını artırır. Antiaterosklerotik tәsir göstәrir. E. reseptorların progestinә qarşı hәssaslığını, saya әzәlәlәrin tonusunun simpatik requlyasiyasını dәyişdirir, damardaxili mayenin toxumalara keçmәsinә tәkan verir, natriumun vә suyun kompensator saxlanmasını törәdir. Menopauzadan sonra qadınların orqanizmindә az miqdarda E. әmәlә gәlir. E.-in miqdarının azalması çox qadınlarda damar-hәrәki vә temp-r tәnzimlәnmәsinin qeyri-sabitliyi, yuxu pozulmaları, hәmçinin sidik-cinsiyyәt sistemi orqanlarının şiddәtlәnәn atrofiyası ilә müşayiәt olunur. Menopauzadan sonrakı dövrdә qadınlarda E.-in defisiti nәticәsindә osteoporoz (әsasәn, onurğa sütununda) inkişaf edir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç