ESTRÓN, follikuli n, C18H22O2 – әhәmiyyәtinә görә estradioldan sonra ikinci qadın cinsiyyәt hormonu.
Qadınlarda yumurtalıqların follikulyar aparatında hasil edilir. Hәmçinin az miqdarda hәr iki cinsin böyrәküstü vәzisinin qabıq maddәsindә vә kişilәrin xayalarında istehsal olunur. E. kimyәvi qurluşuna görә steroid hormondur; androstendiondan vә progesteron törәmәlәrindәn sintez edilir. Reaksiya testosteronun estradiola çevrilmәsi kimidir. Qara ciyәrdә vә periferik toxumalarda estradiol E.-a vә әksinә, konversiya olunmaq qabiliyyәtinә malikdir. E. estradiola nisbәtәn 4–6 dәfә az aktivdir. Estradiol vә E.-un fizioloji rolu müxtәlif ola bilәr, bununla әlaqәdar onlar estrogen reseptorların E1 vә E2 yarımtiplәri ilә müxtәlif halda әlaqәyә girir.