ÉSTRUP Yakob Bryonnum Skavenius (16.4.1825, Soryo – 24.12.1913, Kunqsdalın yaxınlığı) – Danimarka siyasi vә dövlәt xadimi. 1854–55 illәrdә folkstinqin, 1864 ildәn (fasilәlәrlә) landstinqin deputatı olmuşdur. 1865–69 illәrdә daxili işlәr naziri, 1875–94 illәrdә baş nazir vә maliyyә naziri vәzifәlәrindә çalışmışdır. Sağ mühafizәkar qüvvәlәrin (Höyre partiyası) lideri olan E. “Danimarka Bismarkı” lәqәbini almışdır. E.-un idarәçiliyi dövründә hakim Höyre partiyası ilә müxalif Venstre partiyası arasında kәskin qarşıdurma yaşanmışdır. Venstrenin nümayәndәlәri tәrәfindәn dövlәt büdcәsinin dәfәlәrlә qәbul edilmәmәsinә cavab kimi E. formal olaraq parlamentin tәsdiqini tәlәb etmәyәn müvәqqәti maliyyә qanunları tәcrübәsinә (ilk dәfә 1877 ildә) әsaslandı, bu, vergilәrin artmasına, 80-ci illәr–90-cı illәrin әvvәllәrindә siyasi mühitin gәrginlәşmәsinә vә kәndli hәyәcanlarına sәbәb oldu. Höyrenin mötәdil qruplaşması ilә Venstrenin sağ qanadı arasında kompromis E.-un istefasına gәtirib çıxartdı.