EŞELÓN (fr. échelon – pillә; bölüşdürmә, düzmә) – 1) döyüş nizamının dәrininә bölünmüş hissәsi vә ya qoşun dәstәlәri (hәrәkәt zamanı). 2) Hәrbi strategiyada – müharibәnin gedişindә dövlәtin ardıcıllıqla cәbhәboyu düzülәn silahlı qüvvәlәrinin növbәti qruplaşması. 3) Hәrbi hissәlәrin daşınmasında daşınma vahidi (d.y. qatarı, avtomobil dәstәsi, tәyyarә qrupu vә s.).