Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EŞERİXİOZ

    EŞERİXİOZ – bağırsaq çöpü Escherichia coli vә bәzәn digәr eşerixiyaların (E. fergusoni, E. paracoli, E. hermannii, E. vulneris) törәtdiyi bağırsaq infeksiyaları qrupunun  ümumi  adı.  Bağırsaq  çöplәrinin patogen vә qeyri-patogen ştamları vardır.

    Onlar arasında morfoloji cәhәtdәn fәrq yoxdur vә sәthlәrindәki müәyyәn antigenlәrlә fәrqlәnirlәr. Antigenlәrin strukturuna görә әsas beş qrup patogen eşerixiyalar müәyyәn edilir: enteropatogen – uşaqlarda diareya törәdir, patogenezi bakteriyaların bağırsaq epitelisinә yapışmaq vә mikroxovları zәdәlәmәk qabiliyyәti ilә şәrtlәnir; enteroinvaziv – yoğun bağırsağın selikli qişasının iltihabını törәdir, xassәlәrinә görә şigellәrlә oxşardır; enterotoksigen – vәbayabәnzәr diareya törәdir, strukturuna görә vәba vibrionlarının toksininә oxşar davamlı enterotoksin hasil edir; enterohemorragik – hemorragik diareya törәdir, dizenteriya toksininin eyni olan sitotoksin әmәlә gәtirir; enteroadgeziv -bağırsaq divarının selikli qişasına vә örtüyünә yapışaraq sorulmanı pozur.

    Klinikası. Kliniki mәnzәrәsinә görә üç cür E. ayırd edilir: bağırsaq, bağırsaqdankәnar vә septik. Bağırsaq E.-larından enterotoksigen ştamlarla törәnәn E. – aydın intoksikasiya sindromu olmadan nazik bağırsaqların zәdәlәnmәsi ilә gedәn vәbayabәnzәr kәskin bağırsaq diareya infeksiyasıdır. Xәstәlik turistlәrin diareyası adlanan әsas nozoloji formadır. İnkubasiya dövrü 16–72 saatdır. Kәskin başlayır vә xәstәlәr ümumi zәiflik, başgicәllәnmә hiss edirlәr. Bәdәn temp-ru normal vә ya subfebril olur. Eyni zamanda qarında sancı xarakterli yayılmış ağrılar baş verir. Bütün xәstәlәrdә tez-tez, duru, çoxlu defekasiya meydana çıxır vә tezliklә o, nәcissiz, sulu, üfunәt iysiz olur. Bәzi xәstәlәri ürәkbulanma vә әvvәlcә yeyilmiş qida, sonra isә bulanıq ağımtıl maye ilә tәkrar qusmalar narahat edir. Qarın köpmüş, palpasiya zamanı az ağrılı olur, güclü şırıltı müәyyәn edilir, yoğun bağırsaq dәyişmir. Xәstәlik hәm ağır, hәm dә yüngül gedişli ola bilir. Vәziyyәtin ağırlığı susuzlaşmanın dәrәcәsi ilә müәyyәn edilir. Bәzәn xәstәlik ildırım sürәtli vә tez eksikozun inkişaf etmәsi ilә keçir.

    Enteroinvaziv bağırsaq çöplәri ilә törәnәn E. ümumi intoksikasiya vә başlıca olaraq, yoğun  bağırsağın zәdәlәnmәsi simptomları ilә keçәn kәskin bağırsaq infeksiyasıdır. İnkubasiya dövrü 6–48 saatdır. Ümumi toksikoz әlamәtlәri – üşütmә, ümumi zәiflik, әzginlik, baş ağrısı, iştahanın azalması fonunda tәzahür edir, әtraf әzәlәlәrindә ağrılar müşahidә olunur, lakin xәstәlәrin çoxunda xәstәliyin gedişindә әhval nisbәtәn yaxşı qalır. Bәdәn temp-ru xәstәlәrin әksәriyyәtindә normal, yaxud subfebril, pasiyentlәrin 1/4-dә 38–39ºC, ancaq 10%-dә 39º C-dәn yüksәk olur. Xәstәlik başladıqdan bir neçә saat sonra mәdәbağırsaq traktının zәdәlәnmә simptomları meydana çıxır. Başlanğıcda qısa sulu diareya kolitik sindromla әvәzlәnir. Qarında ağrılar, әsasәn, qarnın aşağı hissәsindә lokallaşır vә yalançı defekasiya istәmә hissi ilә müşayiәt olunur. Defekasiya gün әrzindә 10 dәfәyә qәdәr, bәzәn daha çox olur, nәcis horrayabәnzәr vә ya duru konsistensiyalı, selikli, bәzәn isә qan qarışmış gәlir. Xәstәliyin daha ağır gedişi zamanı bağırsaq ifrazatı nәcis xarakterini itirir, selikdәn vә qandan ibarәt olur. Xәstәliyin qızğın vaxtında xәstәnin obyektiv müayinәsi zamanı yoğun bağırsağın distal şöbәsindә, yaxud bütün sahәsindә spazma, bәrkimә vә ağrılı hal qeyd edilir. Qara ciyәr vә dalaq böyümür. Rektoromanoskopiya zamanı kataral, nadir hallarda kataral-hemorragik vә ya kataral-eroziv proktosiqmoidit aşkar edilir. Xәstәlik qısamüddәtli vә xoş gedişli olması ilә sәciyyәlәnir. Qızdırma 1–2 gün, bәzәn 3–4 gün olur. 1–2 gündәn sonra nәcis formalaşır vә patoloji qatışıqlar olmur. Palpasiya zamanı yoğun bağırsağın spazma vә ağrısı çox hallarda xәstәliyin 5–7-ci günü çәkilir. Yoğun bağırsağın selikli qişasının tam bәrpası xәstәliyin 7–10-cu günlәrindә baş verir.

    Bağırsaqdankәnar E. normada bağırsaqda çoxlu miqdarda toplanan eşerixiyaların qeyri-patogen olmasına baxmayaraq, onlar digәr orqanlara vә ya insan bәdәni boşluqlarına düşdükdә patologiya inkişafına sәbәb ola bilәr. Əgәr bakteriya qarın boşluğuna düşәrsә, peritonit baş verә bilәr. Qadınlarda uşaqlıq yoluna düşәn vә artıb çoxalan bakteriya kolpit törәdә vә ya onu ağırlaşdıra bilәr. Belә hallarda müalicәyә antibiotiklәrin tәtbiq edilmәsi elә daxil edilmәlidir ki, bağırsağın normal mikrobiotasını mәhv etmәsin, әks halda disbakteriozun inkişafı mümkündür. Zәiflәmiş şәxslәrdә pnevmoniya, pielonefrit, meningit, sepsis yaranması ehtimalı var. E. solinin streptomisin vә ya gentamisin kimi antibiotiklәrә qarşı çox hәssas olmasına baxmayaraq, o tez bir zamanda dәrman davamlılığı qazana bilir.

    Septik E. hәm patogen, hәm dә şәrti patogen eşerixiyalarla törәnir. Uşaqlarda enteropatogen bağırsaq çöplәri ilә törәnәn E.-lar müxtәlif ağırlıqlı enteritlәr, enterokolitlәr, yenidoğulmuşlarda vә yarımçıq doğulmuş uşaqlarda isә hәm dә septik forma şәklindә keçir. Uşaqlarda xәstәliyin septik forması ümumi intoksikasiyanın aydın simptomları, bәdәn temp-runun yüksәlmәsi, iştahanın tam olmaması, gәyirmә, qusma, çoxlu irinli ocaqların әmәlә gәlmәsi ilә davam edir. Bununla bәrabәr, bağırsaq sindromu özünü az göstәrә bilәr.

    Müalicәs i. Uşaqlarda E.-un vәbayabәnzәr gedişindә әsas müalicәvi tәdbir su-elektrolit balansının bәrpa edilmәsidir. O, ağızdan qlükoza-elektrolit mәhlulu içirmәklә, ağır hallarda isә poliion mәhlullarını venadaxili yeritmәklә rehidratasiya olunur. Xәstәyә hәmçinin bağırsaq antiseptiklәri (nitrofuran preparatları, oksixinolinlәr) tәyin edilir.

    Dizenteriyayabәnzәr E.-lu xәstәlәrin müalicә prinsiplәri vә üsulları bakterial dizenteriyada olduğu kimidir. Elә bu prinsipdәn turistlәrin diareyası zamanı da istifadә olunur.

    Enteropatogen E.-un müalicәsindә bağırsaq antiseptiklәri, ağır hallarda antibiotiklәr (polimiksin, aminoqlikozidlәr,  III nәsl sefalosporinlәr, rifakol, ftorxinolonlar, kanamisin) işlәdilir. Patogenetik müalicә osmotik hipofermentativ diareyanın müalicәsindә istifadә olunduğu kimidir. Xәstәliyin ağır formasının (xüsusәn stasionara gec daxil olduqda) müalicәsi trofik (zülal) çatışmazlığın ola bilmәsi vә qan plazmasında albuminin azalması nәzәrә alınmaqla aparılır.

    Enteropatogen E.-lu xәstәlәrin müalicәsinә etiotrop dәrmanlar vә tәsirli patogenetik müalicә daxil edilir. Etiotrop müalicәdә yüngül hallarda bağırsaq antiseptiklәri, ağır hallarda – ftorxinolonlar, III nәsl sefalosporinlәr, rifakol verilir. Patogenetik müalicәdә xәstәliyin ağır formalarında qlükokortikosteroidlәrin yüksәk dozası (prednizolon, gündә 200 mq), plazmaferez, hemodializ istifadә olunur. Septik formaların müalicәsi sepsisin müalicәsindә olan ümumi prinsiplәrlә aparılır.

    Profilaktikası infeksiyanın bu vә ya digәr kateqoriyaya aid olması vә kәskin bağırsaq infeksiyalarının epidemioloji tәşkilinә uyğunluğu ilә müәyyәn edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç