EŞEVENLƏR (fr. echevins) – feodal Fransasının şm. şәhәrlәrindә vәzifәli şәxslәr; inzibati funksiyalara vә mәhkәmә funksiyalarına malik idilәr. Senyorlar tәrәfindәn tәyin edilir, yaxud şәhәrlilәr seçirdilәr. E. in-tu 1789 ildә Böyük Fransa inqilabı gedişindә lәğv edilmişdir.