EŞİKAĞASI, eşikağasıbaşı – 15–19 әsrin әvvәllәrindә Azәrb.-da mövcud olmuş vәzifә. Sәfәvilәr dövründә E. sarayda mәclis, toy vә mәrasimlәrin keçirilmәsinә, elçi vә qonaqların qәbul edilmәsinә, xanlıqlar dövründә isә xanlığın daxili işlәrinә, ictimai tikintilәrә, xan malikanәsinin idarә olunmasına vә s. nәzarәt edirdi. Azәrb. şairi Molla Pәnah Vaqif bir müddәt Qarabağ xanlığının E. olmuşdur.