Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EŞİTMƏ

    EŞİTMƏ – insan vә heyvan orqanizmindә sәs dalğalarının qәbulunu tәmin edәn funksiya; eşitmә sistemini vә ya eşitmә analizatorunu tәşkil edәn mexaniki, reseptor vә sinir strukturlarının fәaliyyәti ilә reallaşır. Sәsin tәsiri zamanı insanda sәs siqnalları parametrlәrini әks etdirәn spesifik hissiyyat baş verir (mәs., sәs dalğalarının intensivliyi vә ya tezliyi sәsin gurluğu, yaxud ucalığı kimi qәbul olunur).

    Tәkamül prosesindә formalaşmış E. sistemi ilk dәfә hәşәratlarda meydana gәlmişdir; bütün onurğalılarda var vә әn çox mәmәlilәrdә inkişaf etmişdir. Sәs dalğaları xarici qulaq keçәcәyindәn (xarici qulaqdan) ötәrәk tәbil pәrdәsindә titrәyiş törәdir, sonra öz aralarında birlәşәn E. sümüklәrinә verilir (orta qulaq), E. sümüklәri isә daxili qulaqdakı maye mühiti (perilimfa vә endolimfanı) ehtizaza gәtirir. Törәnәn hidromexaniki ehtizazlar Korti orqanının reseptorlarını qıcıqlandırır, bu isә öz növbәsindә eşitmә siniri liflәrinin induksiyasına sәbәb olur. Yaranmış bioelektrik potensialları eşitmә sisteminin mәrkәzi şöbәlәrinә verilir. Sәs siqnalları havadan әlavә, kәllә sümüklәri vasitәsilә dә ötürülә bilәr.

    E.-nin qiymәtlәndirilmәsi ya E. sisteminin bütövlükdә fәaliyyәtinin (psixoakustik üsullar, bu zaman sәsin qavranması danışığın başa düşülmәsinә, orqanizmin hәrәki, yaxud vegetativ reaksiyalarına görә), ya da onun ayrı-ayrı şöbәlәrinin fәaliyyәtinin (E. sisteminin reseptor vә sinir elementlәrinin bioelektrik potensiallarının, onun reseptora qәdәrki mexaniki strukturlarının keçiricilik xarakteristikasının) müayinәsi ilә hәyata keçirilir. E.-nin psixoakustik üsulla müayinәsi zamanı E. hәssaslığı sәsin minimal intensivliyi kimi (db ilә) müәyyәn edilәn E.-nin mütlәq hәddi üzrә qiymәtlәndirilir.

    Sәs dalğalarının qәbul edilәn tezliyinin diapazonu E. әyrisi ilә, yәni E.-nin mütlәq hәddinin tonun tezliyindәn (hs vә ya khs ilә) asılılığı ilә xarakterizә olunur. İnsan 20 hs tezlikdәn (daha aşağı tezliklәr fasilәsiz sәs kimi qavranılır) tәqr. 20 khs-ә qәdәr qavrayır (sәsin kәllә sümüklәri ilә çatdırılması zamanı daha yüksәk tezliklәrin qavranması barәdә mәlumatlar var). İnsanda әn aşağı eşitmә hәddi 1–3 khs tezliklәr zamanı müşahidә olunur (sәsin intensivlik hәddinin 2*10–5 n/m2). Çox yüksәktezlikli sәslәrin tәsiri zamanı insanda ağrı hissi әmәlә gәlir vә onun hәddi 2*10–5 n/m2 sәviyyәsi üzәrindә tәqr. 140 db olur. Bir sıra heyvanlarda qavranılan tezlik diapazonu insandakından әhәmiyyәtli şәkildә fәrqlәnir (mәs., balıqlarda 50–100 hs – 3– 5 khs, delfinlәrdә 100 hs – 200 khs). E.-nin fәrqlәndirmә imkanları E. tәrәfindәn dәyәrlәndirilә bilәn hәr hansı sәs parametrinin minimal dәyişmәsi ilә müәyyәn edilәn diferensial hәddi (DH) ilә qiymәtlәndirilir. İnsanda (sәs siqnallarının intensivliklәrinin vә tezliklәrinin orta diapazonunda) DH intensivliyә görә 0,3–0,7 db-ә, tezliyә görә 2–8 hs-ә bәrabәrdir. Sәsin güclәnmәsi E.nin fәrqlәndirici imkanlarını artırır (DH-i azaldır), hәmçinin bu, danışıq siqnallarının vә musiqidә tonal intervalların qavranması zamanı meydana çıxır (insanın musiqi sәslәrinin mütlәq hünd.-nü tәyin etmәk qabiliyyәti mütlәq E. adlanır). E. vaxt keçdikcә sәs siqnalları haqqında mәlumatları toplamaq qabiliyyәti kәsb edir, bu da sәs siqnalları müddәti artdıqda (“kritik” qiymәtin müәyyәn hәddinә qәdәr) E. hәddinin intensivliyinә vә tezliyinә görә DH-nin azalması ilә özünü büruzә verir. Sәslәrin qavranması digәr sәslәr olduqda pislәşә bilәr (tam itәnә qәdәr). Güclü sәslәrin uzunmüddәtli tәsiri zamanı E. hәssaslığı azalır. E. hәmçinin sәs mәnbәyinin mәkandakı vәziyyәtini tәyin etmәyә imkan yaradır, bu, bir qayda olaraq, E. sisteminin iki simmetrik yarımının qarşılıqlı tәsiri ilә baş verir (bunaural effek t). Sәs mәnbәyinin başın orta xәttindәn yerini dәyişmәsindә onun mәkanda yerinin tәyin edilmәsinin başlıca parametrlәri, әsasәn, sәs siqnallarının gәlmәsinin vaxta vә intensivliyә görә interaural (qulaqlararası) fәrqidir. Bir sıra heyvanlar (yarasalar, delfinlәr, bәzi quşlar) xüsusi E. növünә – exolokalizasiyaya malikdir. Bu, obyektin mәkan vәziyyәtini, onun formasını, ölçüsünü, materialını heyvanın özündәn şüalanan  sәs  siqnallarının  obyektdәn  әks olunmasının qәbul edilmәsi nәticәsindә müәyyәnlәşdirmәyә imkan verir.

    E. haqqında mövcud olan nәzәri mәlumatlar sәs siqnallarının müәyyәn edilmәsindә vә fәrqlәndirilmәsindә E. fәaliyyәtinin  ayrı-ayrı  cәhәtlәrinә  aiddir.  Mәs., tezlik tәhlili E.-yә siqnalların ilbiz arakәsmәsinin tezlik oxu üzrә  spektral ayrılmalarının (bu anlayışın әsasları 19 әsrdә H.Helmhols tәrәfindәn ifadә edilmişdir), ardınca isә eşitmә sisteminin mәrkәzi şöbәlәrindәki  neyronlar  qrupunun  arakәsmәnin müәyyәn sahәlәrilә әlaqәdar oyanma ilә nәticәsi vә tezliyin müvәqqәti analizi prinsipinin  әlavә  olunması  (siqnalların dövriliyinin analizi) kimi baxırlar. Belәliklә, E. tezliyin hәm spektral, hәm dә zaman üzrә analizini hәyata keçirir. E. pozuntuları haqqında bax Karlıq, Qulaq.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç