EŞİTMƏ BORUSU, Yevstax borusu – tәbil boşluğunu udlaqla birlәşdirәn boru. İlk olaraq amfibiyalarda meydana gәlmişdir. Lakin quyruqsuzlarda vә bәzi digәr amfibiyalarda, habelә sürünәn amfisbenlәrdә E.b., hәm dә orta qulaq tamamilә yoxdur. Çox vaxt iki borunun deşiyi bir yerdә bitişmişdir (dilsiz amfibiyalarda vә bәzi sürünәnlәrdә). İnsanda ilk dәfә 1564 ildә italyan hәkimi vә anatomu Yevstax (B.Eustachio) tәrәfindәn әtraflı tәsvir edilmişdir. E.b. uz. orta hesabla 30–40 mm, diametri 2 mm olan cüt orqandır. Boru vasitәsilә hava udlaqdan tәbil boşluğuna keçir vә orada havanın tәzyiqini әtraf mühitdәki havanın tәzyiqi ilә bәrabәr saxlayır. Bu, tәbil pәrdәsi rәqslәrinin labirintә düzgün ötürülmәsi üçün lazımdır. E.b. bir-biri ilә birlәşmiş sümük vә qığırdaq hissәdәn ibarәtdir. Onların birlәşәn yerindә boru daha dardır. Borunun sümük hissәsi tәbil boşluğundakı dәlikdәn başlayaraq, gicgah sümüyünün әzәlә-boru kanalının aşağısında daha çox hissәsini tutur. Sümük hissәnin davamını tәşkil edәn qığırdaq hissә elastik qığırdaqdan әmәlә gәlmişdir. Boru burun-udlağın yan – lateral divarında udlaq dәliyi ilә qurtarır. E.b.-nun selikli qişası sәyrici epiteli ilә örtülmüşdür vә selik vәzilәri, boru badamcığı, limfa follikulları vardır. Bunlar udlaq dәliyi yaxınlığında çoxlu miqdarda toplanmışdır (boru badamcığı). Borunun qığırdaq hissәsinә yumşaq damağın әzәlә liflәri bağlanmışdır ki, udqunma zamanı bu liflәrin yığılması nәticәsindә borunun deşiyi genişlәnir vә havanın tәbil boşluğuna keçmәsi tәmin olunur.
E.b. dil-udlaq sinirinin şaxәciyi ilә innervasiya olunur. Adәtәn E.b.-nun iltihabı tәbil boşluğunun iltihabı ilә birlikdә baş verir vә tubootit (yevstaxiit) adlanır. Tubootit kәskin vә xroniki rinit, sinusit, angina, faringit zamanı iltihabi prosesin burun boşluğundan vә ya burun-udlaqdan E.b.-nun selikli qişasına keçmәsi nәticәsindә yaranır.