Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EŞQİ, Mirzadә Seyid Mәhәmmәd Rza

    EŞQİ (Mirzadә Seyid Mәhәmmәd Rza; 12.10.1893, Hәmәdan – 3.7.1924, Tehran) – İran şairi, publisist. İlk tәhsilini Hәmәdanda almış, fransız dilini öyrәnmişdir. 1909 ildә Tehrana getmiş, 1910 ildә orada nәşr olunan “Siyasәt” qәzetindә dövlәtin siyasәtinә qarşı tәnqidi mәzmunlu şeir vә mәqalәlәrlә çıxış etmişdir. 1914 ildә “Ruznameye-eşqi” (“Eşqinin qәzeti”) adlı kiçik formatlı qәzet nәşr etdirmәyә başlamış, yalnız 3 nömrәsi çapdan çıxmışdır. Bir müddәt  Türkiyәdә  mühacirәtdә  olmuş, İstanbul Darülfünunun sosial elmlәr vә fәlsәfә fakültәsinin mühazirәlәrindә azad dinlәyici kimi iştirak etmişdir. İlk poetik әsәrlәrini İstanbulda yazmağa başlamış, “Novruznamә” әsәrini vә “İran şahlarının dirilmәsi” opera librettosunu da burada olarkәn qәlәmә almışdır. 1918 ildә Hәmәdana qayıtmış, bir müddәt sonra Tehrana getmişdir. 1921–24 illәrdә Tehranda fasilәlәrlә “Qәrineyi-bistom” (“İyirminci әsr”) qәzetini çap etdirmişdir. Çap etdirdiyi kәskin tәnqidi mәzmunlu karikaturaya görә qәzet dövlәt tәrәfindәn bağlanmış, bütün nüsxәlәri yığılmışdır. 1924 ilin 3 iyulunda E. öz evindә qәtlә yetirilmişdir. E. İranda inqilabi ruhlu poeziyanın yaranması vә formalaşmasında iştirak edәn yenilikçi şair olmuşdur. Şeirlәrin, “Qurbanәli Kaşani”, “Cәmşidi-nakam”, “Hәlvaül-füqәra” dram әsәrlәrinin müәllifidir. Sağlığında kitabı nәşr olunmayan E.-nin әsәrlәri ilk dәfә 1927 ildә “Seçilmiş әsәrlәr” adı ilә çap edilmişdir. Şeirlәri Azәrb. dilinә tәrcümә olunmuşdur.

    Əsәrlәri: Seçilmiş әsәrlәr. B., 1947.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç