EŞMƏ – әyirmәdә ilkin ipliyin formalaşdırılması zamanı nazik lif dәstәsinin sıxlaşdırılması üsulu. Aparatla әyirmә sistemindә darama aparatından alınan daranmış lay bölücü qayışlar vasitәsilә lentlәrә (zolaqlara) bölünür. Lent fasilәsiz olaraq hәm onun oxu boyunca, hәm dә ona perpendikulyar istiqamәtdә irәli-geri hәrәkәt edәn iki sәth (eşici qollar) arasında sıxılaraq hәrәkәt etdirilir. Hәrәkәt zamanı lent bu vә digәr tәrәfә burularaq eşilir vә onun en kәsiyi dairәvi forma alır. E. zamanı liflәr bir-birinә dolaşaraq mәhsulun möhkәmliyini artırır. E. zәrif yunun aparatla vә daraqlı әyirmә sistemindә, hәmçinin pambığın vә ipәyin әyirilmәsindә tәtbiq edilir.