EŞNÚNNA, Aşnunnak (indiki TәllƏsmәr – “Boz tәpә” şәhәr yeridir, İraq) – Mesopotamiyada qәdim şәhәr-dövlәt. E.ә. 3-cü minillikdә salınmışdır. E.ә. 21 әsrdә Şumer vә Akkad dövlәtinin (III Ur sülalәsinin hakimiyyәti dövründә) tәrkibindә idi. E.ә. 20 әsrdәn 18 әsrin әvvәlinәdәk müstәqil dövlәtin mәrkәzi olmuşdur. Hammurapi, sonra isә kaşşular tәrәfindәn işğal olunduqdan sonra Tupliaş adlandırılırdı. Şәhәr haqqında mixi yazılarda sonuncu mәlumat e.ә. 6 әsrә aiddir. 1945 ildә İraq arxeoloqları tәrәfindәn Tәll Əbu Hәrmәlәdә tapılan e.ә. 19 әsrә aid E. qanunlarının Akkad dilindә mәtni İraqda Bağdaddakı muzeydә saxlanılır. E.-nın qazıntıları 1930–36 illәrdә amerikan ekspedisiyası (H.Frankfort, T.Yakobsen) tәrәfindәn aparılmış, mәbәdlәr, Naramsinin (E.-nın çarı) sarayı, kanalizasiya sistemi, yaşayış tikililәri, heykәllәr, möhürlәr aşkar olunmuşdur.
Шумер кащини. Е.я. 2750–2600 илляр. Ешнунна
(Тялл-Ясмяр). Метрополитен-музей (Нйу-Йорк).