ETE Karl Herman (Ethe Carl Hermann) (13.2.1844, Prussiya, Ştralzund – 7.7.1917, İngiltәrә, Bristol) – alman şәrqşünası. Qreyfsvald vә Leypsiq un-tlәrindә tәhsil almış, 1867–71 illәrdә Münxen Un-tindә türk, әrәb vә fars dillәrini tәdris etmişdir. 1872 ildә Oksford Un-tinә dәvәt olunmuş, Bodlian kitabxanasındakı türk, fars, әrәb, hind vә puştu dilindә әlyazmaların kataloqunu hazırlamışdır. 1875 ildә alman vә şәrq dillәrinin tәdrisi üçün Uels un-tinә (Aberistuit ş.) dәvәt olunmuş, 40 il orada fәaliyyәt göstәrmişdir. Əbu Sәid Əbülxeyrin rübailәrini, Zәkәriyyә Qәzvininin “Asar әlbilad vә әxbar әl-ibad” (“Kosmographie”) әsәrini, N.Gәncәvinin “İsgәndәrnamә” poemasından İsgәndәrin dirilik suyu axtarması fәslini (“Alexanders Zug Lebensquell im Land der Finsterniss”; izahlarla birlikdә) alman dilinә tәrcümә etmişdir.
Əsәrlәri: Morgenlӓndische Studien, Leypzig, 1870; Nasir bin Khusraus Leben und Dichten, Leiden, 1885; Die hӧfische und romantische Poesieder der Perser. Hamburg, 1887.