ETİBARLI Sabir Abdul oğlu (d.23.8. 1953, Şamaxı r-nunun Göylәr k.) – Azәrb. tibb alimi, neyrocәrrah. Tibb e.d. (2012). Azәrb. Resp.-nın әmәkdar hәkimi (2010). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1977). Əli Bayramlı ş. xәstәxanasında nevropatoloq (1978– 82), Resp. Neyrocәrrahlıq xәstәxanasında hәkim-neyrocәrrah (1985–91) işlәmişdir, 1991 ildәn Azәrb. Tibb Un-tinin neyrocәrrahlıq kafedrasında çalışır (2001 ildәn kafedra müdiri). Tәdqiqatları, әsasәn, baş beynin iltihabi xәstәliklәri, çoxsaylı beyin şişlәrinin diaqnostika vә cәrrahi müalicә üsullarının öyrәnilmәsinә hәsr edilmişdir. 130-dan artıq elmi әsәrin müәllifidir. Resp. Sәhiyyә Nazirliyinin baş neyrocәrrahı olmuşdur (2001–06). Azәrb. dilindә ilk dәfә olaraq nәşr edilәn “Neyrocәrrahlıq” dәrsliyinin müәllifidir (B., 2009, R.S.Hәsәnovla birlikdә).