Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ETİBARLILIQ NƏZƏRİYYƏSİ

    ETİBARLILIQ NƏZƏRİYYƏSİ – mürәkkәb sistemin etibarlılıq göstәricilәri ilә әlaqәdar mәsәlәlәri (hesablama, optimallaşdırma, tәcrübi nәticәlәrә әsasәn qiymәtlәndirmә vә s.) öyrәnәn elm. 20 әsrin ikinci yarısında hәrbi vә sәnaye obyektlәrinin etibarlılığını öyrәnmәk zәrurәtindәn yaranmış, sürәtlә inkişaf etmişdir. E.n. riyazi statistika, tәsadüfi proseslәr nәzәriyyәsi, riyazi mәntiq, kütlәvi xidmәt nәzәriyyәsi, qraflar nәzәriyyәsi, optimallaşdırma nәzәriyyәsi, termodinamika, texniki diaqnostika vә s. kimi elmi fәnlәrin qovuşağında yaranmışdır. E.n.-nin әsas anlayışı imtinadır, yәni mәmulatın öz funksiyasını normal yerinә yetirmәk qabiliyyәtini itirmәsi, yaxud onun işinin pozulmasıdır. E.n.-ndә sıradan çıxan elementlәrin әvәz olunması vә tәmiri, istismar müddәtindә nasaz elementlәrin aşkar edilmәsi, profilaktikası, onların iş qabiliyyәtini itirmәsinә sәbәb olan fiziki vә kimyәvi proseslәrin nәzәrә alınması da araşdırılır. Sistemin etibarlılığı üçün, әsasәn, aşağıdakı miqdar göstәricilәri işlәdilir: imtinaların intensiv liyi (mәmulatın bir iş saatı әrzindә baş verәn vә zaman üzrә bәrabәr paylanan imtinalarının sayı), imtinayadәk iş lәmә (tәmir olunan mәmulatın imtinalar arasında orta işlәmә müddәti), saz iş lәmә ehtimalı (müәyyәn zaman intervalında sistemin, yaxud mәmulatın sıradan çıxmaması ehtimalı), qeyri-sta sionar  hazırlıq  әmsalı  (sistemin verilәn zaman anında saz vәziyyәtdә olma ehtimalı), stasionar  hazırlıq әmsalı (sonlu zaman intervalında sistemin saz işlәmә müddәtinin riyazi gözlәmәsi), xidmәt müddәti (mәmulatın istismarın әvvәlindәn son hәddә çatdığı, yәni mәmulatın tәyinatı üzrә tәtbiqinin imkansız vә ya mәqsәdәuyğun olmadığı dövrәqәdәrki müddәt), mәmulatın işlәk vәziyyәtinin bәrpa olunmasının orta müddәti vә s. Sistemi tәşkil edәn ardıcıl birlәşdirilmiş elementlәrin sayı artdıqda, onun etibarlılığı (saz işlәmә ehtimalı) azalır. Amerika alimlәri Con fon Neyman, E.F.Mur vә K.E.Şennon azetibarlı elementlәrdәn yüksәketibarlı sistem qurmaq problemini araşdırmışlar. Etibarlılığı yüksәltmәk üçün әsas üsul sistemә әlavә ehtiyat elementlәrinin daxil edilmәsidir. Sistemi tәşkil edәn elementlәrin hәcmi, çәkisi vә dәyәri üzәrinә qoyulan mәhdudluq şәrtlәri ehtiyat elementlәrdәn istәnilәn miqdarda istifadәyә imkan vermir. Ona görә etibarlılığı maks.-a çatdıran ehtiyat elementlәrinin optimal sayı tapılır. Etibarlılığın miqdar xarakteristikaları sadә halda analitik üsulla, mürәkkәb halda isә sistemin fәaliyyәtini tәsvir edәn tәsadüfi prosesi modellәşdirmәklә tәyin edilir. E.n.-nin statistik mәsәlәsi etibarlılığı tәcrübәnin nәticәlәrinә әsasәn qiymәtlәndirmәkdir.

    Azәrb.-da E.n. ilk dәfә neftçıxarma sәnayesi üçün işlәnәn avtomatika vә telemexanika vasitәlәrinin, o cümlәdәn AQM, ÇTP tipli neft-mәdәn ölçmә vә nәzarәt qurğularının layihәlәndirilmәsi, istehsalı vә istifadәsi  proseslәrindә tәtbiq  olunmuşdur.

    Texnikada E.n imtinaların fizikası, davamlılığın statistik nәzәriyyәsi, mühәndis psixologiyası, әmәliyyatların tәdqiqi, eksperimentlәrin planlaşdırılması kimi yeni elmi istiqamәtlәrin yaranmasına sәbәb olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç