ETİBARNAMƏ – bir şәxsin (etibar edәnin) adından üçüncü şәxslәr qarşısında tәmsil olunmaq üçün digәr şәxsә (etibar edilәnә) verilәn yazılı sәlahiyyәt (Mülki Mәcәllә, 362.1 maddә). E. etibar edilәnin sәlahiyyәtlәrinin mәzmunu vә müddәtini göstәrәn birtәrәfli әqddir. E. sәlahiyyәt hәcminә görә 3 növ olur: birdәfәlik – bir müәyyәn hәrәkәti icra etmәk üçün (mәs., әmәkhaqqını almaq üçün); xüsusi– oxşar hәrәkәtlәri icra etmәk üçün (mәs, müәssisәnin hüquq mәslәhәtçisinә mәhkәmәdә vә ya arbitrajda çıxış etmәk üçün); ümumi – etibar edәnin әmlakını bütünlükdә idarә etmәk üçün. Azәrb. qanunvericiliyinә görә, E. bağlama formaları vә üsulları, onun qüvvәdә olma müddәti, xitam qaydası mülki mәcәllә ilә tәnzimlәnir. Qanun bәzi E. növlәri üçün onların mütlәq notarial qaydada tәsdiq olunması tәlәbini qoyur. Dövlәt tәşkilatı adından verilәn E.dә hәmin tәşkilat rәhbәrinin imzası vә tәşkilatın möhürü olmalıdır. Əmәkhaqqının vә әmәk münasibәtlәri ilә bağlı digәr halların, müәlliflәrin vә ixtiraçıların haqlarının, pensiyaların, müavinәtlәrin vә tәqaüdlәrin, fiziki şәxslәrin banklardakı әmanәtlәrinin vә poçt göndәrmәlәrinin, o cümlәdәn pul vә bağlamaların alınması üçün E. etibar edәnin işlәdiyi vә ya tәhsil aldığı tәşkilat, onun yaşayış yeri üzrә müvafiq icra hakimiyyәti orqanı vә müalicә olunduğu stasionar müalicә müәssisәsinin müdiriyyәti tәrәfindәn dә tәsdiq edilә bilәr. Hüquqi şәxs adından E. onun rәhbәrinin vә ya nizamnamә әsasında buna vәkil edilmiş digәr şәxsin imzası ilә, hәmin tәşkilatın möhürü vurulmaqla verilir. nin qüvvәdә olma müddәti 3 ili keçә bilmәz. Əgәr E. müddәti göstәrilmәyibsә, bağlandığı gündәn 1 il әrzindә qüvvәsini saxlayır. Bağlandığı tarix göstәrilmәyәn E. yararsızdır.