Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ETİKA

    ÉTİKA (yun. ἠθικόν – mәnәviyyata aid olan, ēthós – adәt, xasiyyәt) – tәdqiqat obyekti әxlaq, mәnәviyyat olan fәlsәfi elm. E. әxlaqın digәr ictimai münasibәtlәr sistemindә yerini aydınlaşdırır, onun tәbiәtini vә qanunauyğunluqlarını tәhlil edir, mәnşәyini vә tarixi inkişafını öyrәnir, bu vә ya digәr müvafiq sistemi nәzәri cәhәtdәn әsaslandırır. Şәrq vә antik düşüncәdә ilkin olaraq fәlsәfә vә hüquqla vәhdәtdә olmuş, әsasәn, psixi vә fiziki gigiyenanı öyrәdәn praktiki nәsihәtlәr xarakteri daşımışdır. Belә nәsihәtlәrin aforizm formasının köklәri artıq qәbilә icmasının son mәrhәlәsindә ayrıca fәrdin davranışında sosial vahid (icma, tayfa) üçün praktiki faydalı element olaraq möhkәmlәnmiş şifahi әnәnә ilә әlaqәlәnirdi. E.-nın müddәaları bilavasitә kainatın, canlıların, o cümlәdәn insanın tәbiәtinә nәzәrәn irәli sürülürdü. Bu, Şәrq vә antik fәlsәfәnin kosmoloji xarakteri ilә bağlı idi. Bu mәrhәlәlәrdә bir әxlaq sisteminin müdafiәsi, digәrinin isә ittiham olunması “tәbiәtin әbәdi qanunu”nun “insanın yaratdığı qanunlar”la qarşı-qarşıya qoyulmasına әsaslanırdı (Qәdim Çindә Lao-szi, Qәdim Yunanıstanda Hesiod vә b.). Hәtta şәxsiyyәtin ruhani dünyasına müraciәt (Budda, Sokrat) dә E.-nın müstәqil nәzәriyyә kimi ayrılması ilә deyil, bütünlükdә fәlsәfi dünyagörüşün mәnәvi dәrki ilә nәticәlәnirdi.

    E.-nın xüsusi fәnn kimi ayrılması Aristotelә mәxsusdur (“etika” sözünü termin halında “Nikomax etikası”, “Böyük etika”, “Evdem etikası” әsәrlәrinin adında işlәtmişdir), onu ruh haqqında tәlimlә (psixologiya) dövlәt haqqında tәlimin (siyasәt) arasında yerlәşdirmişdi: E. birinciyә әsaslanaraq ikinciyә xidmәt edir, belә ki, mәqsәdi dövlәt üçün xeyirxah vәtәndaşın formalaşmasıdır. Aristotel E.-sının nüvәsini şәxsiyyәtin mәnәvi keyfiyyәtlәrinә әsaslanan xeyirli әmәllәr haqqında tәlim tәşkil etsә dә, orada E.-nın bir çox “әbәdi suallar”ı – әxlaqın tәbiәti vә mәnbәyi, iradә azadlığı vә mәnәvi fәaliyyәtin әsasları, hәyatın mәnası vә ali sәadәt, әdalәt vә s. artıq öz әksini tapmışdı.

    Fәlsәfәnin üç sahәyә – mәntiq, fizika (o cümlәdәn, metafizika) vә E.-ya bölünmәsi әnәnәsi stoiklәrә mәxsusdur. Bu bölgü orta әsrlәrdәn keçәrәk, İntibah vә 17 әsr fәlsәfәsindә yer almışdır. İ.Kant da belә bölgünü qәbul etmiş, lakin onu metod, tәbiәt vә azadlıq (mәnәviyyat) haqqında tәlimlәrin hüdudlarının müәyyәnlәşdiricisi saymışdır. Yeni dövrә qәdәr E., әsasәn, insanın tәbiәti, ümumiyyәtlә, onun fәaliyyәtinin sәbәb vә mәqsәdlәri haqqında elm qismindә anlaşılır, başqa sözlә, fәlsәfi antropologiya ilә üs-üstә düşür (fransız maarifçilәri, D.Yum), hәtta naturfәlsәfә ilә eynilәşirdi (J.B.Robin, substansiya vә onun modusları haqqında tәlimi açan “Etika” әsәrinin müәllifi B.Spinoza). E. predmetinin belә genişlәnmәsi onun vәzifәlәrinin şәrhindәn doğurdu: E. insana onun öz (tәbii, yaxud ilahi) tәbiәtindәn çıxış edәrәk, düzgün hәyatı öyrәtmәli idi. Buna görә dә, E. insan varlığı nәzәriyyәsini, psixika (ruh) affektlәrinin vә hisslәrin öyrәnilmәsini vә eyni zamanda, xoşbәxt hәyata (ümumi xeyirә, sәadәtә, qurtuluşa) çatmaq yolları haqqında tәlimi ehtiva edirdi.

     Kant E. daxilindә naturalist vә mәnәvi aspektlәrin birlәşdirilmәsini sәrt tәnqid etmişdir. Kanta görә, E. mövcud olan vә sәbәbiyyәtlә şәrtlәnәn haqqında deyil, yalnız gәrәkli olan haqqında elmdir, o, öz әsaslarını mövcudiyyәtdә, tәbiәtdә, yaxud insanın ictimai varlığında yox, tәfәkkürün tәmiz qeyri-empirik postulatlarında axtarmalıdır. Kantın spesifik E. predmetini (gәrәklilik sahәsi) fәrqlәndirmәk cәhdi onun daxilindәn әxlaqın mәnşәyi vә ictimai şәrtlәnmәsi problemlәrinin kәnarlaşdırılması ilә nәticәlәndi. Bununla yanaşı, “praktiki fәlsәfә” (Kant E.-nı belә adlandırırdı) әsaslandırdığı prinsiplәrin real tarixdә hәyata keçirilmәsinin mümkün olub-olmaması sualına cavab tapa bilmәdi. Kantın E. predmetinә verdiyi yeni anlam 20 әsr qәrb E.sında geniş yayıldı; pozitivistlәr normativ E.-nı elmi-fәlsәfi tәdqiqat sahәsindәn çıxardıqları halda, irrasionalist-etiklәr ümumi nәzәriyyә olaraq onun imkanlarını rәdd edir, mәnәvi problemlәrin hәllinә tәkrar olunmayan hәyati situasiya hüdudları içindә fәaliyyәt göstәrәn şәxsi әxlaqi şüurun sәlahiyyәti daxilindә baxırdılar.

    Marksist E.-sı öz predmetini prinsipial olaraq digәr üsulla fәrqlәndirirdi, belә ki, hәr cür biliyi dünyanı mәnimsәmә prosesindә insanın yalnız predmetli-praktiki fәaliyyәt sahәsi saydığı üçün, “sırf nәzәri” ilә “praktiki”nin qarşı-qarşıya qoyulmasını inkar edirdi.

    E.-nın әsas problemi hәmişә әxlaqın tәbiәti vә mәnşәyi mәsәlәsi olsa da, etik tәlimlәr tarixindә o, adәtәn, әxlaqi şüurun mәnәvi qiymәtlәndirmә meyarları vә gәrәkli olan haqqında tәsәvvürlәrin әsaslandırılma mәsәlәsi kimi qoyulurdu. Əxlaqi әsasları nәdә görmәlәrindәn asılı olaraq, E. tarixindә mövcud olan bütün tәlimlәri iki tipә aid etmәk mümkündür. Birinciyә mәnәvi tәlәbatın insan varlığının mövcud gerçәkliyindәn (“insan tәbiәti”ndәn, insanların tәbii tәlәbatından vә sәylәrindәn, anadangәlmә hisslәrindәn, yaxud onların hәyatının әxlaqın tarixdәnkәnar bәlli әsası kimi nәzәrdәn keçirilәn hәr hansı faktlarından) irәli gәldiyini bildirәn nәzәriyyәlәr daxildir. Bu tip nәzәriyyәlәr, adәtәn, bioantropoloji determinizmә meyil edir; özündә materializm elementlәri daşıyır (qәdim yunan materialistlәri, Aristotel, Spinoza, Hobbs, 18 әsr fransız materialistlәri, utilitarizm, L.Feyerbax, rus inqilabi demokratları), lakin bәzәn onlarda subyektiv idealizm tәmayüllәri üstünlük tәşkil edir (17–18 әsrlәr ingilis әxlaqi hisslәr mәktәbi, C.Batler; müasir qәrb E.-sında C.Dyui, R.B.Perri, E.Vestermark, E.Dürkheym, V.Pareto, U.Samner vә b.). Digәr tip nәzәriyyәlәrdә әxlaqın әsası insanın varlığı xaricindә olan şәrtsiz vә tarixdәnkәnar başlanğıc hesab edilir. Bu başlanğıc naturalistcәsinә (stoiklәrin “tәbiәt qanunu”, “kosmik teologiya”, üzvi hәyat tәkamülü qanunu), yaxud idealistcәsinә (Platonun “ali xeyir”i, Hegelin mütlәq ideyası, tomizmin neotomizmin ilahi qanunu, Kantın aprior әxlaq qanunu, kembric platoniklәrinin varlığın tәbiәtindәn asılı olmayan bәsit vә mütlәq ideyaları vә ya münasibәtlәri) anlaşıla bilәr. E. tarixindә әxlaqın avtoritar konsepsiyalarını xüsusi ayırmaq lazımdır, belә ki, onlara görә, etik tәlәblәrin yeganә әsası – ilahi, yaxud şәxsi nüfuz sahibidir.

    20 әsr Qәrb E.-sında әxlaqın әsas problemi çox zaman, ümumiyyәtlә, hәlledilmәz tәsәvvür olunmuşdur. İntuitivizmdә hesab edilirdi ki, әsas әxlaqi anlayışlar varlığın tәbiәti ilә әlaqәli deyildir, mütlәq vә isbatolunmazdır. Neopozitivizm tәrәfdarları “faktlar”ı vә “dәyәrlәr”i qarşılaşdıraraq, әxlaqi fikirlәrin elmi әsaslandırılmasının qeyri-mümkünlüyü nәticәsinә gәlirdilәr. Ekzistensializm nümayәndәlәri hesab edirdilәr ki, insanın mahiyyәti ümumi tәrifә malik deyil, ona görә dә hәr hansı konkret mәnәvi prinsiplәri formalaşdırmağa әsas verә bilmәz. İrrasionalizmin vә formalizmin әleyhinә çıxan 1950–60-cı illәr naturalist E.-sında (E.Edel, R.Vrandt – ABŞ vә b.) әxlaqın әsasları ictimai hәyatın tәlәblәri, antropologiya, etnoqrafiya vә sosioloji tәdqiqatların mәlumatlarına nәzәrәn irәli sürülürdü.

    Etik düşüncә tarixindә әxlaqın tәbiәti haqqında mәsәlә digәr şәkillәrdә dә tәzahür etmişdir: mәnәvi fәaliyyәt öz mahiyyәti etibarilә mәqsәdәuyğundurmu, hәr hansı praktiki mәqsәdlәrin hәyata keçirilmәsinә, konkret nәticәlәrin әldә olunmasına xidmәt edirmi, yoxsa o, bütünlüklә mәqsәdәuyğun deyil, yalnız bütün tәlәblәrdәn vә mәqsәdlәrdәn öncә gәlәn müәyyәn mütlәq gәrәklilik qanununun vә onun tәlәblәrinin hәyata keçirilmәsindәn ibarәtdirmi? Bu alternativ, әxlaqda әxlaqdankәnar xeyir vә әxlaqi gәrәklilik anlayışlarının qarşılıqlı әlaqәsi haqqında sual formasını almışdır: ya vәzifәnin tәlәblәri yalnız әldә edilmәsi mümkün olan xeyirә әsaslanır (etiklәrin mütlәq әksәriyyәti bu nöqteyi-nәzәri bölüşürdülәr), ya da, әksinә, xeyir anlayışının özünü gәrәklilik vasitәsilә müәyyәnlәşdirmәk vә әsaslandırmaq lazım gәlir (Kant, ingilis filosofları Ç.Brod, E.Yuinq). Birinci hәll variantı, adәtәn, özünәmәxsus konsekvensial E. (lat. consequentia – nәticәlәr) konsepsiyasına gәtirirdi. Bu konsepsiyaya görә, әxlaqi hәrәkәtlәr doğurduqları praktiki nәticәlәrdәn asılı olaraq seçilmәli vә qiymәtlәndirilmәlidir (hedonizm, evdemonizm, utilitarizm vә s.). Bu cür hәll yolu mәnәvi problemi sadәlәşdirirdi: hәrәkәtin motivlәri vә ümumi prinsipә riayәt etmәk vacib olmurdu. Konsekvensial E. әleyhdarları sübut edirdilәr ki, әxlaqda ilk növbәdә nәticәlәr deyil, motiv vә qanunun yerinә yetirilmәsi naminә hәrәkәtin özü (Kant); heç dә hәr zaman insandan asılı olmayan nәticәlәr deyil, niyyәtlәr, sәylәr, cәhdlәr (D.Ross, E.Kerrit – B.Britaniya) vacibdir; hәrәkәtin mәzmunu deyil, subyektin ona hansı münasibәtdә olması (seçimin azad hәyata keçirilmәsi – J.P.Sartr; insan özünün әxlaqi hәrәkәtlәrinә vә niyyәtlәrinә onların necәliyindәn asılı olmayaraq, tәnqidi yanaşır – K.Bart, E.Brunner) әsasdır.

    Nәhayәt, әxlaqın tәbiәti haqqında mәsәlә E. tarixindә çox zaman mәnәvi fәaliyyәtin özünün xarakteri, onun digәr gündәlik insan fәaliyyәtlәri ilә qarşılıqlı әlaqәsi şәklindә çıxış etmişdir. Qәdim dövrlәrdәn bu günә qәdәr E.-da iki bir-birinә әks әnәnә izlәnilir: hedonist-evdemonik vә riqoristik. Birincidә әxlaqın әsası problemi mәnәvi tәlәbatın reallaşması yolları haqqında mәsәlә ilә birlәşir. Burada әxlaq insanın tәbiәtindәn vә hәyati tәlәbatından irәli gәldiyinә görә, ehtimal olunur ki, insanlar özlәri son nәticәdә onun tәlәbatının hәyata keçirilmәsindә maraqlıdırlar. “Ağıllı eqoizm” konsepsiyasında bu әnәnә özünün әn yüksәk zirvәsinә çatmışdır. Lakin әxlaqın tәlәbatı çox zaman fәrdin istәklәri ilә sәrt ziddiyyәt hәddinә çatmışdır. Mәnәvi şüurda bu ziddiyyәt istәklә vәzifә, praktiki hesablaşma ilә ali motivlәr arasındakı әbәdi münaqişә haqqında fikir şәklindә әks olunmuş, E.-da isә ikinci әnәnә üçün әsas rol oynamışdır; stoikliyin, kantçılığın, xristianlığın, şәrq dinlәrinin etik konsepsiyaları mәhz bu istiqamәtdәdir. Bu әnәnәnin nümayәndәlәri әxlaqı insanların praktiki maraqlarından vә fәrdi istәklәrdәn asılı olmayan bir şey kimi şәrh edirdilәr. Bu qarşıdurmadan mәnәvi fәaliyyәtin asketik anlamı doğurdu. Əxlaqi başlanğıcın insan varlığından doğmaması, әxlaqi әsası mövcudiyyәt sahәsindә tapmağın qeyrimümkünlüyü haqqında ideyalar fәlsәfinәzәri planda muxtar etika konsepsiyasında öz әksini tapmış vә o, 20 әsrin Qәrb E.-sında mәnәvi fәaliyyәtin sosial-mәqsәdәuyğun sәciyyәsinin inkarında ifadә olunmuşdur (ekzistensializm, protestant neortodoksiya vә s.).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç