ETİL SPİRTİ, etanol, metilkar bino l, çaxır spirti – biratomlu alifatik spirtlәrin nümayәndәsi; C2H5OH; rәngsiz, sәciyyәvi iyli, acı dad verәn maye; tqayn. 78,39°C, sıxlığı 789,27 kq/m3. E.s. su, spirtlәr, dietilefiri, qliserin, xloroform, asetaldehid, benzin vә s. ilә bütün nisbәtlәrdә qarışır. Solğun-mavi alovla yanır.
E.s. metallarla etilatlar, mәs., C2H5ONa, (C2H5O)3Al; qeyri-üzvi vә üzvi turşularla, anhidridlәrlә, halogenanhidridlәrlә mürәkkәb efirlәr (mәs., CH3OOH ilә etilasetat; epoksidlәrlә hidroksiefirlәr әmәlә gәtirir. E.s.-nin dehidratlaşmasından etilen vә dietilefiri; dehidrogenlәşmәsindәn asetaldehidlәr alınır. Aldehid vә ketonlarla asetallar; NaClO ilә xloroform (Haloform reaksiyası), xlor ilә xloral; NH3 ilә mono-, di- vә trietilaminlәr әmәlә gәtirir. POCl3 vә ya SO2Cl2 ilә reaksiyasından fosfat vә sulfat turşularının tam efirlәri alınır.
Sәnayedә E.s. bitki mәnşәli karbohidratların maya iştirakı ilә anaerob qıcqırdılmasından vә etilenin hidratlaşmasından alınır. E.s. istehsalı üçün qida bitki xammalı, ağac emalı sәnayesinin tullantıları, sulfit tortası xammal ola bilәr.
E.s. lak-boya vә әczaçılıq sәnayesindә hәlledici kimi, kinofotomateriallar, radioelektronika vә mәişәt kimyası malları, partlayıcı maddәlәr vә s.-nin istehsalında tәtbiq edilir. Dietil efiri, xloroform, tetraetilqurğuşun, asetaldehid, asetat turşusu, etilasetat, etilamin, etilakrilat, etilsilikat vә s. istehsalında xammaldır. E.s. antifrizin komponentidir, reaktiv mühәrriklәr üçün yanacaqdır. Bir sıra ölkәlәrdә avtomobil yanacağının komponenti kimi işlәnir; oktan әdәdini yüksәldir, benzin sәrfini, yanma (işlәnmiş) qazlarında olan zәrәrli maddәlәrin miqdarını azaldır (bax Bioyanacaq). Texniki mәqsәdlәrlә әsasәn denaturatlaşdırılmış spirt (denaturat) işlәdilir. E.s. tibdә dezinfeksiya, sәthi damargenişlәndirici vasitә, zülalın koaqulyantı kimi, yanıqların müalicәsindә, xüsusilә xeyli miqdarda spirtli içkilәrin hazırlanmasında istifadә olunur. Dәrini vә selikli qişanı yandırır; daxilә qәbul etdikdә beynin lәngimә mәrkәzlәrini zәiflәdir.