ETİLENQLİKÓL, 1,2-etandiol – әn sadә ikiatomlu spirt, HOCH2 CH2OH; rәngsiz, iysiz, hiqroskopik, özlü maye; tәr.– 12,7°C, tqayn. 197,6°C. Suda, spirtlәrdә, ketonlarda yaxşı hәll olur, benzol, toluol, dietil efiri vә CCl4-dә hәll olmur. E.-da bitki vә heyvan yağları pis hәll olur, mineral yağlar, parafinlәr, kauçuk, polivinil-xlorid hәll olmur. Sulu mәhlulları aşağı temp-rda donur. E. qlikolların kimyәvi xassәlәrinә malikdir. Qәlәvi metallarla vә qәlәvilәrlә qlikolyatlar; üzvi turşular vә ya onların anhidridlәri ilә birvә ikiәvәzli mürәkkәb efirlәr; HHal turşuları ilә etilenhalogenhidrinlәr; PCl5 ilә dixloretan; akrilnitrillә monovә di(2-sianetil) efirlәri; etilendioksidlә polietilenqlikollar; molekulyar oksigenlә oksidlәşmәklә peroksidlәr, formaldehid vә formiat turşusu әmәlә gәtirir. E.-un dehidratlaşmasından asetaldehid (ZnCl2-in iştirakı ilә), dietilenqlikol (NaOH-in iştirakı ilә) vә ya dioksan (H2SO4-ün iştirakı ilә qızdırıldıqda) alınır.
E. sәnayedә etilenoksidin hidratlaşmasından alınır. E. kimya, toxuculuq, avtomobil, aviasiya, elektrotexnika sәnayesindә tәtbiq edilir; dünyada E. istehsalının 41–45%-i sintetik poliefir liflәrin vә plyonkaların, tәqr. 40%-i antifriz alınmasında istifadә olunur. Hәmçinin hidravlik vә tablama mayelәri, poliuretanlar, alkid qatranları istehsalında tәtbiq edilir. E. zәhәrlidir; daxilә düşdükdә, mәrkәzi sinir sisteminә vә böyrәklәrә tәsir göstәrir. Yanar mayedir.