ETİLENOKSİD, o k s i r a n, 1,2-epoksietan, etilenoksidi – üzvi birlәşmә; rәngsiz qaz, yaxud xarakterik efir iyli maye; tәr.–112,5°C, tqayn. 10,7°C.
Suda, etanolda, karbohidrogenlәrdә vә digәr üzvi hәlledicilәrdә yaxşı hәll olur. E. üçün tsiklin açılması ilә müşayiәt olunan reaksiyalar sәciyyәvidir. Nukleofil reagentlәrlә әksәr reaksiyaları aralıq oksonium kompleksin әmәlә gәlmәsi ilә gedir. E.-in әsasi katalizatorların iştirakı ilә hidratlaşmasından etilenqlikol alınır. E. sulu mühitdә hidrogen-halogenidlәrlә halogen-hidrinlәr; spirtlәrlә sellozolvlar, az miqdarda su iştirakında NH3 ilә mono-, di- vә ya tri- etanolaminlәrin qarışığını; dialkiletanol- aminlәrlә polietilenqlikolların amintörәmәlәrini; HCN ilә (qәlәvilәrin iştirakında) etilensianhidrin; üzvi turşularla vә ya onların anhidridlәri ilә etilenqlikolların mono- vә diefirlәrini; SnCl2 vә ya BF3 iştirakında aldehid vә ketonlarla tsiklik asetat vә ketallar әmәlә gәtirir. E.-in polimerlәşmәsindәn polietilenoksidlәr, dimerlәşmәsindәn 1,4-dioksan alınır. E.-in alınmasının әsas sәnaye üsulu etilenin oksidlәşdirilmәsidir. E. әsas üzvi sintezin mühüm mәhsuludur. Etilenqlikol, halogenhidrin, etanolamin, dioksan, feniletanol, polietilenqlikol vә qeyri-ion sәthi aktiv maddәlәrin istehsalında tәtbiq edilir.
E. yanardır, partlayış tәhlükәli vә zәhәrlidir. Ümumi zәhәrli tәsir göstәrir, dәrini vә selikli qişanı qıcıqlandırır.