ETİMAD VOTUMU – parlament tәcrübәsindә (bir qayda olaraq, parlamentin aşağı palatasında) hökumәtin, yaxud ayrıca nazirin siyasi xәttinin, müәyyәn aksiyanın vә ya qanun layihәsinin ifadә olunan bәyәnilmәsi. E.v. haqqında mәsәlәnin qoyuluşu tәşәbbüsü hökumәtin özü, parlament fraksiyası vә ya deputatlar qrupu tәrәfindәn irәli sürülә bilәr.