DİYÁLӘ, Diala (әr.ديالئ ) – İran vә İraqda çay. Dәclә çayının sol qolu. Uz. tәqr. 231 km (Sirvan vә Elvәnd çaylarının qovuşduğu yerәdәk). Hövzәsinin sah. 30 min km2-dәn çoxdur, İran yaylasının q.-indәn (Zaqros d.-ndan) başlanır, Mesopotamiya ovalığında axır. Qar vә yağış suları ilә qidalanır. Qışda bolsuludur. Aşağı axınında ortaillik su sәrfi 130 m3/san. Qışda Baaqubә ş.-nәdәk gәmiçiliyә yararlıdır. Suvarmada istifadә edilir.
Дийаля чайы. Ираг.