DİYALLI –Azәrb. Resp. İsmayıllı r-nunda kәnd. Diyallı ә.d.-nin (Diyallı, Güyüm, Sәdiyan k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 10 km ş.-dә, Әyriçayın (Göyçayın qolu) sahilindәn 4 km aralı, İsmayıllı–Şamaxı avtomobil yolu kәnarındadır. Әh. 2082 (2011); әkinçilik, bağçılıq, bostançılıq vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, 2 kitabxana, mәdәniyyәt evi, feldşer-mama mәntәqәsi var.