ETMOİDİT, sfenoidit – xәlbir labirinti hüceyrәlәrinin selikli qişasının iltihabı. Birtәrәfli, yaxud ikitәrәfli tәzahür edir. Çox vaxt burunun әlavә ciblәrinin iltihabı ilә birlikdә, eyni zamanda, müxtәlif yaşlı insanlarda tәsadüf edilir. Sәbәblәri: kәskin zökәm, qrip, qızılca, skarlatina vә s. infeksion xәstәliklәrin ağırlaşmasıdır. Gedişi kәskin vә ya xronikidir. Burunun üst hissәsi nahiyәsindә ağrılar vә baş ağırısı ilә özünü göstәrir. Kәskin E. zamanı müalicә kәskin frontitdә vә haymoritdә olduğu kimi konservativ, xroniki E.-dә isә, әsasәn, cәrrahi üsulladır.