ÉTNA – İtaliyada Siciliya a.-nın şm.-ş.-indә fәaliyyәtdә olan vulkan. Hünd. 3323 m (Avropada әn hündür). Konusşәkillidir. Oturacağının diametri 40-dan 60 km-dәk, mәrkәzi kraterinin diametri 400 m-dir. Yamaclarında 900-dәn çox yan krater (hünd. bir neçә m-dәn 200–300 m-әdәk) vә çoxlu lava axını var. Olduqca aktivdir (130 dәfәdәn çox püskürmüşdür). Ən fәlakәtli püskürmәsi 1669 ildә baş vermişdir: bu vaxt Kataniya ş.-nin bir hissәsi dağılmış vә tәqr. 100 min adamın qırıldığı güman edilir. Sonuncu dәfә 1978 ildә püskürmüşdür. Püskürmә әsasәn yan konuslardan baş qaldırır. Lava axınları traxit, dolerit vә bazaltlardan ibarәtdir. Püskürmәlәrarası qaz vә su buxarı ayrılır. Tez-tez zәlzәlәlәr olur. 800–900 m hünd.-әdәk mәhsuldar vulkanik torpaqlarda bağlar, üzümlüklәr salınmışdır, yuxarılarda meşә sahәlәri (palıd, fıstıq, vәlәs, ağcaqayın, qaraşam), zirinc, astraqal kolluqları yayılmışdır. E.-nın 1500 m-dәn yuxarıları bir neçә ay qarla örtülü olur. Turizm inkişaf etmişdir.
Етна вулканы.