Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ETNİK BİRLİK

    ETNİK  BİRLİK  (yun.  ἔθνος  –  “xalq, tayfa”  sözündәn)  –  ümumi  özünüdәrkә (etnik eynilik), hәmçinin ümumi dil vә ümumi mәdәni xüsusiyyәtlәrә malik insanların qrupu (xalq). E.b.-in әsas әlamәti etnik eyniliyin mövcudluğudur. Sonuncunun әsasında birlik vә onun bu vә ya digәr fәrqlәndirici   xüsusiyyәtlәri   formalaşır. Dünyada sayları bir neçә yüz nәfәrdәn (buduqlar, karaimlәr, qrızlar, todalar vә s.) yüz milyon vә ondan çox (çinlilәr, hindustanlılar vә s.) olan 5 mindәn artıq E.b. var. E.b.-in bütövlüyü xalqın yayılma xarakterindәn vә sayından, qrupdaxili nikahlardan (endoqamiya), hәmçinin E.b.-in üzvlәrinin sosial vә ictimai-siyasi statusundan asılıdır. Onun dağılmasına  mәdәni  üstünlüyün müxtәlif  formaları  (bax  Assimilyasiya), E.b. üzvlәrinә qarşı birbaşa, yaxud bilavasitә zorakılıq (etnosid) sәbәb olur. E.b. digәr birlik tiplәri ilә yaxınlaşa bilәr: onların әlamәtlәrini etiqad eyniliyinә (dini birliklәr: mәs., kerәşen tatarları, yezidilәr, qibtilәr), irqi fәrqliliyә (etnoirqi birliklәr, mәs., afroamerikalılar), sosial-peşә statusuna (kastalar) malik qruplar mәnimsәyә bilәrlәr. E.b. vәtәndaşlardan ibarәt millәtlәrdәn (müәyyәn bir dövlәtin vәtәndaşlarının siyasi birliyi) fәrqlәnsә dә, millәtlәrdә mәdәni fәrqliliyin mövcudluğu onları E.b. ilә yaxınlaşdırır. Sovet etnologoyasında (Y.V.Bromley vә b.) E.b.-in taksonomik sәviyyәlәr (etnos, metaetnik birlik, subetnik qrup, etnoqrafik qrup) üzrә tәsnifatına cәh göstәrilmişdi; köklü “etnos” anlamı primordializm әnәnәlәri üzrә izah edilmişdir; hazırda bu tәsnifat etnoloqların әksәriyyәti tәrәfindәn köhnәlmiş hesab olunur, çünki E.b. çox vaxt siyasi vә intellektual konstrukta (bax Konstruktivizm) kimi çıxış edir, etnik eyniliyin daşıyıcıları isә mürәkkәb vә çevik özünüdәrkә malikdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç