ETNİK NÜMAYƏNDƏLİK – nümayәndәli hakimiyyәtin tәşkili prinsipi; bu prinsipә uyğun olaraq nümayәndәli müәssisәlәrin deputatları ölkәnin (yaxud onun әrazisinin) bütün әhalisini deyil, onları bilavasitә seçәn etnik qrupları tәmsil edirlәr. Bәrabәr nümayәndәlik vә vәtәndaşların hüquq bәrabәrliyi prinsiplәri ilә ziddiyyәt tәşkil etdiyinә görә son dәrәcә nadir hallarda tәtbiq edilir. E.n. bir sıra demokratik dövlәtlәrdә yardımçı sәciyyә daşıyır vә köklü azsaylı xalqların mәnafelәrinin müdafiәsinin konstitusiya üsuluna xidmәt edir. Mәs., Hindistanın, Sloveniyanın, Krım Resp.-nın vә bәzi digәr dövlәtlәrin parlamentinә deputatların azsaylı hissәsi milli dairәlәr üzrә vә ya kiçik etnik qruplardan seçilirlәr.