Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ETNOGENEZ

    ETNOGENÉZ (yun. ἔϑνος – tayfa, xalq + ...genez) – müxtәlif etnik komponentlәr әsasında yeni etnik birliyin tәşәkkülü prosesi. E. etnik tarixin başlanğıc mәrhәlәsidir: E.-in nәticәsindә etnos tәrәfindәn assimilyasiyaya mәruz qalmış qrupların onun tәrkibinә daxil olması, yaxud etnosun parçalanması vә yeni etnik qrupların yaranması baş verә bilәr. Tarixәn iki tip etnogenetik proses fәrqlәndirilir: a) yeni tayfa qrupu vә ya xalqın E.-indә daha qәdim tayfa qruplarının iştirakı; bu prosesin onların kütlәvi, o cümlәdәn bioloji әlaqәsi şәraitindә baş vermәsi (mәs., qallar, franklar, vestqotlar vә burqundların fransız xalqının E.-indә iştirakı); b) E. prosesindә tәşәkkül tapmış avtoxton xalqların köçmәlәrin iştirakı ilә akkulturasiyaya cәlb olunması (mәs., müasir Amerika xalqlarının formalaşması). Əksәr hallarda hәr iki tip proses bu vә ya digәr nisbәtdә birlәşir. E. etnik inteqrasiya (birlәşmә) vә etnik diferensiasiyanın (ayrılma) qarşılıqlı әlaqәsi ilә sәciyyәlәnir. E. müәyyәn zaman vә mәkanda baş verәn tarixi prosesdir. E.-in öyrәnilmә metodikası tәdqiqatın kompleksliyini, bir sıra yaxın fәnlәrin (etnoqrafiya, arxeologiya, müqayisәli tarixi dilçilik, fiziki antropologiya vә paleoantropologiya) metod vә nәticәlәrinin cәlb olunmasını tәlәb edir.

    Azәrb.-da gedәn etnogenetik proseslәrdә әsas vә üstün amil kimi hun, qıpçaq vә oğuz türklәri çıxış etsә dә ayrı-ayrı dövrlәrdә Şimali vә Cәnubi Azәrb.-da mәskunlaşmış kaspilәr, albanlar, әrәb vә irandillilәr, hәmçinin massagetlәr vә saklar kimi qarışıq etnik qruplar da iştirak etmişlәr. Оnların Azәrb. xalqının E.-indә iştirakını frakiyalıların vә bulqarların bolqar slavyan xalqının, kelt-qalların vә german-frankların isә fransız xalqının tarixindәki rolu ilә müqayisә etmәk olar (әtraflı bax “Azәrbaycan” xüsusi cildi).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç