ETNOQRAFİK QRUP – dil, mәdәniyyәt vә mәişәt xüsusiyyәtlәrini qoruyub saxlamış xalq vә ya millәtin ayrıca hissәsi. Adәtәn, xalq vә ya millәt tәrәfindәn başqa xalq vә ya millәtdәn olan qrupların assimilyasiyası, yaxud tayfaların xalq kimi tәşәkkülü zamanı yaranır. E.q. hәmçinin xalqın bir hissәsinin uzun müddәt әsas etnik kütlәdәn ayrı qalması (miqrasiya proseslәri, dövlәt sәrhәdlәrinin dәyişilmәsi vә s.) nәticәsindә meydana çıxa bilәr. Bu zaman yeni tәbii-coğrafi şәraitә düşәn qrup üzvlәri müvafiq sәciyyәvi xüsusiyyәtlәri (tәsәrrüfat-mәdәni) mәnimsәyirlәr. Yeni E.q.-ların formalaşmasında din, sosial zümrәlәr vә s. ünsürlәr böyük rol oynayır. Fransızların tәrkibindә normandiyalılar, livanlıların tәrkibindә maronilәr, azәrb.-ların tәrkibindә isә ayrımlar, padarlar, şahsevәnlәr E.q.-larını misal göstәrmәk olar.
E.q.-dan fәrqli olaraq daha geniş vә qeyri-müәyyәn mәfhum olan etnik qrup, adәtәn, bir-birinә yaxın bir neçә xalqlar qrupunu bildirir (mәs., türklәr, slavyanlar vә s.).