Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ETNOQRAFİYA

    ETNOQRÁFİYA (yun.  ἔϑνος –  tayfa, xalq + γράφω – yazıram) – xalqları-etnosları, onların mәişәtini, adәtlәrini, etnik birliklәrin yaranması vә inkişafını, onların yayılması vә qarşılıqlı mәdәni әlaqәlәrini öyrәnәn tarix elmi. Xalqların mәcmu etibarilә etnik simasını yaradan xarakterik, әnәnәvi mәdәniyyәt vә mәişәt xüsusiyyәtlәrinin öyrәnilmәsi E.-nın başlıca predmetidir. Əvvәllәr E. ancaq kәnd әhalisini öyrәnmәklә mәhdudlaşırdı; hazırda şәhәr әhalisinin etnoqrafik cәhәtdәn öyrәnilmәsi dә genişlәnmәkdәdir. Sәnaye cәhәtdәn inkişaf etmәklә bәrabәr, özünün etnik xüsusiyyәtlәrini saxlamış xalqların hәyat tәrzinin öyrәnilmәsinә getdikcә daha çox diqqәt verilir. E.-nın tәdqiq  etdiyi әsas problemlәr: ayrı-ayrı ölkәlәrin vә dünya әhalisinin etnik tәrkibinin öyrәnilmәsi; ayrı-ayrı xalqların vә onların qruplarının etnogenezi vә etnik tarixi; әn qәdim ictimai hәyat vә mәdәniyyәt formaları, bu formaların geridә qalmış xalqlardakı qalıqları әsasında bәrpa edilmәsi; keçmişin qalıqlarının öyrәnilmәsi vә onların insanların hәyatındakı rolunun qiymәtlәndirilmәsi; adәt, mәdәni sәrvәtlәr vә xalq yaradıcılığı sahәsindә mütәrәqqi әnәnәlәrin araşdırılması; müasir dövrdә mәişәt vә mәdәniyyәt sahәsindәki әsaslı dәyişikliklәrin tәdqiqi; müasir etnik proseslәrin izlәnilmәsi vә s. E. әsas mәnbә kimi xalqların hәyatı, onların maddi mәdәniyyәt, ictimai tәsisat, xalq sәnәti formaları vә s. üzәrindә bilavasitә müşahidә nәticәsindә әldә olunan mәlumatlardan istifadә edir. Zәruri materialların әldә olunması üçün birbaşa müşahidә (әhalinin hәyatında, istehsalatda, mәrasim vә әylәncәlәrdә iştirak etmәk) ilә yanaşı, mәlumatçılarla sorğu keçirmәyi nәzәrdә tutan stasionar, yaxud ekspedisiya tәdqiqatları aparılır. Toplanmış material yazılı şәkildә, hәmçinin tәsvir, fotoşәkil, maqnitofon yazısı vasitәsilә qeydә alınır, hәmçinin maddi mәdәniyyәt kolleksiyaları – mәişәt әşyaları, geyim, bәzәk әşyaları vә s. toplanır. Son vaxtlar E.-da materialların (birinci növbәdә anket materiallarının) kәmiyyәtcә tәhlili metodu genişlәnmәkdәdir. E.-da digәr mәnbәlәrdәn dә (muzey kolleksiyaları, keçmiş müşahidәçilәrin arxiv, yaxud mәtbu qeydlәri, müxtәlif yazılı sәnәdlәr – sәyahәt gündәliklәri, hüquqi sәnәdlәr, folklor materialları) geniş istifadә olunur. E. әvvәlki müşahidәlәri müasir faktlarla müqayisә edәrәk xalqların mәişәt vә mәdәniyyәtinin tarixi inkişaf mәnzәrәsini canlandırır.

    Tәdqiq olunan predmetә kompleks şәkildә yanaşma E.-nın sәciyyәvi cәhәtidir; buna görә dә o, bir çox yaxın fәnlәrlә, o cümlәdәn ümumi tarixlә (ibtidai icma dövrünün öyrәnilmәsi vә etnik tarix mәsәlәlәrindә); arxeologiya ilә (etnogenezin tәdqiqindә); mәdәniyyәt tarixi, sәnәtşünaslıq vә folklorşünaslıqla, bәdii xalq yaradıcılığının öyrәnilmәsindә konkret sosiologiya ilә (ictimai tәbәqәnin vә mәdәni-etnik hadisәlәrin tәdqiqindә); dilçiliklә (xalqların dil qohumluğunun vә etnik proseslәrin öyrәnilmәsindә); coğrafiya ilә (etnos vә tәbii mühitin qarşılıqlı әlaqәsini öyrәnmәk, hәmçinin etnik kartoqrafiyalaşdırma sahәsindә); demoqrafiya ilә (xalqların sayını müәyyәnlәşdirmәkdә); antropologiya ilә (xalqların etnogenezini vә etnik tәrkibini öyrәnmәk sahәsindә) sıx әlaqәdardır.

    Etnoqrafik biliklәrin rüşeymlәri çox qәdimdir. Qәdim Misir, Babilistan, Aşşur, Qәdim Hindistan vә Çinin yazılı mәxәzlәrindә, antik әdәbiyyatda, orta әsr tarixçi vә  etnoqraflarının  әsәrlәrindә  müxtәlif etnoqrafik mәlumatlara rast gәlinir. 15–17 әsrlәrdә Böyük coğrafi kәşflәr sayәsindә avropalıların Yeni dünyanın müxtәlif xalqları ilә tanışlığı etnoqrafik biliklәri xeyli inkişaf etdirdi. E.-nın müstәqil fәnn kimi formalaşması 19 әsrә aiddir.

    Azәrb.-da etnoqrafik mәlumatların elmi şәkildә toplanması, әsasәn, 19 әsrdәn başlanmışdır. Lakin hәlә antik müәlliflәrin (Strabon, Böyük Plini, Klavdi Elian vә b.) әsәrlәrindә Azәrb. әrazisindә yaşayan tayfalar, onların tәsәrrüfat mәşğuliyyәti, maddi vә mәnәvi mәdәniyyәti haqqında mәlumata rast gәlmәk olar. Nizami, Xaqani, Füzuli kimi klassiklәrin әsәrlәrindә, “Kitabi-Dәdә Qorqud”, “Koroğlu”, “Əsli vә Kәrәm”, “Aşıq Qәrib” dastanlarında, el sәnәtkarlarının şeirlәrindә Azәrb. xalqının E.sına dair müfәssәl mәlumat var. Azәrb.-da olmuş orta әsr әrәb, fars, türk, Avropa sәyyahları, habelә rus müәlliflәri yerli әhalinin hәyat tәrzi ilә tanış olaraq, onların tәsәrrüfatları, adәt-әnәnәlәri barәdә material toplamışlar. 19 әsrdә A.A.Bakıxanov, M.F.Axundzadә, N.Nәrimanov, H.Zәrdabi, F.Köçәrli, R.Əfәndiyev, A.Şaiq vә b.-nın әsәrlәrindә zәngin etnoqrafik mәlumat mövcuddur. Tiflisdә nәşr olunan bir sıra qәzet vә mәcmuәlәrdә Azәrb. E.-sının müxtәlif sahәlәrinә aid zәngin materiallar nәşr olunmuşdur. Azәrb. E.-sı 20 әsrin 20– 30-cu illәrindә sovet elminin tәrkib hissәsi kimi formalaşmışdır.  1923–29 illәrdә Azәrbaycanı Tәdqiq vә Tәtәbbö Cәmiyyәti resp.-da E.-nın inkişafında mühüm rol oynadı. Etnoqrafik materialların toplanmasında vә etnoqraf kadrlarının hazırlanmasında 1924 ildә çağırılmış 1-ci Azәrb. ölkәşünaslıq qurultayının vә 1926 ildә Bakıda keçirilmiş 1-ci türkoloji qurultayının müstәsna rolu oldu. Hәmin illәrdә bu elm sahәsindә Ə.Əlәkbәrovun, D.Şәrifovun, H.Zeynallının, R.Əfәndiyevin, Y.V.Çәmәnzәminlinin, M.Vәliyevin (Baharlı) mühüm xidmәtlәri vardır. V.Bartold, N.Marr, İ.Meşşaninov, T.Bayramәlibәyov, D.Şәrifov böyük elmi-tәşkilati fәaliyyәt göstәrmişlәr. Etnoqrafik materialların toplanması, öyrәnilmәsi vә nümayiş etdirilmәsi işindә Azәrb. Dövlәt Muzeyinin dә fәaliyyәti diqqәtәlayiqdir. 20 әsrin 40-cı illәrindә yerli tәdqiqatçıların (İ.Mәcidova, D.Şәrәfova, H.Quliyev, M.Atakişiyeva) әsәrlәri azәrb.-ların әnәnәvi maddi mәdәniyyәti, tәsәrrüfat mәişәti, ailә-mәişәt münasibәtlәrinin öyrәnilmәsi mәsәlәlәrinә hәsr edilmişdir. 1954 ildә Azәrb. Tarixi Muzeyindә E. şöbәsi yaradıldı. Etnoqrafik tәdqiqatlar, әsasәn, Azәrb. SSR EA Tarix İn-tunda cәmlәnmişdir. 20 әsrin 60-cı illәrindә xalqların mәişәt vә mәdәniyyәtinin öyrәnilmәsi ilә yanaşı, әkinçilik, maldarlıq, ipәkçilik, arıçılıq, çәltikçilik vә s. mәsәlәlәrinә aid tәdqiqat işlәri da davam etdirilirdi (T.Bünyadov, H.Quliyev vә b.). 60–80-ci illәrdә azәrb.-ların әnәnәvi maddi mәdәniyyәtinә (geyimlәr, yaşayış evlәri, yemәklәr, nәql. vasitәlәri, sәnәtkarlıq) aid tәdqiqat işlәri aparılmışdır (M.Allahmanlı, M.Dadaşzadә, R.Quliyeva vә s.). 1974 ildә Azәrb. SSR EA Tarix İn-tunun nәzdindә Arxeologiya vә Etnoqrafiya bölmәsi yaradıldı; resp.-nın etnoqrafları Azәrb. xalqının tarixi ilә bağlı yaşayış evlәri, milli geyim vә yemәklәr, tәsәrrüfat hәyatı, ailә mәişәti, sәnәtkarlıq vә s. barәdә etnoqrafik baxımdan zәngin material toplamış vә nәşr etdirmişlәr. 20 әsrin 80–90-cı illәrindәn başlayaraq Azәrb. E.-sının әsas sahәlәrindәn biri olan etnososiologiya, o cümlәdәn tarixi demoqrafiya vә etnodemoqrafiya sahәsindә dә geniş elmi tәdqiqatlar aparılmışdır. Azәrb. müstәqillik әldә etdikdәn sonra ölkәdә E. elminin inkişafında böyük keyfiyyәt dәyişikliklәri baş verdi. Azәrb. etnoqrafları sovet dövründә obyektiv tәdqiqi mümkün olmayan bir sıra mövzular (dini inanclar, o cümlәdәn islamaqәdәrki ayinlәr vә mәrasimlәr, müsәlman bayramları, etnopsixologiya vә s.) üzәrindә işlәyirlәr. 1993 ildә AMEA-nın Arxeologiya vә Etnoqrafiya İn-tu tәsis edildi, bununla da resp.-da E. elminin inkişafında yeni mәrhәlә başlandı. 1998 ildә nәşr olunmuş “Azәrbaycanlılar (tarixi-etnoqrafik oçerk)” kollektiv monoqrafiyası E. elmi sahәsindә Azәrb.-da 1980–90-cı illәrdә aparılmış elmi tәdqiqatların yekunudur. 2004 ildә Qarabağın E.-sını işıqlandıran “Qarabağ” monoqrafiyası çapdan çıxmış, 2007 ildә üçcildlik “Azәrbaycan etnoqrafiyası” nәşr edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç