Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ETNOPSİXOLOGİYA

    ЕТНОПСИХОЛОЭИЙА  –  insanların müәyyәn etnik qrupda, xüsusi etnik mühit vә şәraitdә formalaşması ilә әlaqәdar olaraq onların psixi simasında, psixoloji xüsusiyyәtlәrindә baş verәn dәyişikliklәrin qanunauyğunluqlarını, tәzahür xüsusiyyәtlәrini öyrәnәn  elm sahәsi.  E.-nın  yaradıcıları alman alimlәri M.Latsarus vә Q.Şteyntal “Xalqların psixologiyası haqqında ilkin mülahizәlәr” (1860) adlı әsәrdә insanın yalnız  özünәbәnzәr  canlılarla  qarşılıqlı әlaqәdә psixoloji keyfiyyәtlәr kәsb edә bilәcәyini göstәrmişlәr. Xalqların psixologiyasına  aid  zәngin  material  toplayan V.Vundt mәsәlәni idealistcәsinә şәrh etmişdir. V.Vundt göstәrirdi ki, şәxsiyyәt müәyyәn mәdәniyyәtә xas olan tipik tәrbiyә metodları vasitәsilә formalaşır. Xalqın tipik tәrbiyә üsulları da etnik ümumiliyi, başqa sözlә, etnosun psixologiyasını formalaşdırır. E. yaradıcılarının fikrincә, dil, hüquq, sәnәt, elm, әnәnә, әxlaq, din vә s. özünün son izahını kollektiv düşüncә, iradә, hiss, xarakter, temperament vә s. daşıyıcısı  olan  xalq  psixologiyasında  tapır. Etnik  özünüdәrketmәnin  xüsusiyyәtlәri, mexanizmi vә sәviyyәlәri, müxtәlif sәciyyәli etnik qrupların psixoloji xüsusiyyәtlәrinin  araşdırılması,  etnik  stereotip  vә yönümlәrin tәdqiqi, etnik xarakterin, etnik adәt-әnәnәlәr vә milli hisslәrin öyrәnilmәsi E.-nın başlıca problemlәridir. E. üçün başqa elm sahәlәri dә (sosiologiya, antropologiya, dilçilik, tarix vә s.) zәngin mәnbәdir. Bu vә ya digәr xalqın, yaxud etnosun etnik psixoloji xüsusiyyәtlәrinә bәlәd olmaq vә onları öyrәnmәyin müxtәlif xalqlar vә  millәtlәr  arasında  qarşılıqlı  münasibәtlәrin düzgün qurulmasına, onların optimal variantlarının tapılmasına yaxından kömәk etmәsi baxımından E. hәm ciddi elmi-nәzәri, hәm dә çox böyük praktik әhәmiyyәtә malikdir..

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç