Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    DİZENTERİYA

    ДИЗЕНТЕРИЙА, b a y t a r l ı q d a – donuzlarda vә qoyunlarda baş verәn vә әsas әlamәti üzücü ishal olan infeksion xәstәliklәrin ümumilәşdirilmiş adı. D o n u z l a  r ı n  D.-sı Brachyspira hyodysenteriae spiroxeti tәrәfindәn törәdilir. ABŞ-da vә bir çox Avropa ölkәlәrindә yayılmışdir. Törәdicinin mәnbәyi xәstә heyvanlar vә bakteriyadaşıyıcılarıdır. İnkubasiya dövrü 10–15 sutkadır. Әsasәn 1–6 aylıq çoşqalar xәstәlәnir. Onlarda iştahasızlıq, susuzluq, ishal (nәcisi selik qarışıqlı, duru, qırmızı-qәhvәyi rәngli, bәzәn qanlı), sürәtli arıqlama müşahidә edilir. Müalicә mәqsәdilә kimyәvi terapevtik vasitәlәr tәtbiq edilir, eyni zamanda bina tәmizlәnir vә dezinfeksiya olunur. Q u z u l a r ı n   a n a e r o b D.-sı çox yayılmışdır, qoyunçuluğun inkişaf etdiyi ölkәlәrdә böyük zәrәr verir. Törәdicisi Clostridium perfringes klostridisidir. Xәstәliyin mәnbәyi, nәcisi ilә klostridi ifraz edәn xәstә heyvanlardır; törәdici uzun müddәt torpaqda qala bilir. İnkubasiya dövrü bir neçә saatdır. 5–7 günlük quzular xәstәlәnir. Xәstәliyin kәskin gedişi zamanı onlar heç bir görünәn simptom olmadan ilk günlәrdә tәlәf olurlar. Daha kәskin gedişindә quzularda ishal (nәcis qazlı vә qanlı), ümumi zәiflik, arıqlama müşahidә olunur. Ölüm miqdarı 50–100%-dir. Müalicə üçün antibiotiklәrlә birlikdә antitoksin zәrdabından vә simptomatik vasitәlәrdәn istifadә olunur. P r o f i l a k t i k a: heyvanların saxlanmasında baytarlıq-sanitariya qaydalarına riayәt etmәk, keyfiyyәtli yemlәmә, boğaz qoyunlara vә quzulara vaksin, yenidoğulmuşlara antitoksin zәrdabı vurmaq.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV