DİZӘ – Azәrb. Resp. Şәrur r-nunda (Nax.MR) kәnd. Dizә ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 10 km şm.-ş.-dә, Arpaçayın sol sahilindә, Şәrur düzündәdir. Әh. 1826 (2005); tәrәvәzçilik, meyvәçilik, taxılçılıq vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, kitabxana, klub, rabitә şöbәsi, feldşer-mama mәntәqәsi var.
Kәndin şm. qurtaracağında Eneolit dövrünә aid Ovçular tәpәsi yaşayış yeri aşkar olunmuşdur.