DMİTRİ LÁPTEV BOĞAZI – Asiya materikinin şm. sahili ilә Böyük Lyaxov a. arasında boğaz. Laptevlәr dәnizini Şәrqi Sibir dәnizi ilә birlәşdirir. Eni 50–63 km, dәrinliyi 10–14 m-dir. İlin çox vaxtı buzla örtülü olur. Rus Arktika tәdqiqatçısı D.Y.Laptevin şәrәfinә adlandırılmışdır.